Baş səhifə » 2013 » Noyabr » 9 » Qamət Süleymanova "Bizimlə şiələr arasında ixtilaf yoxdur" deyib iddiası.Yeni "DJ" fitnəsinin ifşası.
13:39
Qamət Süleymanova "Bizimlə şiələr arasında ixtilaf yoxdur" deyib iddiası.Yeni "DJ" fitnəsinin ifşası.


Əssəlamu aleykum va rahmatullahu va barakatuhu.

Əvvəlcədən qeyd edək ki, yazımız bir qədər uzun olacaq.Sona qədər oxuyanlardan bu əziyyəti sizlərə verdiyimizə görə əvvəlcədən üzr istəyirik.

Bismilləh.


Qamət Süleymanova

"Bizimlə şiələr arasında ixtilaf yoxdur"

 deyib iddiası.


Yeni "DJ" fitnəsinin ifşası.




Azərbaycanımızda sələfi dəvəti qurulub və genişlənəndən sonra əlbətdəki özünə çoxsaylı düşmənlərdə qazanacağı bəlli idi.Necə bəlli olmasın ki, Uca Allah öz Kitabında həm Peyğəmbərlərinə həmdə onların yolu ilə gedən dəvətçilərə Qiyamətə qədər bunu vəd etmişdir.

Uca Allah əl-Ənam surəsi 112-ci ayədə buyurur:

"Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar (biri digərini) aldatmaq məqsədilə bir-birinə təmtəraqlı (zahirən gözəl, daxilən çirkin) sözlər təlqin edərlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları yalanlarla birlikdə boşla getsinlər!"

İndiyə qədər, yəni Sovetlər İttifaqı dağılandan sonra başlayan 20-22 illik yaşı olan  bu mübarək dəvəti dağıtmaq üçün hansı oyunlar qurulduğunu , nə kimi fitnələr qaldırldığı çoxumuza sirr deyil. Təzyiqlər, hədə qorxular, iftiralar,  təkfir fitnəsi və s. müxtəlif maneələr....
Zamanla ölkəmizdə dəvətin genişləndiyinin, az bir zamanda minlərlə insanı özünə cəlb etdiyini görən İslam düşmənləri bu dəvətin qaşısını almaq üçün müxtəlif metodlara əl atmağa başladılar.Düşmənlər müxtəlif olduğu üçün metodlarda müxtəlif idi.Bu metodların ən başlıca hədəfi Sələfi dəvətin başında duran Mədinə İslam Unveristetinin məzunları. bizlərin ELM Tələbələri adlandırdığımız şəxslər idi. İblis və nökərləri kənardan müdaxilələrin camaatı parçalamaq əvəzinə dahah mıhkəmləndirdiyin, artırdığını görüb bu cammatı öz içlərindən olanlara parçalama  cəhdinə baş vurdu.Bunun üçün zaman zaman elmi və fəhmi olmayanlar üçün anlaşımayan bəzi ixtilaflı məsələlər ortay atılır, mübahisələr. ixtilaflar baş qaldırıdı. Bu müxaliflərin digər oyunlaındanda biri  dərs və xütbələrini diqqətlə izləyib orada olan olan və olmayan xətaları axtarmaqdan ibarət idi.Amma adətən bu "tapıntı"ları barədə şübhələr yayamağa başlayanda məlum olurduki onlara şübhəli görünən bu sözlər, cümlələr, fikirlər əslində bu elm tələbələrinin yox onlardan qabaq hansısa keçmiş və müasir alimlərin Quran və Sünnədən götürülmüş dəlillərə əsaslanan söz və fikirlərin toplumu  imiş. Bu yöndə iflasa uğradıqlarını görən bu müxaliflər son çarə olaraq qurduqları oyun bu sözlər və fikirləri təhrif olunmuş , qəsd edilmədiyi şəkildə tədim edilməsi oldu. Bu mərhələnində iflasa uğradığını görən bu xəbis dəstə 3-cü bir metoda əl atdı. Oda dərs və xütbələrdəki sözləri, cümlələri montaj edərək aidiyyatı olmayan, qəsd edilməyən mənalara yozmaq oldu. Və etdikləri əməldə iyrəncliyi ilə bərabər bir çox müsəlmanda acı gülüş doğurduğu üçün onlara "DJ"lər deyə ləqəb taxılmağa başlanıldı. Əslində bu oyunlara gülübdə keçmək, fikir verməməkdə olardı. Amma bu fitnə(ləri)in istər DJ-lik adlandırdığımız fitnəddə ,  istər digər adlı fitnə növlərinin hər bir mərhələsinda möhkəm, elmə, ibadətə həris bir camaatdan onların cəminə nisbətdə sayı azda olsa müsəlmanların bunların şübhələrinə aldanıb ilk öncə elm tələbələrini sonra camaatı və ən acınacalısda bəzisnin dini belə tərk etdiyi görəndə gülməyə taqət qalmırdı. Dünən səninlə topuq-topuğa, çiyin-çiyinə namaz qılan birisinin az bir müddətə şübhələrə düşməsi. camaatdan ayrılması, öz həmfikirlərindən başqa qəlbinin hər kəsə qarşı sərtləşməsi və cahil cəmiyyət bir kənara müsəlman qardaşlarına düşmən kəsilməsi hər birimzin qəlbini ağrıdırdı.Necədə ağrıtmasınki məhz bu barədə  Rəsulullah sallallahu aleyhi və səlləm buyurur:
"Müsəlmanlar bir vücud kimidrlər.Bu vücudun bir üzvü ağrıdıqda digər orqanlarada təsir edir."
Buxari, Ədəb, 27
Hal hazırda isə fitnə daha böüyk vüsət alıb.Məscilərdən bəzilərini bağlı olması isə bu fitnələrin miqyasının dahada böyüməsinə səbəb oldu.Artıq həmən fitnəkarlar 1-2 məsciddə yox 10-larla məscidədirlər.Yenədə hədəfədə eyni dəvət eyni şəxslərdir.Yenədə dəvətlərində əsas hədəf cahil müsəlmanlar, müşrik və kafir saydıqları yox elə ibadət əhli olan sələfi camaatı. elm tələbələri, dəvət və dəvətçilərdir. Bununda bir çox səbəblərini sadalamaq olardı.Amma etdiklərinin nəticələri içində başlıcası və anlamaydıqları acı gercək  özlərinin elm və dəvət adına bu illərlər dəvətə paralel sürən müxaliflik adına heç bir şey ortaya qoya bilməmələridir. Əsas əməlləri bunun üzərindədir.Əgər bu əməli tərk edəcəklərsə onların elm və dəvət adına bu illərdə  heç bir şey ortaya çıxacara bilmədikləri özlərindən çxousuna belə bəyan olacağıdır.Və ona görədə DJ-likdə bu biabırçı əməllərini içərisində vzəiyyəti ört basdıe etmələri üçün etdikləri əməllərdən bir əməldir.Axı nə avamlarında nədə ki elmlilərində Mədinə təhsilli və ya digər sələfi mənhəci tələbələri və onların İslamı və dəvəti  öyrətiklərində İslamlarının tələb etdiyi  Elm, Əməl, Dəvət və Səbr əsasları olmayacaqdır.Dəvət və dəvətin metodu kimisə   camaatdan , məsciddən ayırıb təkfir fitnəsinə soxmaqla və sevinərək "camaat ayılıb" , "maskalar çırılır" deməklə olmur. Dəvət "bizim işimiz bu kafir və müşrik toplumladır" deyib məscidin günclərində pıçıltı, məscidin ətrafındakı kafelərdə isə qeybət məclisi qurub "iman"ı artırmaqla  və ya facebookda özü kimiləri tapıb gününü digər aldanmış saydıqlar "qardaş"larını "haqq dəvət"lə və s. əməllərlə ortaya çıxmır. Bunlar yəni əsas "dəvət" etdikləriniz artıq zahirən ən azından namaz qılan və tövhid əhli şəxslərdir. Hamı kimi dəvətə, nəsihətə ehtiyacı olsalarda bəs cahil. təqlidçi, aldadılmış yox mütləqən kafir və müşrik saydıqlarınız sayi "9 milyon elan etdiyiniz kütləni  nə vaxt dəvətə başlayacaqsınız?...Yəqin ki həmişəki kimi "Nə bilirsiniz ki dəvət etmirik.Bizdə edirik" deyə tez bozaracaqlar bu incimiş müsəlman qardaşlarımız. Bəli fərd olaraq ola bilər ki, kimsə kimisiə, hardasa  dəvət edir..Qohumunu, ailəsini,  dostunu və s.Amma bu din camaat dini olduğu kimi dəvvətdə cammat dəvətidir. Nə dəsrlərinizdə, nə kitablarınızda nə "selef01","anti-irca" şuarlı youtube və saytlarınızda , nə facebook səhifələrinizdə heç birində buna yəni Allahın əmr etdiyi və Rəsulunun (sallallahun aleyhi və səlləm) təbliğ etdiyi İslama dəvət adına  aid nə əməl nədki işarə var. Saysaq İslama aid olduğu görüntüsü olan 1, 2,3 şuar var.4-cünü tapmaq olmur....Ancaq "cahillik üzür deyil", "filən əməli edən kafir və müşrikdir", "filən elm tələbəsi belədir" . kimlərinsə ifaşası, gözdən salınması, kimlərinsə haqqı olmadığı məsələlərdə ucaldılması və s. və i.a...Hətta bidət əhli saydığımız rafizlərdə, sufi camaatlarında və ya hər hansı bir azğın firqədə belə dəvət umimi gedir.Həm şüar etdikləri məsələyə həmdəki digər əsas və ya ikinci dərəcəli məsələlərə...İstər namaz məsələləri olsun, istər oruc, istər sədəqə  və s. və i.a İslamdan olan 100-lərlə məsələlərdə.Sizdə isə heç bir dəvət cammatının, toplumunun etmədiyi qəribə bir üslub zühur edib...1,2,3 məsələdə kilidlənib durublar...İnkar edən dəlilini gətirsin...
Bizcə  analayana hər şey bəlldir...Yatanlarında ayılması lazımdır....Çünki niyyətlərdə, metodlarııda, məqsədlərdə gün kimi aydın, etdiklərinində nəticəsi bərbaddanda bərbad...Aşağıdakı toxunacağımız DJ fitnəsi kimi...
-----------------------


Yeni bir girişlə yazımızın ikinci hissəsinə keçid edək...

Bu gün sizə İblis və köməkçilərinin müasir dovrümüzdə məhşur olan bir oyunu  "DJ"-lik  haqqında yazacağıq.Daha doğrusu fitnə əhlinin məhz bu qəbildən olan növbəti hoqqası haqqında yazacağıq.Amma ilk olaraq "DJ" abbreviaturası nədir onun haqqında qısacada olsa məlumat verək.
Daha dəqiq izah üçün biz internet məkanının WİKİPEDİYA servisinə daxil olduq.
Məlum oldu ki, DJ musiqi , şou biznes aləmində -ingilis sözləri olan Disc Jockey sözlərinin baş hərfilərinin birləşməsindən əmələ gələn- 2 qisim insanı əhatə edən peşəyə taxılan ləqəbdir.Bunlar : 1.Musiq fonundakı fasilələri öz səsləri ilə dolduranlar və 2. Hazır musiqinin müxtəlif yerlərini montaj və əlavələr  edərək bir qədər fərqli və daha müasir stildə əsasənda rəqs üçün kompoziya düzəldənlərdır.


Müxaliflər "dəvət"lərində bu metoda artıq bir neçə dəfə əl atıblar.Hər dəfədə bu şübhələrin layıqıncə cavabı verilib.Şübhə əhlinin yalanları açıq şəkildə meydana çıxıb.Bu linkdəki kimi:



Bu "DJ" oyunlarından birisi haqqında yeni bir  fakt  bu günlərdə rus dilində fəaliyyət göstərən məhşur sunnaonline saytını sosial şəbəkələrindən birindəki  səhifəsində qarşımıza çıxdı.Həmən yazının skrinşotu budur:



Səhifədəki video Qamət qardaşın bir neçə il bundan qabaq Cümə günü verilmiş bir xütbəsindən kəsintidir.Videonunun əslini yəni xütbədən  3 dəqiqəlik kəsintini fayda üçün  yerləşdirəndə səmimin niyyətli və salamat sələfi bir qardaşımızdır.Videonun əsli budur:



Əlhəmdulilləh bizə qulaq asdıq.Faydalandır.Şeyx məsələni sadə və anlaşılan şəkildə izah etdi...Amma bu videodan sən demə başqa yöndə "faydalanan"da var imiş.Belə birisi hətta o qədər təsirlənibmişki hansısa məclislərdən birində özü ilə eyni əqidədə olan rus həmfikirində bu yöndə "faydalandırmaq" fürsətini əldən verməmişdir...Bu videonu dinləyən həmyerlimiz videoda nədən danışıldığını "bilmədən" , həmişəki kimi müsəlman qardaşı haqqında heç bir yaxşı zənn etmədən və ən əsası dəqiqləşdirmədən həmən sunnaonline saytının idarəçisi olan təkfirçi olması və əqidə və mənhəc üzərində aktyorluğu ilə məhşur olan Muslim as Salafi (Artyom ) adlı həmfikirinə bu videoda Qamət qardaşın  guya əslində şiələr və Əhli Sünnə arasında heç bir (!?) ixtilaf olmadığıı danışdığını çatdırmışdır.Bu azərbaycanca bilməyəndə təkfirçi Artyomda sevinərək bunu öz səhifəsində həmən mətnlə paylaşmışdır.Mətnin skrinşotu budur:



Əslində belə baxanda bu əməldə əməl olaraq DJ-lik elədə yoxdur.Çünki yerləşdirilən video əslində video olduğu kimidir. Problem anlayışda və təqdimatdadır..Amma biz bunuda DJ-lik kimi tədim etmək qərarına gəldik.Xətamız varsa Allahdan bağışlanma diləyirik...Amma fakt budur ki,  belələrindən bəziləri zəlalətdə  artıq o dərəcəyə çatıblar ki  sadə və adi məsələləri belə həm  dərk etmələrində , həm umimiyyətlə bütün məsələləri haqqı ilə anlamada
bir birilərinə qarşı mənəvi DJ-lik belə edirlər. Adi məsələləri belə anlamada bir birilərinə mane olmaq onların mənhəcinə çevrilməkdədir.Avamların belə anladığı məsələləri bunlar anlamaqda çətinlik çəkirlər.Ağıl və məntiq  hansısa Əhli Sünnənin, sələfiyəm deyənin hətta azmış bidət əhlindən olan belə  kimsə  müsəlmanlardan kiminsə  "şiə və sünnü arasında heç bir ixtilaf YOXDUR" deməsini cahilliyin son nöqtəsi kimi qəbul edər.Bunu iddia edən heç bir zəlalət firqəsi belə olmayıb.Hətta xristian və yəhudilərin naqıs anlayışına görə  görə ümumən İslam 14 əsrdə iki böyük qola , Şiə və Sünni qoluna bölünüb.Bəs bunlardan kimsə necə çıxıb deyə bilər ki filənkəs deyir ki :"şiə və sünni arasında ixtilaf yoxdur"Görəsən özünə sual verməyibmi ki  "bəlkə mən səhv anlamışam?" və ya "bəlkə mənə düzügn çatdırmayıblar?"? əksinə həmən paylaşımın altında özləri kimi 5-10 nəfərdə yığışıb atmaclar atmaqda, lağlağı etməkdən çəkinməyiblər belə...Şünki  bunlarda zombiləşmə elə səviyyəyə çatıb ki, zamanla  məsələləri qəbul və inkarda Quran, Sünnə və Sələfin fəhmini tətbiq etmə metodunu itirməklə yanaşı Allahın qullarına bəxş etdiyi digər iki neməti Ağıl Və Məntiqidə öz "elm çıraqları"na təhvil veriblər.Yetərki özündən olan desin...
İnnə lilləhi va innə ileyhi raciun.
-------
" DJ "-lərin ifşası.

Qardaşlardan  biri  müsəlmana yaraşar şəkildə atılan şübhəni aydınlaşdırmaq üçün Qamət Süleymanova zəng vurmuşdur. Birinci zəng qısadır.Şeyx iddianı eşidən kimi bunu qətiyyətlə inkar edir.Və təklif edir ki, ya zəng edən  özü bu yazıya bir daha qulaq assın yadaki ona zəng edərək dinlətsin:

1-ci zəng:
Dinlə:

Yüklə:
1.6 MB

--------------------------

İkinci zəngdə isə zəng edən qardaş videodan olan hissəni Qamət qardaşa dinlətməyə başlayır :

2-ci zəng:
Dinlə:

Yüklə:
4.5 MB

Məlum olur ki əslində oradakı söhbət bəzilərinin Əbu Bəkr məscidində oraya gələn şiələrə qarşı təzyıq olunur iddiası haqqında imiş.
Şeyxdə cümə xütbəsinin sonunda haşiyə kimi deyirki bu məsciddə ("Əbu Bəkr" məscidində) şiə və əhli sünnə  arasında heç bir ixtilaf yəni QARŞIDURMA yoxdur.
Vəssəlam.
----------

Göründüyü kimi növbəti dəfə sələfi dəvətinə qarşı növbəti fitnə , bu dəfə  beynəlxalq bir DJ-lik iflasa uğradı.İndiyə qədər ki fitnələr, oyunlar kimi.
Şeyx Qamətdə sonda bunu bir daha nəsihət edir ki, bu tip şübhələr olanda fitnə əhlinə uymamaq , zəlalətə düçar olmamaq üçün, müsəlman bacı və qardaşının haqqına girib Qiyamət günü kim(lər)insə haqqları ilə  boynunda gəlməmək üçün mütləq DƏQİQLƏŞDİRMƏK lazımdır. Gördüyümüz və bildiyimiz qardaşların çoxusununda azmasına səbəb məhz bu qaydaya əməl etməməsi olmuşdur.Həm keçmişdə həmdəki indi.

Sual verilə bilər ki bəs nə üçün Qamət qardaş Azərbaycanda və əsasən azərbaycan dilində xütbə verdiyi halda rus dilli bir təkfirçi saytının diqqət və marağına layiq görülüb?

Səbəb Qamət Süleymanovun təkcə Azərbaycanda yox ölkəmizdəndə kənarda əsasəndə keçmiş sovet ölkələrində nufuz sahibi olması və elm tələbəsi olaraq sözünün qəbul olunmasına görədir.Şeyx artıq  bir neçə rus dilli sələfi saytında saytda ekspert kimi iştirak edir. Suallara cavab verir. Hətta rus dilli qardaşlar faydalanmaq üçün Şeyxin adına sual və cavablarının yerləşdirildiyi qamet.com saytı belə açıblar.Yəqinki bu hiyləyə əl atnların hansı xəbis məqsədlər güdüyü hər kəsə aydın oldu.Allah Şeyxi və bütün İslam dəvətçilərini qorusun.Amin.

Son olaraq müsəlman qardaş və bacılarımıza tövsiyyəmiz odur ki, Allahın onlara verdiyi bu kiçik ömürlərində ən böyük nemət olaraq bəxş etdiyi DİNlərinin dəyərini bilsinlər. Hansısa şübhələrlə dərhal əqidələrini və elm , dəvət əhlini dərhal tərk etməsinlər. Ən birinci dəqiləşdirsinlər, soruşsunlar, daha yaxşı anlamaq üçün daha çox oxusunlar. Dərhal qərar verməyə tələsməsinlər. İkincisi şübhə və fitnələri gətirənin bir halına baxsınlar ki,  kimdir bunu danışan, gətirən.Bu özü dəvət üçün, İslam üçün nə edib? Həmən şəxsin başına yığdığı az- və ya çox olan camaatın halına baxsınlar. Ən əsası dualara sarılıb Allahdan daima sabitlik istəsinlər.  İnsan zəif yaradılıb. Günahkardır, xətakardır. Daima psiliyi əmr edən nəfslərindən Allaha sığınsınlar.Dinlərində olan naqislikıəri, şübhələri, fitnələri elmdə və dəvətdə olan zəiflikləri səbəbi ilə gələn bəla və müsibət kimi dyərləndiridb Rəbblərinə tövbə etməyə yönəlsinlər. Məhz bu zaman Allahın yardımı onlara gələcək.Haqq ona bəyan olunacaq.Məsələlər aydınlaşacaq.

Allah müsəlmanların arasında məqsədli şəkildə fitnə, parçalanma salanları özləri ilə məşğul etsin.Aldanan qardaşlarımızı ayıltsın və sələfin mənhəcinə qaytarsın.Amin.

Allah  bizləri doğruları göstərib ona istqamətlərndirən Almlərimiz, elm tələbələrimzi və daima nəsihət edən qardaşlardan ölənə qədər məhrum etməsin.Bizləri müsəlman kimi yaşadıb, müsəlman kimi öldürsün .
Amin.Amin.Amin.

Doğrusunu Allah bilir.

Bölmə: Şübhələrə Rədiyyə | Baxılıb: 1225 | Yüklədi: selefimedia