13:02 Şeyx Fovzan:"Evin məktəb, övladların onun şagirdləridir." | |
Evin məktəb, övladların onun şagirdləridir. ----- Şeyx Fovzan -Allah onu qorusun- belə deyir :
" Nafilə namazı qılınmayıb , içərisində Allahın zikri olmayan ev Qəbr kimidir . Allahdan başqa güc və qüvvət sahibi yoxdur ! İçərisi günahlar , musiqilər , mahnılar və rəzil tv kanallarla bürünmüş evlərin halı nece olar ? O ailənin , orda böyüyən uşaqların halı necə olar? (Ey müsəlman ) evinə diqqət edib nəzarətdə saxlaman vacibdir . Bəs evləri islah etmənin yolları nədir ? Şeyx Fovzan -Allah onu qorusun- davam edərək deyir ; "Bu evlərə insan gərək çox diqqət etsin , orda Allahın zikrini ucaltsın , nafilə namazlarından evi üçün pay ayırsın , orda gecə namazları qılsın . Evlər Allahı zikr etməklə nurlanar . Evlərinizi əməlsiz bir qəbirə çevirməyin . Elə evlər vardır ki , onlar yaxşı əməllərdən xali , boş, pis əməllərlə isə doludur . Allahdan başqa güc və qüvvət sahibi yoxdur." ------- | |
Bölmə: Gözümüzün nuru övladlarımız. | Baxılıb: 490 | |