Baş səhifə » 2015 » İyun » 19 » Ramazanda necə qıdalanmalı? Sahur və İftar.
19:10
Ramazanda necə qıdalanmalı? Sahur və İftar.



 

RAMAZANDA NECƏ QİDALANMALI?
 

Assalamu aleykum.

Ramazan inanclı insanlar üçün özəl bir aydır və istədim Ramazanda necə qidalanmaq yəni imsakda (sahurda) və iftarda bizə zərər verməyəcək şəkildə qidalanma haqqında məlumat verim.

 

İmsak (sahur) :

İmsakda necə qidalanaq? İlk öncə nəzərə almaq lazımdır ki, bu vaxtdakı oruc yəni yay orucu həm müddəti uzun həm də isti hava ilə müşayət olunur. Buna görə də mütləq imsaka durmaq lazımdır, Səhər yəni imsakda qızardılmış, ədviyyatlı, duzlu yeməklərdən uzaq olmaq lazımdır.Kəpəkli çörək yeyilməlidir çünki kəpəkli çörək ağ çörəkdən 4 dəfə gec sorulur bu uzun zaman ac qalmaq üçün faydalıdır.Ağ çörək 4 dəfə tez sorulduğundan qanda şəkərin miqdarı yeməkdən sonra çox qalxır və tez də düşür. Yumurtaya üstünlük verilməlidir.Suda qaynadılmış olsa daha yaxşıdır. Yumurtanın tərkibindəki zülal orqnizmin enerji balansını qoruyur. Eləcədə suda qaynadılmış parça ətdə bu yöndən faydalıdır. 3-4 ədəd xurma yeməkdə faydalıdır. Xurmada həm karbohidrat,  həm zülal,  həmdə az miqdarda yağ vardır. Kəpəkli makaron və yerli düyü çox faydalıdır. Duzsuz pendir qaymaq smetan yemək faydalıdır. Süddə bişmiş yulaf və ya müsli yeməkdə faydalıdır. Bol bol su içilməlidir.Qarında sıöp olmamaq üçün rəzyana ilə çobanyasyığı qarışıqlı çay içmək məsləhətdir.Eləcədə susuzluğun qarşısını almaq üçün limonlu çay vəya məkkəgülü dəmlənmiş çay içmək məsləhətdir. Bunun üçün 1 xörək qaşığı məkkəgülü çiçəklərini 3 stəkan suya tökün üzərinə 2 ədəd çubuq darçın 2ədəd alma və 2 xörək qaşığı bal və şəkər tozu əlavə edin zəif odun üzərində 5 dəq qaynadın sonra soyuducuya qoyun səhər imsakda için bu içki həm dadlı həm də susuzluğun qarşısını almaq üçün əla vasitədir.

İFTARda nə yeməli?


İftar 2 hissəyə bölünməlidir.Birdən birə mədəni çox yükləmək olmaz çünki aclıq zamanı metabolizma (maddələr mübadiləsi) zəifləyir bu zaman köp sancılar və qəbizlik baş verə bilər.Yeməyə su ilə başlayın sonra sulu yeməklərə üstünlük verin. Çalışın süfrənizdə mövsümi meyvələr bol olsun.Qatıq,  ayran,  salat və göyərti olsun.Mədəsində qıcqırma olan varsa qatığı kefirlə əvəzləsin.Sulu yeməkdən sonra biraz istirahət edin bu zaman idman hərəkətləri çox faydalıdır və həzmə kömək edir.Bundan sonra isə artıq enerjili yeməklər yeyə bilərsiniz.Yenədə ağ çörək istifadə etməyin.Lifli  meyvələr və quru meyvələrdən yeyin. Yeməkdən sonra köpün qəbizliyin və sancıların qarşısını almaq üçün yaşıl çay, nanə, zəncəfil, adaçayı,məkkəgülü, darçın, hil, cirə, mixək kimi bitkiləri istərsəniz tək-tək istərsəniz hansını tapa bilsəniz bir birinə qarışdırıb çay dəmləyib içə bilərsiniz .Mütləq yaxşı qidalanmaq lazımdır çünki sabah yenə oruc tutulmalıdır.

ALLAH oruclarınızı qəbul etsin.

Amin.

-----
Hazırladı:

 
Fizuli Huseynov

Bölmə: Ramazan | Baxılıb: 797 | Yüklədi: Azerislamoglu