Baş səhifə » 2014 » Noyabr » 24 » Şeyx Abbad:"Xəvariclər bu günlərdə bəzi ölkələri ələ alarlarsa onlar ölkə başçıları sayılarmı?" -video+mətn-
12:41
Şeyx Abbad:"Xəvariclər bu günlərdə bəzi ölkələri ələ alarlarsa onlar ölkə başçıları sayılarmı?" -video+mətn-

Şeyx Əbdül Muhsin əl-Abbad:

"Xəvariclər bu günlərdə bəzi ölkələri ələ alarlarsa onlar ölkə başçıları sayılarmı?"


 

Sual verən deyir:


" Ey Şeyx! Allah sizi qorusun. Bu günlərdə xəvariclər bəzi şəhərləri ələ almışdırlar. Çüc işlədərək qalibiyyət əldə etdiklərinə görə başçılığın onlar üçün sabitləşərək bərpa olduğu sübutunu gətirməklə onlar o şəhərlərin başçıları sayılırlarmı ? ”

 

Şeyx Əbdül Muhsin əl-Abbad:


“Başçılığın onlar üçün sabitləşərək bərpa olduğunu demək düzgün deyil .Əksinə (bu onlar üçün) sabitləşməməkdədir. Lakin başçılıq onlar üçün sabitləşərsə ilk olaraq müsəlmanları, haqq və doğru yol əhlini öldürməyə başlayacaqlar. Qüvvətlənərək imkan tapan kimi birinci onlardan başlayırlar. Onların başçılıq əldə etmələrini demək düzgün deyildir. Bu məsələdə qarışıq işlər vardır.

Onlara öldürüb öldürüldüklərinə görə başçı demək düz deyildir. Həqiqətdə bunlar xəvaricdirlər və onların əlindən xilas olmaq lazımdır. İslam əhlinin işlərini səhmana salaraq düşmən kəsilmiş kafirlərə qarşı ədavət aparmaq müsəlmanların yoludur. Bunlar isə müsəlmanlara qarşı ədavət apararaq onlara zərər verir, kafirlər isə onların əlndən salamat qalmaqdadırlar.”

 

“Müslimin şərhinin şərhi”,  24.01.1436  /  16.11.2014


Bölmə: Şübhələrə Rədiyyə | Baxılıb: 544 | Yüklədi: Azerislamoglu