Baş səhifə » 2014 » Avqust » 31 » Şeyx Albani:"Telefonla zəng edən zaman ilk salamı kim verməlidir?Zəng edən yoxsa cavab verən?"
09:04
Şeyx Albani:"Telefonla zəng edən zaman ilk salamı kim verməlidir?Zəng edən yoxsa cavab verən?"

 

Şeyx Albani:

"Telefonla zəng edən zaman ilk salamı kim verməlidir?Zəng edən yoxsa cavab verən?"

Şeyx Albaninin (rahimahullah) tələbələrindən Salih bin Taha Abu İslam yazır:


"Bir dəfə Şeyx Albani mənimlə əlaqə qurmaq üçün evimə zəng edir .Evdə olmasamda telefon zənginə mənim balaca qızım cavab verir.Qızım dəstəyi qaldıraraq deyir:
-Assalamu aleykum va rahmatullah.

Şeyx (salamı qaytararaq) ondan mənim haqqımda soruşur və deyir:
-Atana de Muhamməd Nasuruddin əl-Albani zəng etmişdi. (O (Allah rəhmət etsin) özünə şeyx demədi.Və buda onun təvazökarlığından xəbər verir)
Mən evə qayıdan zaman qızım xəbər verdi ki, Muhamməd Nasuruddin əl-Albani adlı şəxs zəng etmişdi.Mən dərhal Şeyxə zəng etdim.O demək istədiyini deyəndən sonra soruşdu:
-Ey Abu İslam! Mən sənə zəng edən zaman balaca qızın cavab verdi və dedi:"Assalamu alaeykum va rahmatullah".O bunu elmlə etdi yoxsa bu balaca qızın şəxsi istəyindən doğan əməlidir? Mən istəyirəm ki biz bundan fayda çıxaraq.(Şeyxin bu üslubuda dəvətdə olan təvazökarlıq və hikmətlə əlaqədardır.)
Mən ona cavab verdim:
-O (qızım) bunu özündən və özüdə birnci dəfədir ki edib.Amma o ki qaldı bu məsələyə, biz öyrənmişik ki, telefon dəstəyini cavab üçün qaldıran "bəli"
deyir. Amma ilk salamı zəng edən verir.Yalnız bundan sonra zəng edilən salamı qaytarır.İlk salamı o vermir.
Şeyx dedi:
-Bəli.Düzgün əməl budur.Çünki zəng edən qapını döyənin misalındadır. Onlar arasında fərq yoxdur."


Bu hadisəni Şeyx Albaninin tələbələrindən Salih bin Taha Abu İslam
"İlk öncə əqidə.Əgər onlar bisəydilər." kitabında qələmə alıb. (1-ci cild.
səh 16-17 )

Bölmə: Maraqlı məqalələr | Baxılıb: 528 | Yüklədi: selefimedia