Baş səhifə » 2014 » Aprel » 21 » Qamət Süleymanov:" "CİHAD NİKAHİ" Bəşər Əsəd tərəfdarlarının uydurduğu şaiyədir." -video+mp3-
10:11
Qamət Süleymanov:" "CİHAD NİKAHİ" Bəşər Əsəd tərəfdarlarının uydurduğu şaiyədir." -video+mp3-

Qamət Süleymanov:

" "CİHAD NİKAHİ"

Bəşər Əsəd tərəfdarlarının uydurduğu şaiyədir "
 

Dinlə:

Mp3 Yüklə:

1.6 MB

 

----------------

Qamət Süleymanov:

İslamda “cihad nikahı” anlayışı belə yoxdur

“İslam dinində “cihad nikahı” adlı nə anlayış, nə də əməl var”, - fəaliyyəti dayandırılmış “Əbubəkr məscidi” dini icmasının rəhbəri Qamət Süleymanov Turan-a bildirib.

Onun fikrincə, bu, böhtan və qərəzdən başqa bir şey deyil. Q.Süleymanov bunu Suriyada Bəşər Əsəd rejiminə qarşı vuruşan müxaliflərə qarşı “informasiya müharibəsi”, onları gözdən salmaq cəhdləri kimi dəyərləndirib.

O, “cihad nikahı”nı təbliğ edən vərəqələrdə qadının 250 “cihad nikahı”dan sonra cənnətə düşəcəyilə bağlı açıqlamaları da absurd adlandırıb.

Xatırladaq ki, son günlər Sumqayıt şəhərində “cihad nikahı”nı təbliğ edən vərəqələr yayılır. Bu vərəqələrdə qadın və qızlar Suriyada döyüşə və “cihad nikahı”na dəvət olunurlar. Bu vərəqələri xəvaricilər cərəyanına mənsub olanların yayması haqda informasiyalar var. Keçən ilin sonlarında Sumqayıtda Suriyaya döyüşə getməyən sələfilərlə döyüşlərə qatılan xəvariclər arasında məhz bu məsələ ilə bağlı silah tətbiq olunmaqla insident baş verib. Yaralananlar və həbs edilənlər  oldu. Ölkə mətbuatı xəvaricilərin Suriya hadisələrinə loyal yanaşan sələfilərə “özünüz cihada getmirsinizsə, ana-bacılarınızı göndərin mücahidlərə qulluq etsinlər” kimi təhqirə  yol vermələri haqda xəbərlər yaymışdı.

Bölmə: Şübhələrə Rədiyyə | Baxılıb: 699 | Yüklədi: selefimedia