Baş səhifə » 2012 » İyul » 20 » Ramazandakı ixtilaflar haqqında bəzi fətvalar və...
09:20
Ramazandakı ixtilaflar haqqında bəzi fətvalar və...
Ramazandakı ixtilaflar haqqında bəzi fətvalar

Fətva- 1

Uləmədan bəzisi ayın müxtəlif doğuşunu məqbul saymış, digərləri isə məqbul saymamışdır. (yəni, bəziləri bir ölkədə görünən ayın digərlərinə aid olmadığını, digərləri isə bir ölkədə görülən ayın bütün ölkələri əhatə etdiyini söyləmişdir.)
Hər iki rəydə olan alimlər Kitab və Sünnədən dəlil gətirirlər, fəqət bu dəlilləri fərqli tərzdə anlayırlar.
Bu məsələdə böyük bir ixtilaf etmək qorxulu deyildir. Müsəlmanlar əsrlər boyudur yaşayır və bu vaxtlar ərzində də ayı görmək məsələsində yekdil rəyə gəlməmişlər. Hər bir dövlətin haqqı vardır ki, alimlər vasitəsi ilə bu iki rəydən birini seçsin!

[Fətava əl-Ləcnə əd-Daimə]

Fətva -2

İslam alimləri bu məsələdə qədim dövrdən bu vaxta kimi ixtilaf etmişdir. Onların bəzisi bunu məqbul saysa da, digərləri məqbul saymamışdır. Onların hər biri də Quran, Sünnə və qiyasdan dəlil gətirmişdir. Ola bilər onlar eyni bir dəlili gətirsinlər, fəqət bunu necə anlamaqda ixtilaf olsun. Amma buna baxmayaraq bu məsələdə olan ixtilaf alimlər arasında heç bir problem yaşatmamış və onlar bir-birlərinə qarşı böyük sayğı ilə yanaşmışdılar.

MƏHZ BU SƏBƏBDƏN SİZ HƏR HANSISA BAŞQA BİR ÖLKƏDƏ AYIN GÖRÜLMƏSİNİ EŞİTDİKDƏ AYIN BAŞLANMASINI VƏ BİTMƏSİNİ ƏMR SAHİBLƏRİNƏ, DÖVLƏTİNİZİN BAŞÇISINA HƏVALƏ EDİN. ƏGƏR O ORUCLUĞUN GİRİB- GİRMƏMƏSİ HAQDA MƏLUMAT VERSƏ ONA İTAƏT ETMƏYİNİZ VACİBDİR. ÇÜNKİ HAKİMİN HÖKMÜ BU CÜR İXTİLAFLARI DƏFF EDİR. BELƏ OLDUQDA DA ARANIZDAKI ÇƏTİN MƏSƏLƏLƏR ÖZ HƏLLİNİ TAPAR.


[Fətava əl-Ləcnə əd-Daimə]

Fətva- 3

Şəri dəlillər HƏR KƏSİN YAŞADIĞI YERƏ TABE OLARAQ, ONLARLA BİRGƏ ORUC TUTMASINA dəlalət edir. Rasulullah -sallAllahu aleyhi və səlləm- buyurur: "Oruc sizin oruc tutduğunuz, iftar iftar etdiyiniz, qurban isə qurban kəsdiyiniz gündür"

Həmçinin, şəriətimiz bizə camaat olmağı əmr etmişdir. Parçalanmaqdan və ixtilaf etməkdən çəkindirmişdir.

Şəri dəlillərə daha yaxın olan odur ki, müsəlmanlar bacardıqca eyni vaxtda oruc tutub, eyni vaxtda iftar etsinlər.

[Şeyx AbdulAziz ibn Abdullah ibn Bəzz]


Fətva- 4


"عليك أن تبقى مع أهل بلدك ، فإن صاموا فصم معهم ، وإن أفطروا فأفطر معهم ؛ لقول النبي صلى الله عليه وسلم : (الصوم يوم تصومون ، والإفطار يوم تفطرون ، والأضحى يوم تضحون) ، ولأن الخلاف شر ، فالواجب عليك أن تكون مع أهل بلدك ، فإذا أفطر المسلمون في بلدك فأفطر معهم ، وإذا صاموا فصم معهم .


بقوله صلى الله عليه وسلم : (الصوم يوم تصومون ، والفطر يوم تفطرون ، والأضحى يوم تضحون) . وثبت عن ابن عباس رضي الله عنهما أن كريباً لما أخبره أن أهل الشام قد صاموا يوم الجمعة قال ابن عباس : نحن رأيناه يوم السبت ، فلا نزال نصوم حتى نرى الهلال ، أو نكمل ثلاثين ، ولم يعمل برؤية أهل الشام لبعد الشام عن المدينة ، واختلاف المطالع بينهما ، ورأى رضي الله عنهما أن هذا محل اجتهاد ، فلك أسوة بابن عباس ومن قال بقوله من العلماء في الصوم مع أهل بلدك والفطر معهم ، والله ولي التوفيق" انتهى .


- Siz ölkə camaatı ilə getməlisiniz. Onlar oruc tutanda siz də tutun, onlar iftar etdikdə siz də edin. Bu haqda Peyğəmbərdən -sallAllahu aleyhi və səlləm- nəql edilmiş hədisdə bəhs edilir:"Oruc sizin oruc tutduğunuz, iftar iftar etdiyiniz, qurban isə qurban kəsdiyiniz gündür”.

Ona görə ki, ixtilaf özü şərdir. Sizin üçün vacibdir ki, öz ölkənizin camaatına görə hərəkət edəsiniz. Əgər sizin ölkənin müsəlmanları iftar edərsə sizdə edin, oruc tutarlarsa siz də tutun!

Əgər ayın görünməsi məsələsində insanlar ixtilaf edərlərsə (hansı ki bu ixtilaf qaçılmazdır), sizə vacib olan ÖLKƏNİZƏ GÖRƏ ORUC TUTMAQ VƏ ONLARLA BİRGƏ İFTAR ETMƏKDİR. Bunu peyğəmbərin -sallAllahu aleyhi və səlləm- aşağıdakı hədisinə əməl olaraq edirsiniz:
- "Oruc sizin oruc tutduğunuz, iftar iftar etdiyiniz, qurban isə qurban kəsdiyiniz gündür”.

Kureyb İbn Abbasa -radıyAllahu anhu- Şam əhalisinin oruca başladığını söylədikdə o demişdir: Biz təzə ayı şənbə günü gördük. Təzə ayı görmədiyimiz müddətcə oruca davam edəcək və 30 günə tamamlayacağıq.

İbn Abbas -radıyAllahu anhu- Şam əhalisinin ayı görməsinə müxalif oldu. Çünki Şam Mədinədən xeyli aralı idi. Bunlar arasında ay görünməsi müxtəlif ola bilər və ona görə bu ictihadi məsələ idi. İbn Abbas sizin üçün gözəl örnəkdir və onun rəyini seçmiş alimlər deyirlər ki, MÜSƏLMAN GƏRƏK ÖZ ÖLKƏSİNİN CAMAATI İLƏ BİRGƏ ORUC TUTSUN VƏ ONLAR İLƏ BİR İFTAR ETSİN.

[مجموع فتاوى ومقالات متنوعة- 15/100 - 102 ]

Fətva -5

HƏR BİR KƏS YAŞADIĞI YER VƏ CAMAAT İLƏ ORUC TUTUB - İFTAR EDİR. YAŞADIĞI ÖLKƏDƏN ASILI OLMADAN, SƏN ÖZ YAŞADIĞIN ÖLKƏ CAMAATININ HÖKMÜNDƏSƏN VƏ SƏN ONLARLA İFTAR EDƏRƏK, ONLARLA DA ORUC TUTURSAN.

[Şeyx ibn Salih Fəuzan əl-Fəuzan]

Fətva -6

Həmçinin Şeyx Useymin bu rəyin daha güclü olduğunu vurğulayır.

[2/155-156 كتاب الدعوة ]

Həmçinin Şeyx Useymin deyir ki, bu rəy İbn Teymiyyənin -rahiməhullah- seçdiyi rəy idi. İbn Teymiyyə -rahiməhullah- buyurur:

- Hər hansısa bir ölkədə ramazanın girməsini bildirən ayın görünməsi bütün ölkələrə aid edilə bilməz. Bu dəlildən çıxarılmış çox güclü bir anlamdır ki, bunu da nəzəriyyə və qiyas isbatlayır!

Həmçinin Şeyx Useymin -rahiməhullah- buyurur:

- Əgər siz " bir ölkədə görülən ayın bütün ölkələri əhatə etdiyi" rəyini götürmüsünüzsə, amma ölkəniz bu rəy ilə getmirsə və iki rəydən birini götürürsə, bu zaman sizin onlara müxalif olduğunuzu açıq-aşkar şəkildə büruzə verməyə gərək yoxdur. Çünki bu cür etmək fitnəyə, hərci-mərcliyə, bəhslərə səbəb olur.

[Məcmuul-Fatava, 19/44]


Fətva -7

Və sonda şeyx Albaninin -rahiməhullah- bu haqda söylədiyi məşhur sözünü qeyd edirəm:

- Mən hər bir kəsə ÖZ DÖVLƏTİ ilə oruc tutub, iftar etməsini məsləhət bilirəm. Bəziləri öz ölkəsi ilə, digərləri isə başqa ölkələr ilə oruc tutub, öz aralarında parçalanmasınlar. Çünki bu cür etmək, onlar arasında olan ixtilafları dahada artırır. Biz artıq neçə illərdir ki, bir neçə ərəb ölkəsində bunun şahidi olmuşdur. Allah daha yaxşı bilir.

[تمام المنة 1/398]


Şeyx Ruheylinin də illər öncə fətvası hər birinizə məlumdur. Onu tərcümə etmişlər, bizim saytda qardaşlar qoyub. Bura təkrar qoymağı gərək bilmədim.

Allah bilir.

Hazırladı Az Zubeyr

PS- FƏTVALARI MÜXTƏSƏR QEYD EDİLİB

Əslən bu fətvaları yerləşdirməyimiz qardaşlar arasında yaranana çaşqınlıq və fitnənin dahada artırmaq deyil.Məqsəd bəzilərini bu məsələdə cahilcəsinə sanki ixtilaflar,  bu fətvalar yox imiş kimi davranmalarıdır.Ümumi səs küydə həva və həvəs səbəbindən şəxsi fikir və düşüncələrini zənnlə və ya qərəzlə haqq kimi yayanlarda bu məsələdə özlərini açıq şəkildə biruzə verməkdədirlər.
Bu gün Səudiyyəni və ya hansısa ölkəni özünə şuar edənlər diqqət yetirsələr görərlər ki,  alimlərimiz özləri Səudiyyə üçün "Ramazan filən gündür" dedikləri halda digər ölkələrdəki vəziyyətidə gözəl bildikləri üçün yuxarıda yaydığımız və eləcədə dinini insaflı olaraq araşdıran birisinin tapa biləcəyindən daha artığını demişlər, yazmışlar və yaymışlardır.Onların tələbələrinində dedikləri həmişəki kimi bunların təkrarıdır.Allah özü bütün məslələrdə şahid və hakimdir.
Son sözümüz.
Uca Allah baş vermiş ixtilaflarda bizləri öz izni ilə haqqa yönəltsin.Dinində fəqih, fəhmli olmaq kimi nemətlə şərəfləndirsin.Bizləri fitnə və fitnə əhlindən qorusun.Bilmədən etdiklərimiz barədə elmimizi artırsın.Bilərkdən etdiklərimizdən isə tövbə etməyi bizə nəsib etsin.Əmin.
Uca Allah daima camaatımızı ixtilaf və parçalanmalardan qorusun.
Əmin.
Baxılıb: 771 | Yüklədi: selefimedia