Baş səhifə » 2015 » İyul » 16 » Ölkəmizdə Ramazan ayının bayram namazının qılınacağı vaxtı açıqlandı
11:40
Ölkəmizdə Ramazan ayının bayram namazının qılınacağı vaxtı açıqlandı

Ölkəmizdə
Ramazan ayının bayram namazının
qılınacağı vaxtı açıqlandı.


 

18 iyul Ramazan bayramıdır.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycanda müqəddəs Ramazan ayının bayram namazının qılınacağı vaxtını açıqlayıb.

“Sələf Xəbər”in “Report”a istinadən məlumatına görə, QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib ki, iyulun 18-i saat 10.00-da “Təzə pir”də və Azərbaycanın digər məscidlərində bayram namazı qılınacaq.

R.Dadaşova deyib ki, iyulun 18-i Ramazan bayramıdır: “İnsanlar bayram namazından sonra Ramazan bayramını qeyd edə bilərlər”.

Xatırladaq ki, Ramazan ayı Azərbaycanda iyunun 18-də başlayıb.

 Sələf Xəbər: Xatırladaq ki, İslamda 2 müqəddəs bayram var – 3 gün davam edən Qurban bayramı və müqəddəs Ramazan ayının bitməsi ilə başlayan Ramazan bayramı.
Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) Mədinəyə hicrət edəndə, Mədinə sakinlərinin oynayıb-əyləndikləri iki günün olduğunu eşidir. “Bu günlər nədir?” – deyə soruşduqda, onlar:“Cahiliyyət dövründə bu iki gündə oynayardıq…” – deyirlər. Peyğəmbərimiz isə (Allahın ona salavat və salamı olsun), buyurdu: “…Allah sizə bunlardan daha xeyirli olanlarını verdi: Qurban və Ramazan bayramları”. (Əbu Davud)

Bölmə: Ramazan | Baxılıb: 583 | Yüklədi: Azerislamoglu