Baş səhifə » 2014 » Dekabr » 16 » Nə vaxt ki...
10:58
Nə vaxt ki...

Nə vaxt ki...

 

 

İbn əl Qeyyum (rahimahillah) dedi:

 

Nə vaxt ki, sən Allahı Tövhidlə təkləsən , onlar sənə deyərlər:

-Sən övliya və salehləri alçaldırsan.

Nə vaxt ki, ittibada Allah Rəsulu (sallallahu aleyhi və səlləmə) yönəlsən, onlar sənə deyərlər:

-Sən təqlid edilməli olan imamları heçə sayırsan.

Nə vaxt ki, Allahı (ad və sifətlərdə), Özünün və Rəsulunun (sallallahu aleyhi və səlləm) adlandırdığı kimi adlandırırsan, onlar sənə deyərlər:

-Sən Allahı yaratdıqlarına bənzədən müşəbbihsən.

Nə vaxt ki, pislikdən çəkindiririsən, onlar sənə deyərlər:

-Sən fitnə çıxardırsan.

Nə vaxt ki, Sünnəyə uyub ona müxalif olanı tərk edərsən, onlar sənə deyərlər:

-Sən azmış bir bidətçisən.

Və əgər bu etdiklərini tərk edib onların həva və həvəslərinə yönəlsən, o zaman Allah qatında ziyana uğrayanlardan , onlar üçün isə münafiqlərdən sayılacaqsan.

O zaman onların qəzəbini qazansan belə Allahın razılığını axtarmaqda qətiyyət göstər.Onlara : onların səni inkar etməsinə, sənə qəzəblənməsinə əhəmiyyət vermə.Çünki bütün bünlar sənin doğruluğunun isbatıdır."
-----
Süleyman ibn Səhmən "Şübhələrin kəşfi"nin şərhində gətirir.

Bölmə: Faydalar | Baxılıb: 595 | Yüklədi: Azerislamoglu