Baş səhifə » 2013 » İyun » 1 » Şeyx Cibrin:"Azərbaycan əhalisinin hökmü və dəvətçilərə nəsihət" -video+mp3+tam mətn
08:46
Şeyx Cibrin:"Azərbaycan əhalisinin hökmü və dəvətçilərə nəsihət" -video+mp3+tam mətn

Şeyx Cibrin


"Azərbaycan əhalisinin hökmü"

Mp3 Yüklə:

6.2 MB

Sual:

Şeyx Cibrin, birinci sualım budur ki, bizim ölkəmizdə yəni Azərbaycanda insanlar sovet hakimiyyəti dövründə yaşayıblar onlar dindən yalnız iki şəhadət kəlməsini bilirlər, mənasını isə lazımı şəkildə anlamırlar. Onlar Allahdan başqasından kömək istəməyin şirk olduğunu bilmirlər. Namazı tərk etməyin küfr olduğunu anlamırlar. Yəni namaz qılmayanı kafir hesab edən alimlərin rəyinə əsasən. Onlar elə bilirlər ki, övliyalardan kömək istəmək şəriətin əmridir. Hesab edirlər ki, namaz müstəhəbdir, vacib deyil. Biz bu kimi insanları etdiklərinin küfr olmasını onlara çatdırmadan öncə təkfir edə bilərikmi? Yoxsa ilk öncə onlara hüccət çatdıraq, öyrədək sonra?

Cavab:

Heç şübhə yoxdur ki, bu insanlar cəhalət üzərində böyüyüblər. Belə ki, onlar uzun müddət sovet əsarəti altında qalmışlar və cahillikdə böyümüşlər. Onlar ata babalarının şəhadəti dediyini eşidib, namaz eşidib amma həqiqətini bilməyiblər. Çünki onları əsarətdə saxlayan dövlət islam adını, dini onların qəlbindən yox etmək üçün çalışırdı. Lakin Allahın köməkliyi ilə onlar bu kafir dövlətin əsarətindən xilas oldular. İndi siz onları dəvət edib başa salmalısınız ki, ibadət Allaha məxsusdur, onlara Quranı oxudun, Quranın dəlalət etdiyini onlara açıqlayın, duanın Allaha edilməsini və başqasına dua etməyin qadağanlığını əmr edən ayələri izah edin.
"Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik"
(Fatihə, 5)
ayəsi kimi. Yəni yalnız Sənə ibadət edir, Səndən başqasından kömək istəmirik. Bu ayəni hətta onların uşaqları da oxuyurlar. Həmçinin uca Allahın bu ayəsi də:
"Sən də dini məhz Allaha aid edərək yalnız Ona ibadət et!"
(Zumər: 2).
Başqa ayədə deyilir:
"Halbuki onlara əmr edilmişdir ki, Allaha -- dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək -- ibadət etsinlər..."
(Bəyyinə: 5).
Onlara açıqlayın ki, ibadət Allaha məxsus haqqdır. İbadət olunacaq yalnız Allahdır. Ondan başqasının ibadət edilməsi qadağandır. Bunun dəlilini də onlara açıqlayın. Dəlili uca Allahın bu ayəsidir:
"Şübhəsiz ki, (bütün) məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsə ibadət etməyin!"
(Cinn: 18).
Nə bir yaxın mələkə, nə də göndərilmiş peyğəmbərə ibadət etmək olmaz. Övliyalar da məxluqdur. Onlar sizə heç bir ziyan, yaxud xeyir verə bilməzlər. Uca Allah məxluqatın ən xeyirlisi peyğəmbərimiz Muhəmmədə sallallahu aleyhi və səlləm demişdir:
"De: "Mən sizə nə bir zərər, nə də bir xeyir vermək qüdrətinə malik deyiləm!"
(Cinn: 21)
"De: "Məni Allahdan (Allahın əzabından) heç kəs qurtara bilməz və mən də Ondan başqa heç bir sığınacaq tapa bilmərəm!"
(Cinn: 22)
Həmçinin uca Allah buyurur:
"De: "Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim və mənə pislik də toxunmazdı..."
(Əraf: 188).

Hər halda siz onlara tövhidi açıqlayın, namazı bildirin, əgər qəbul etsələr və şirki, övliyaları, dua edib əməlisalehlərdən kömək istəməyi, yaxud dua edib Allahla yanaşı və ya sırf ölülərdən imdad diləməyi tərk etsələr, Allah onların etdiklərini qəbul edər və müsəlman olarlar. Əgər inad etsələr, təkəbbür göstərsələr, ölülərdən dua edib istəməyə, təvəkkül etməyə, qəbirləri önündə səcdə etməyə davam etsələr, "ey Allah vəlisi mənə kömək ol!" "ey Allah vəlisi mənə ruzi ver!" belələrinə hüccət çatdıqdan sonra onlarla savaşın. Etiqad edin ki, onlar kafirdilər və ölənləri də kafirdir. Hüccət çatdırmadan öncə onları təkfir etmək olmaz. Çünki onlar müsəlman olduqlarını iddia edirlər. Şəhadət kəlməsini deyirlər. Hətta mənasını bilməsələr də. Siz onlara şəhadətin mənasını açıqlayın ki, mənasını bilsinlər və qəbul etsinlər.

Sual:

 Biz hüccət çatdırdıqdan sonra hər kəs onları təkfir edə bilər yoxsa bunu alim, qazi və ya rəhbər etməlidir?

Cavab:

Təkfir edən mütləq olaraq alim, qazi və bu kimi adamlar olmalıdırlar.Çünki yalnız o deyə bilər ki, filankəsə hüccət çatıb, üzrü qalmayıb, haqq ona bəyan edilib, lakin o dini və tövhidi qəbul etməkdə inadkarlıq göstərib, şirkdə davam edib. Belə halda (yəni hökm verən qazi, alim deyir ki,) mən onun qanının halal olduğuna hökm verirəm, öldürün, əgər o halda öldürülsə kafir kimi ölür. Yuyulmaz, kəfənlənməz, cənazə namazı qılınmaz, çünki o inadkarlıq etmiş və şirkində davam etmiş, Allaha şərik qoşmuşdur. Amma bundan əvvəl siz deyin ki, kim belə etsə o kafirdir -- müəyyən insana hökm vermədən (ümumi) deyin.




01.06.2013 tarixli ilk şərhimiz.

Sizlərə digər  soruşulan məsələlər haqında Şeyxin (rahimahullah) rəylərinin videoda olmayan və müxaliflərdən birisi tərəfindən təqdim olunmuş hissələrinin mətni haqında...


Əslində Şeyxin sözlərindən kəsilib paylaşılan materallar qardaşlarımız tərəfindən mövzuya  uyğun ayrılmışdı.Amma müxalif qardaşımız tələsik "Sizi aldadıblar.Şeyx Azərbaycan xalqını müşrik olduğunu deyir" və s. iddiası ilə çıxış edib...

(müxalifin facebookdakı iddiasının skan edilmiş şəkili)



Həmən müxalif audioyazının tam mətnini tərcümə edərək şəkilini  paylaşdığımız
batil iddia ilə sosial şəbəkə olan facebookda yaymağa başladı.Onun iddiasının nə qədər doğru olduğunu görmək üçün elə öz təqdim etdiyi mətni , ərəbcəsinə etimad edərək, insaf naminə saytımıza qoyuruq.İnşAllah ehtiyac olsa audiosunuda qoyarıq.

Məsələlərdən az-çox xəbəri olanlar özləri insaflı qiymət versinlər.Çünki bu mətndə nə onun iddiasının nədəki indiyə qədər yaydığı əqidənin heç bir isbatı yoxdur.Məsələ ət, cənazə  məsələləridirsə Şeyx orada yeməkdən əhalini bunlar kimi təkfir etdiyinə görə yox ehtiyat üçün çəkindirir.Sitat:"
Çünki ehtimal ola bilər ki,o heyvanı bu müşriklərdən olan müşrik kəssin.".Amma əsas iddiası batildir.Eləcədə digər suallara Şeyxin  cavablarıni əvvəldan sona qədər oxuyan üçün Şeyxin məsələlərə baxışınin bunların təbliğ etdiyi baxışlardan çox fərqli olduğu  gün kimi aydın olar...Daha çox şərhə ehtiyac görmədik.

Doğrusunu Allah bilir.


Linkə 10.06.2013 tarixində etdiyimiz  bəzi zəruri dəyişikliklər haqında:

Şeyxin bir neçə gün bundan qabaq tərcümə edilib Az Zubeyr adlı qardaşımız tərəfindən Youtube servisinə yerləşdirirlən  audioyazılar və bu haqda hazırladığımız meterialımız haqqında söz sohbətlərı və yanlış iddiaları aydınlatmaq üçün  sual-cavabın tam audioyazısını,  Fərid Abu İbrahim adlı müxalifin  tərcüməsini etdiyi həmən hissəni və Mədinə İslam Unversitetinin məzunu AbdurRahim  Muradlı qardaşımızı tərcüməsini müqayisəli şəkildə yenidən bu linkə işləməyi qərara aldıq.

Mətnləri nəzərdən keçirərkən məlum olur ki bu tərcümələrində  Fərid Abu İbrahim qardaşımız  bəzi xətalara (hansıski fətvaya tamam başqa məna yükü verir) yol verib.Qəlbləri bilmədiyimiz üçün "qərəzli edib" deyə yenə zənndən qaçırıq...

Sadəcə mətni müqayısəli şəkildə elə bu linkdə yerləşdirməyə qərara aldıq ki, həm indiyə qədər bu meterialımızı oxuyanlar , həmdə gələcəkdə bu məsələyə rast gələnlər  çaşqınlığa düşməsinlər.

Əlavə şərhlərə isə ehtiyac duymuruq.



OXUYAQ !


Fərid Abu İbrahimin tərcüməsi:

Ət məsələsi:

Sual:
Şeyx belələrinin kəsdiyinin hökümü nədir? Özünüzdə bildiniz ki,bunlar bu əməlləri cahilliklərindən edirlər? Yəni bizlər, istədiyimiz RESTORANA girərək,”bu əti kim kəsib” deyə soruşmadan yeyə bilərikmi?
Cavab:
Restoranlarda və ona oxşar yerlərdə, onların kəsdiklərini yeməkdən çəkinməlisiz.Çünki ehtimal olabilər ki,o heyvanı bu müşriklərdən olan müşrik kəssin.Əgər heyvanı kəsən kimsə məhz elə bu müşriklərdən biridirsə, yemək olmaz.
Sual:Şeyx cahil olsalarda?
Cavab:Bəli! İstər cahil,istərsədə cahilliyində israrlı olan olsun.Yemək olmaz.
Sual:Şeyx əslində bunlar cahilliklərində israrlı deyillər.Sadəcə elə bilirlər ki,etdikləri şeylər İslam dinindəndir.Allahdan qeyrisindən kömək istəməyin şirk olduğunu bilmirlər.Belə birisi heyvan kəssə kəsdiyini yemək olarmı? Və üzərindəndə hüccət qalxmayıb.Yəni şeyx! Bizdə Azərbaycanda olan restoranlarda ət yemək üçün soruşmalıyıq yoxsa ki, bu işi tamamilə tərk edib, soruşmamalıyıq?
Cavab:Daha üstün olan budur ki,yeməməlisən! Sən üzərindən hüccət qalxmadığı halda şəhadət gətirən və namaz qılanın kəsdiyini yesən..............(ŞEYX BURADA BAŞA DÜŞÜLMƏYƏN BİR SÖZ DEDİ)..............

Doğru olan AbdurRahim Muradlının tərcüməsi:

Sual: Şeyx ölkəmizdə dediyiniz kimi belə cahil insanlar çoxdur, biz bu kimi insanların kəsdiklərini yeyə bilərikmi? Məsələn yeməkxanaya gedəndə heyvanı kəsənin kimliyini araşdırım yoxsa birbaşa yeyə bilərəm?

Cavab:Yeməkxanalarda müəyyən mənada yeyə bilərsiniz, münasibətlərdə isə yeməkdən ehtiyat edin çünki kəsən deyilən müşriklərdən ola bilər.

Sual:Yəni cahil olsa da?!

Cavab: Bəli, cahil olub cahilliyində inadkarlıq edənin kəsdiyini.

Sual: Həmin adam cahilliyində israr etmir, sadəcə etdiyini dindən hesab edir. Bu halda ölkəmiz Azərbaycanda yeməkxanalarda bu növ qidaları qəbul edə bilərik yoxsa yox?

Cavab: Yaxşı olarki yeməyəsən. Əgər hüccət çatmamış insanın kəsdiyini yeyərsənsə və o şəhadəti deyir, namaz qılırsa sən (yediyinə görə) üzürlüsən (günah daşımırsan).



Fərid Abu İbrahimin tərcüməsi:
Cənazə məsələsi:
Sual: Şeyx, əqidəsini bilmədiyimiz cənazə gətiriləndə o cənazə haqqında kim olduğunu soruşmadan cənazə namazı qılmalıyıq? Yoxsa ki, kimliyini öyrənmək lazımdır?.
CAVAB:
Soruşmaga ehtiyac yoxdur!! Belə hallarda tövhid əhli və müsəlman olduğunu əsas götürüb cənazə qılırsan.
Sual:Şeyx, əslən bizdə, Azərbaycanda əhalinin əksər hissəsi cahilliklərindən Allaha şərik qoşurlar.Belə bir halda onlara cənazə qılmaq olarmı?
Cavab:Sən əgər bilsən ki, gətirilən cənazə MÜŞRİK idi və şirkindədə israrlıydı,bu halda qılmaq olmaz.
Sual::Şeyx bəs cahil olarsa?
Cavab:Cahildə belə olsa olmaz
Sual:Qılmaq olar şeyx?
Cavab:Yox olmaz.
Sual:Cahil olsalarda Şeyx?
Cavab:Bəli qılmaq olmaz.
Doğru olan AbdurRAhim Muradlının tərcüməsi:

Sual: Əgər ölkəmizdə cənazə gətirilirsə və biz ölənin etiqadını bilmədiyimiz üçün onun kimliyini araşdırmalıyıqmı?

Cavab: Araşdırmaq lazım deyil. Əsl odur ki, onlar tövhid üzərindədirlər, müsəlmandırlar.

Sual: Bizdə əsl odur ki, tövhid əhli deyillər, cahillikdən şirk qoşurlar.

Cavab:Əgər bilsən ki, müşrikdir və şirk etməkdə israr edib onda cənazəsini qılmayın. Hətta (şirkdə israr edən) cahil də olsa qılmayın.


Fərid Abu İbrahimin tərcüməsi:

Allahın hökmü ilə hökm etməyən hakim nə vaxt kafir olur?

Sual:
Şeyx Allahın hökmü ilə hökm etməyən hakim Allahın hökmünün daha üstün olduğunu qəbul edir,amma Allahın hökmündən başqa bir şeylə hökm etməyin kiçik və yaxud böyük şirk olduğunu bilmir və cahilliyindən dolayı Allahın hökmündən başqa bir şeylə hökm edir.Belə birisinin hökmü nədir?Hüccət qalxmamış təkfir edə bilərikmi?
Cavab:
Əgər cahildirsə hüccət qalxmamış təkfir eləmə!! Ona başa salın ki,hökm Allaha məxsusdur.
Ayələr gətirib başa salın ki,Allahın hökmündən başqa bir şeylə hökm etmək olmaz.Əgər dönməsə və Alahın hökmündən başqa bir şeylə hökm etməkdə israrlı olsa,bu zaman təkfir edə bilərsən.
Doğru olan AbdurRAhim Muradlının tərcüməsi:

Sual:Şeyx əgər rəhbər təsdiq edirsə ki, Allahın hökmü daha üstündür lakin Quandan başqa bir qanunla hökm etməyin kiçik və ya böyük küfr olmasını bilmirsə biz beləsini təkfir edirikmi?

Cavab: Əgər cahildirsə hüccət çatdırana qədər təkfir etmirsən. Ona bəyan edilir ki, hökm yalnız Allaha məxsusdur, ona quran ayələri oxuyur: "Hökm yalnız Allahındır”, "Cahiliyyət hökmünü istəyirlər”, "Allahın nazil etdiyi ilə hökm etməyənlər kafirdirlər.” Əgər israr etsə və şəriətlə hökm etməkdən imtina etsə, qanunla hökm versə ondan uzaq olur və təkfir edirsiniz.


Fərid Abu İbrahimin tərcüməsi:
Cihad haqqında...

Sual:

Şeyx indi hal hazırda cihad var?
Cavab:
İndi hal hazırda cihadın olmasında şəkk yoxdur.Cihad hal hazırda Əqanistanda,Çeçenistanda və həmçinin İraqda mövcuddur.
Doğru olan AbdurRAhim Muradlının tərcüməsi:

Sual: Şeyx hal-hazırda yer üzündə cihad varmı?

Cavab:Bəli cihad var. Əfqanıstanda cihad var, Çeçenistanda cihad var, İraqda amerikanlılara qarşı cihad var.

Fərid Abu İbrahimin tərcüməsi:

Sual:Şeyx əgər bizim dövlət cihada getməyə icazə vermirsə,hakimin və valideyinin icazəsi olmadan cihada getmək olar? Və bizdə dövlətimizdə cihada getmək böyük fitnəyə səbəb ola bilər və birdə sələfi dəvətə pis təsir edə bilər.Belə halda getmək olarmı?
Cavab:Dövlətin və valideyinin izni olmadan getmək olmaz.Xususəndə əgər cihada getmək dəvətə və dəvətçilərin fitnəyə düşməsinə səbəb olsa bu zaman getmək olmaz.Əgər dəvət üçün zərər varsa getmək olmaz.
Doğru olan AbdurRAhim Muradlının tərcüməsi:

Sual:Şeyx əgər dövlət bizə cihada getməyə icazə vermirsə rəhbərin və valideynlərin icazəsi olmadan cihada getmək olarmı? Onu da deyim ki, onların oraya getməsi sələfi dəvətinə və dəvətçilərinə böyük fitnə-fəsad gətirir.

Cavab:O yalnız rəhbərin və valideynlərin icazəsi ilə getməlidir. Xüsusən də əgər bu getmək dəvətə və dəvətçilərə böyük zərər gətirirsə - onu söyürlərsə, "o bizi təkfir edir” "bizim səhv olduğumuzu deyir” "bu düşməni bizə tərəf çevirir” və s. bu kimi sözlər deyib irad tuturlarsa – getməsin.


Fərid Abu İbrahimin tərcüməsi:
Sual:
Şeyx şirk edənin üzürlü olduğunu deyənə murciyə və yaxud kafir deyə bilərikmi?
Cavab:
Allahdan qeyrisinə dua etməyin haram olduğuna etiqat etdiyi halda,onun edilməsini caiz görərsə, bu zaman murciyə olar.
Sual:Şeyx demək istəyirəm ki,yəni Əhli Sünnətdən olan bəziləri,tövhid məsələlərində cahilliyi üzürlü görürlər və az öncə sizin də dediyiniz kimi hüccətsiz təkfir etmirlər.Belələri murciyə sayılırmı?
Cavab:Bəli hüccət qaldırılmayınca,dəlillər çatmayınca və üzürləri aradan qalxmayınca təkfir etmək olmaz.
Sual:Şeyx lakin hüccət qaldırılmayınca təkfir etməyənə murciyə deyilər?
Cavab:Murciyə deyilməz .Hətta şirkə düşənlərdən hüccət qaldırılmayınca.
AbdurRAhim Muradlının tərcüməsi:

Sual: Şeyx əgər bir insan cahilliyi şirk edən insanı təkfir etməyə maneə hesab edirsə biz ona murciyə deyə bilərikmi?

Cavab:Əgər o hökmü bilirsə murciyədir. Əgər bilirsə ki, Allaha şərik qoşmaq haramdır və buna baxmayaraq o bunu icazəli, halal hesab edirsə o murciyədir.

Sual: Şeyx demək istəyirəm ki, əhli sünnədən kimsə tövhid məsələlərində üzr görürsə biz ona murciyə deyə bilərikmi? Yəni hüccət çatdırana qədər təkfir etmir.

Cavab: Bəli, hüccət çatana və dəlillər çatdırılana və üzr yeri qalmayana qədər təkfir edilmir. Sonra onlardan (muşrik) sayılır.

Sual: Yəni kimsə onlara hüccət çatmadığını düşünüb təkfir etmirsə ona murciyə demirik, elədirmi?

Cavab:Bəli, deyilmir. Hüccət çatana qədər deyilmir.


Düzgün tərcümə edilməyən mətnin bizə lazım olan hissənin burada müqayıqsəli dərcini audioyazını orginalını və hər iki mətni burada link olaraq paylaşaraq inşAllah tamamlayırıq.
Eləcədə bir qədər aşağıda Şeyxın Azərbaycandakı dəvətçilərə olan nəsihətini bir daha oxumağı tövsiyyə edirik.

Şeyx Cibrin rahimahullaha  Azərbycan haqqında verilən sual-cavabın tam audioyazısı:





IbnCibrineSual-cavab_azerbaycan.mp3




Şeyx Cibrin

"Azərbaycandakı dəvətçilərə nəsihət"

Mp3 Yüklə:

2.5 MB

Sual:

Şeyx Azərbaycandakı dəvətçilərə və digər qardaşlara nə tövsiyəniz var?

Cavab:

Tövsiyəmiz budur ki, sünnəni yaşatmağa, ona əməl etməyə çalışsınlar. Öz aralarında xoş davransınlar. Tövsiyəm budur ki, bir camaat olsunlar. Parçalanmasınlar. Batil dəvətçilərinə uymasınlar. İstər rafizi, istərsə sufilərə, istərsə də qəbirlərə ibadət edənlərə və başqalarının dəvətinə uymasınlar.
Dəvətləri Qurana əməl etmək olsun. Quran Allah kəlamıdır. Həmçinin sünnəyə də əməl etsinlər. Buxari və Muslimi öyrənsinlər və oradakı səhih hədislərə etibar etsinlər.
Həmçinin Allahın quranda göstərdiyi tövhid əhdinə bağlansınlar. Allahın və Peyğəmbərinin , sallallahu aleyhi və səlləmin sözünə etimad etsinlər. Bu əsaslarda parçalanma olmaz. Əgər kimlərsə sizə "vəhhabi" deyirsə onlara deyin ki, biz İslama müxalif olan dindən Allaha sığınırıq. Biz Qurana bağlıyıq. Biz Qurana bağlı olduqdan sonra nə istəyirsiniz adlandırın. Deyirsiniz ki "vahabiyik"? Günahımız nədir? Quran və sünnəyə bağlıyıq, onlara əməl edirik ona görə günahkarıq?! Heç kəs buna görə rədd cavabı verə bilməmişdir. Şeyx Muhəmməd ibn Əbdül-Vahhabın Tövhid kitabına heç kəs rədd yaza bilməmişdir. Əksinə onu oxuyan hər kəs orada olanları təsdiq edir. Ona görə də biz doğru yolda bir olmalıyıq, çalışmalıyıq ki, aramızda ixtilaf və təfriqə olmasın. Belə olsa Allah öz dinini izhar edər, kəlməsini ucaldar.
Allahım İslamı və Müsəlmanları izzətləndir. Şirki və müşrikləri zəlil et. Öz düşmənlərini, din düşmənlərini məhv et. Allahım bizi öz vətənimizdə əmin-aman et, üzərimizdə xeyirlilərimizi hakim et, ey Aləmlərin Rəbbi.











Bölmə: Şübhələrə Rədiyyə | Baxılıb: 1750 | Yüklədi: selefimedia