Baş səhifə » 2012 » İyul » 17 » Ramazan ayının başlanması ilə əlaqədar fətva verildi
10:12
Ramazan ayının başlanması ilə əlaqədar fətva verildi
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verib.

Trend-in məlumatına görə, Qazılar Şurasının çərşənbə axşamı keçirilən iclasında bildirilib ki, Ramazan ayının ilk günü bu il miladi təqvimlə iyulun 21-də başlayır və iyul ayının 20-si orucluğun niyyət gecəsidir.

Ayın görünməsindən asılı olaraq Ramazan Bayramı Şəvval ayının birinə (miladi təqvimlə avqustun 19-na və ya 20-nə ) təsadüf edəcək.

QMİ Ramazan orucunu tutanlara kömək məqsədilə Şamaxı Astrofizika Rəsədxanası ilə birgə xüsusi cədvəl və yaddaş kitabçası hazırlayıb.

Cədvələ riayət olunmasının təmin edilməsi qazılara, yerlərdəki səlahiyyətli nümayəndələrə, axundlara, imamlara həvalə olunub.

QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Qədr gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə və 26-dan 27-nə keçən gecələrə (avqust ayının 7-dən 8-nə, 9-dan 10-na, 11-dən 12-nə və 15-dən 16-na keçən gecə) təsadüf edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az




Baxılıb: 557 | Yüklədi: selefimedia