Baş səhifə » 2014 » Yanvar » 20 » Ölümcül xəstənin tövbəsi səhihdirmi?
22:27
Ölümcül xəstənin tövbəsi səhihdirmi?
Ölümcül xəstənin tövbəsi səhihdirmi?

 Şeyx Useymin rahimahullahdan soruşdular:

"İnsanın çoxlu günahları var amma, onu müalicəsi olmayan ölümcül xəstəlik yaxalayıb və həkimlər ona heç bir kömək edə bilməyəcəklərini deyiblər. O indi (etdiklərindən) peşmandır. Ölümcül xəstəliyinə baxmayaraq onun tövbəsi səhihdirmi? "

Şeyx cavab verdi:

"Bəli yaşamaqdan ümüdü üzülənin, məsələn xərcəng kimi xəstəliyə düçar olanın və ya üzərində ölüm cəzasının yerinə yetirilməsi gözlənilənin, hətta üzərinə artıq qılınc qaldırıldığı halda , rəcm edilməsi gözlənilən zinakarın, hətta bünün üçün artıq daşlar belə yığıldığı zaman edilən tövbəsi səhihdir.Uca Allah ölüm xırıltısın gələnə qədər qulunun tövbəsini qəbul edir.

Uca Allah buyurur:
" Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. "
 (ən Nisa, 17).

Buradakı : " dərhal tövbə edərlər " sözləri ölməmişdən qabaqkı tövbəni ifadə edir.

 Necəki Uca Allah buyurub:
" Günah işlər görməkdə davam edərək ölüm yetişən anda ölənlərin tövbəsi qəbul olunmaz
(ən Nisa, 18)."

"Likə əl bəb əl məftuh",53/73.
Bölmə: Faydalar | Baxılıb: 608 | Yüklədi: selefimedia