Baş səhifə » 2014 » Mart » 5 » Şeyx Albani:" Nişanlım haqda şeyxə suallarım " -video+mətn-
23:12
Şeyx Albani:" Nişanlım haqda şeyxə suallarım " -video+mətn-


-----------------



------------------------------

Şeyx Albaniyə zəng...

Şeyx Albani: Bəli

Sual verən: Əssələmu aleykum

Şeyx Albani: Va aleykumussələm va rahmətullah!

Sual verən: Şeyx Albani ilə danışa bilərəm?

Şeyx Albani: Buyur, eşidirəm!

Sual verən: Şeyx sizə bəzi suallar ünvanlamaq istəyirəm?

Şeyx Albani: Buyur.

Sual verən: Mən nişanlımla telefonla danışa bilərəmmi?

Şeyx Albani: Sizin kəbininiz olubmu?

Sual verən: Hələ olmayıb!

Şeyx Albani: Elə isə, danışa bilməzsən!

Sual verən: İcazəli deyil?

Şeyx Albani: Xeyr, icazəli deyil!

Sual verən: Hətta mənim nəsihət etmək üçün ona zəng etməyim də icazəli deyil?

Şeyx Albani: İcazəli deyil!

Sual verən: Mən onunla məhrəminin yanında görüşüb, danışa bilərəmmi?

Şeyx Albani: Məhrəmin yanında çölə hicablı çıxdığı kimi sənin qarşına da elə çıxsa olar, əks halda icazəli deyil!

Sual verən: Bəs üzünü göstərə bilərmi?

Şeyx Albani: Bəli, ancaq üzünü göstərə bilər!

Sual verən: Ancaq üzünü.

Şeyx Albani: O bər-bəzəkli, qısa və s. paltarlar geyinməməlidir.

Sual verən: Onunla bir yerdə əyləşdikdə, mən onunla nə haqda danışa bilərəm?

Şeyx Albani:Başqaları ilə nə danışırsansa, onunla da o haqda danış!

Sual verən: Əgər məndən şəklimi istəsə, öz şəklimi ona verə bilərəmmi?

Şeyx Albani: Əgər sən ondan şəkil istəsəydin, onun verməsi caiz olardımı?

Sual verən: Necə?

Şeyx Albani: Deyirəm, əgər sən ondan şəkil istəsəydin, onun verməsi caiz olardımı?

Sual verən: Aha.

Şeyx Albani: Caiz olardımı?

Sual verən: Xeyr!

Şeyx Albani: Mənimdə bayaqkı sualına cavabım budur: "Xeyr!”

Sual verən: Cavabınız "Xeyr!”?

Şeyx Albani: Xeyr, əlbəttə ki, xeyr!

Sual verən: Axı niyə?

Şeyx Albani: Niyə? Sən ondan şəkil istəyə bilmədiyinə görə... (eləcə də, onun istəməyi caiz deyil!)

Sual verən: Aha

Şeyx Albani: Aydındır?

Sual verən: Bəli, aydındır.

Şeyx Albani: Madam ki, aydın oldu, elə isə əməl et.

Sual verən: Şeyx, nişanlıma zəng etməyə ehtiyac olduqda, zəng edə bilərəmmi?

Şeyx Albani: Mən burada ehtiyac olduğunu düşünmürəm, sən onunla evlənmək istəyirsən, elədimi?

Sual verən: Məsələn, nə zaman görüşəcəyimizi soruşmaq üçün zəng etmək.

Şeyx Albani: Sən nə üçün onunla görüşmək istəyirsən? Axı onun sənin üçün başqa naməhrəm qadınlardan fərqi nədir?

Sual verən: Yəni, demək istəyirsiz ki, onunla görüşə bilmərəm?

Şeyx Albani: Ey mənim qardaşım, mənim demək istəyirəm ki, onun sənin üçün başqa naməhrəm qadınlardan fərqi nədir? Nə üçün onunla görüşmək istəyirsən? Əgər onunla evlənmək istəyirsənsə, qızın vəlisinə müraciət et!

Sual verən: Bəs vəlisi də orada olarsa necə?

Şeyx Albani: Əgər onunla evlənmək istəyirsənsə, qızın vəlisinə müraciət et! Əgər icazə versələr, sən onunla vəlisinin yanında görüşə bilərsən. O ki, qaldı onunla görüşmək, bu icazəli deyil!

Sual verən: Yəni, nişandan sonra da onunla görüşə bilmərəm?

Şeyx Albani: Nişandan sonra?

Sual verən: Bəli.

Şeyx Albani: Qardaşım, yenə də o sənə naməhrəmdir. Ta ki, onunla evlənənə kimi...

Sual verən: Allah sizi xeyirlə mükafatlandırsın!

Şeyx Albani: Səni də. Əssələmu aleyk

Sual verən: Əssələmu aleykum

Şeyx Albani: Va aleykumussələm va rahmətullah!



--------------


Təqdim etdi:

fatvalar.com




Bölmə: Videolar | Baxılıb: 1049 | Yüklədi: selefimedia