Baş səhifə » 2012 » İyul » 29 » Rafizilərin:"Müaviyə, Həcər ibn Ədiy adlı səhabəni zalımcasına öldürmüşdür" şübhəsinə rədiyyə
08:06
Rafizilərin:"Müaviyə, Həcər ibn Ədiy adlı səhabəni zalımcasına öldürmüşdür" şübhəsinə rədiyyə
Rafizi şübhələrinə rəddiyələr:Müaviyə, Həcər ibn Ədiy adlı səhabəni zalımcasına öldürmüşdür...

Şübhə: Deyirlər ki, Müaviyə, Həcər ibn Ədiy adlı səhabəni zalımcasına öldürmüşdür. Onun səhabə yoxsa tabiin olması barədə fikir ayrılığı mövcuddur. Cumhur (əksər) alimlər onun səhabə yox, tabiin olduğu qənaətindədirlər. Bu, Buxari, Əbu Hatim ər-Razi, İbn Hibban, İbn Səəd, Xəlifə ibn Xəyyat və digər alimlərin rəyidir. Onlar deyirlər ki, Həcər ibn Ədiy səhabələrdən deyil, tabiinlərdən idi [1].

 

Müaviyə, Həcər ibn Ədini nə üçün öldürmüşdür?

 

Həcər ibn Ədiy, Əli ibn Əbu Talibin tərəfdarlarından biri idi. Səffeyn döyüşündə də onunla bərabər döyüşmüşdü. Həsən, xilafəti Müaviyəyə təhvil verəndən sonra, abu-hava sakitləşmişdi. Həmin il, camaat ili olaraq adlanırdı. Xilafət təmamilə Müaviyədə olandan sonra, Kufə şəhərinə Ziyad ibn Əbihi, yaxud Ziyad ibn Əbu Sufyanı vali təyin etdi.

 

Kufə camaatının necəliyi göz qabağındadır.  

1-ci Əlini öldürən,

2-ci oğlu Həsənə xəyanət edən,

3-Hüseyni aldadan onlar olublar.

Həmçinin Ömərin vaxtında Səədin valiliyinə etiraz etmişlər. Eləcə də əl-Valid ibn Uqbənin və Əbu Musa əl-Əşarinin valiliyinə də etiraz etməkdən yan keçməmişlər. Ümumiyyətlə heç kəs onları qılıncdan başqa bir üsulla razı sala bilməmişdir.

 

Ziyad, Bəsrə şəhərinin, Əli (Allah ondan razı olsun) tərəfindən təyin edilmiş valisi idi. O, Əli ibn Əbu Talibin valilərindən sayılırdı[2].

 

Müaviyə xilafətə tam şəkildə sahib olanda onu Bəsrənin valiliyində saxladı və Kufəni də onun ixtiyarına verdi.

 

Deyilənlərə görə, bir dəfə Ziyad cümə xütbəsi verərkən, xütbəni uzadır. Bu zaman Həcər ibn Ədiyy qalxıb deyir: Namaz, namaz.

Amma Ziyad yenə də xütbə deməkdə davam edirdi. Bunu görən Həcər ibn Ədiy qalxıb onu daşa basdı. Həcər ibn Ədinin tərəfdarları da qalxıb xütbə verən yerdə Ziyadı daşladılar. Ziyad, baş verənlər haqqında Müaviyəyə xəbər göndərdi. Müaviyə, Həcər ibn Ədinin yanına gətirilməsi haqqında əmr verdi.

Sonra, onun öldürülməsi əmrini verdi. Çünki o, fitnə törətmək istəyirdi[3].

Müaviyə (Allah ondan razı olsun) isə fitnənin qarşısını kökündən almaq istəyirdi. Ona görə də onun öldürülməsini əmr etmişdi.

Ona görə Aişə, Müaviyəyə (Allah onlardan razı olsun), Həcər ibn Ədini nə üçün öldürmüsən? - deyəndə, cavabı belə olmuşdu:

Qiyamət günü Allah qarşısında qarşılaşanadək mən və Həcərlə işin olmasın[4].

Biz də deyirik, Müaviyə və Həcər Allahın qarşısında görüşənə qədər sizin də onlarla işiniz olmasın.

 

 

[1] əl-İsabə: 1, 313.

 

[2] Tarix, Xəlifə in Xəyyat: 201-202.

 

[3] əl-İsabə: 1, 313. Siyəru Əlam ən-Nubəla: 3, 463-466. Məsələnin təfsilatını bilmək üçün əl-Bidayə vən Nihayə əsərinə (8, 52) baxın.

 

[4] əl-Bidayə vən Nihayə: 8, 55. əl-Əvasim Minəl Qəvasim: səh, 220.


Shubhe_Muaviye_sahabe_oldurub.doc 07-May-2011 02:51 27136
Shubhe_Muaviye_sahabe_oldurub.jad 07-May-2011 02:51 417
Shubhe_Muaviye_sahabe_oldurub.jar 07-May-2011 02:51 46367
Bölmə: Şübhələrə Rədiyyə | Baxılıb: 412 | Yüklədi: selefimedia