Səhih Buxari, yoxsa Səhih Muslim?...
Səhihliyinə görə "Səhih Buxari”, "Səhih Muslim”dən daha mötəbərdir.
"Səhih Buxari”ni, "Səhih Muslim”dən daha etibarlı edən isə, İmam
Buxarinin (rahiməhullah) bu kitaba hədisləri toplayarkən qoyduğu
"Görüşmənin sübuta yetməsinin zəruriliyi”- şərtidir. Yəni, şərtdir ki,
bir ravi digəri ilə görüşmüş olsun! Fəqət, İmam Muslim
(rahiməhullah) bu şərti lüzumsuz bilmiş və öz "Səhih”inin əvvəlində bu
şərti qoyanlara etiraz etmişdir. İmam Muslim (rahiməhullah) ravilərin
eyni əsrdə yaşaması ilə kifayətlənmişdir.
Lakin alimlər İmam Buxarinin (rahiməhullah) bu şərtinin doğru bir rəy
olduğu qənaətinə gəlmişdirlər. Fəqət, alimlərə görə İmam Muslimin
"Səhih” əsərindəki tərtibatı, İmam Buxarinin "Səhih” əsərindəki
tərtibatından daha mükəmməldir. Çünki İmam Muslim rəvayət etdiyi
hədisdən sonra onun şahidi və davamı olan rəvayətləri eyni yerdə qeyd
etmişdir. İmam Buxari isə hədisi bölmüşdür. Nəticə etibarı ilə, səhihlik və rəvayət baxımından "Səhih Buxari”, tərtib baxımından isə "Səhih Muslim” daha üstündür! Muslimin "Səhih” əsərində riayət etdiyi şərtlər: 1- Sənəddə bağlılığın olması 2- Ravilərin ədalətli olması 3- Ravilərin, eşitdikləri hədisi hifz etməsi 4- Rəvayətlər arasında ziddiyyətin olmaması 5- Rəvayətdə illətin (yəni, hədisin mötəbər olmasında naqislik əmələ gətirən anlaşılmaz səbəb) olmaması 6- İsnaddakı ravilərin eyni əsrdə yaşaması İmam Buxari (rahiməhullah) isə öz "Səhih” əsərində bu şərtlərə daha bir şərt də əlavə etmişdir: 7- Ravilərin bir-birilə ilə görüşməsi, yəni hədisi bir-birində eşitməsinin vacib olması Alimlərin ittifaqı ilə ən mötəbər hədislər bu cür sıralanıb: 1- Mütəvatir (çox saylı yolla rəvayət olunmuş) hədislər. 2- Buxari və Muslimin ittifaq etdiyi hədislər 3- Yalnız Buxarinin rəvayət etdiyi hədislər 4- Yalnız Muslimin rəvayət etdiyi hədislər 5- Buxari və Muslimin rəvayət etmədiyi, fəqət onların şərtlərinə uyğun olan hədislər 6- Yalnız Buxarinin şərtlərinə uyğun olan hədislər 7- Yalnız Muslimin şərtlərinə uyğun olan hədislər
8- Buxari və Muslimin rəvayət etmədiyi, həmçinin onların şərtlərinə də
uyğun olmayan, digər hədis alimlərinin rəvayət etdiyi səhih hədislər. [‘Muqəddimətu İbnus-Saləh’ kitabı və Şeyx Muhəmməd ibn Salih əl-Useyminin ‘Şərh əl-Ərbəın ən-Nəvavi’ kitabı əsasında] __________ əz-Zubeyr
|