Baş səhifə » 2014 » İyul » 3 » Qamət Süleymanov:"O, molladır və danışığı da molla danışığıdır."
18:26
Qamət Süleymanov:"O, molladır və danışığı da molla danışığıdır."



Qamət Süleymanov:


"O, molladır və danışığı da molla danışığıdır."

“Azərbaycan vəhhabilərinin lideri Qamət Süleymanovun ölkənin şimal bölgəsindən olmasına baxmayaraq, onun ardınca gedənlərin sayı sürətlə azalır”.

Bunu Lent.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Quba, Qusar və Xaçmaz bölgəsi üzrə qazısı Hacı Naib Səttarov bildirib.

QMİ rəsmisi bildirib ki, bölgədə olan bu qüvvələr cahil yoldadırlar:
“Özləri İslama yamaq olduqları halda, qeyrilərini, məsələn, rafizləri, şiələri damğalayırlar ki, bu da bizi narahat edir”.

N. Səttarov onu da deyib ki, bu gün o qüvvələr hüquq mühafizə orqanları tərəfindən izlənilir:

“Bu gün onlara  rəhbərlik edən Hacı Qamətin özünün də ardınca gedən yoxdur. İnsanlar həqiqəti anlayıb əsl İslama gəlməyə başlayırlar”.

Qazı Hacı Qamətin ardıcıllarına sərt mesaj da göndərib:

“Bu gün hər kim Azərbaycanda mövcud olan məzhəblərin arasında təfriqə yaradırsa, onlar birbaşa ermənilərdən təlimat alırlar”.

Məsələyə münasibət bildirən “Əbu Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanov açıqlamasında haqqında söylənən ittihamlara cavab verib:
“O, molladır və danışığı da molla danışığıdır. Ona görə də o və onu kimilərinin söylədiklərini ciddiyə almaq olmaz. Onlar dindən pul qazanan mollalardırlar və təbii ki, belə mollaların bizdə xoşu gəlməyəcək. Ona görə də danışandan əvvəlcə öz eyiblərindən, camaata hansı münasibətdə olmalarından danışsınlar. Amma, əlhəmdülillah, mən vəhhabi yox, sələfiyəm. Mən təfriqəçilik eləmərəm”.

Q. Süleymanov QMİ qazılarına kurs keçirilməsinin ehtiyac olduğunu bildirib:
“Onları yığıb necə danışmaq lazım olduğunu başa salmaq lazımdır. Azərbaycanda etiqad azadlığı var və heç kəs heç kəsin etiqadını ittiham eləməməlidir. Bu molla da elə bilir yəqin başqa ölkədə yaşayır. Etiqad baxımından da onun mənə olan iradə heç düzgün deyil”.

Q. Süleymanov H. N. Səttarov barədə maraqlı fakt da açıqlayıb:
“O niyə açıqlamır ki, qazılıq etdiyi bölgədə onun mollaları din adı altında camaatdan nə qədər pul toplayır? Niyə açıqlamır ki, o bölgədə camaata Quranı pulla neçəyə oxuyurlar, ölünü niyə pulla basdırırlar? Yaxşısı bdur, o qazı mollaları yığıb belə çirkinləri aradan qaldırmağı tapşırmaqla məşğul olsun, etiqad arxasınca danışmaqla yox”.

Bölmə: Maraqlı məqalələr | Baxılıb: 1347 | Yüklədi: selefimedia