Müsəlman qadın və EŞQ Hikmət sahibləri buyurur: - Dəliliyin növləri vardır, onlardan biri də EŞQdir. Bəziləri də buyurmuşdur:
- Nə qədər aşiq oldu ki, məşuqları uğrunda mallarını, şərəflərini və
canlarını tələf etdilər. Ailələrini, dinlərini və dünyalarını itirdilər.
Sələfi alimlərindən birinə "Eşq nədir?” soruşduqda, o demişdir:
- "Qəlblər Allahı zikr etməkdən qafil olduğu zaman, Allah da onları
Özündən başqasına qulluğa mübtəla edər!” Qafil qəlb- Şeytanın
məskənidir! - Aşiq olanlar insanların ən bəxtsizi, ən zəlili və Rəbbindən ən uzaq olanlarıdır. İbnul Qeyyim (rahiməhullah) buyurur:
- Bütün həkimlər EŞQin bir vəsvəsə xəstəliyi olduğunu söyləmişdirlər.
Səbəbi isə nəfsini gözəl görməyə can atması və bunu düşünməsidir. Küfr və şirkə aparan EŞQin əlamətləri: İbnul Qeyyim (rahiməhullah) buyurur:
- Bu növ eşqin əlaməti - aşiq olduğu kəsin rizasını Allahın
razılığından üstün tutmaqdır. Məsələn, aşiq olduğu kəsin haqqı ilə
Rəbbinə itaət haqqı uyğun gəlməzsə, həmin adam məşuqunun haqqını Allahın
haqqından üstün tutar. EŞQə aludə olmağın səbəbləri: 1- Ruhun və qəlbin Allahın zikrindən və Allah sevgisindən uzaq olması. Kim qəlbini Allah sevgisi və Allah qorxusu ilə doldurarsa, o qəlbdə başqa şeyə yer qalmaz. Uca Allah qəlblərdə olanı da bilir! İbnul Qeyyim (rahiməhullah) buyurur: - EŞQə, içində Allah sevgisi olmayan qəlblər düçar olur.
2- Bu cür EŞQin qəlbə girməsində pozğun filmlərin və aşk hekayələrinin
böyük təsiri vardır ki, onlar da rəzalətin yayılmasına səbəb olur.
3- Digər bir səbəb də telefonla qarşılıqlı danışıq, yəni dil zinasıdır.
İntenet yolu ilə olan "chat” danışıqları da bu zina növünə daxildir.
EŞQə sürükləyən ən başlıca səbəblərdən biri də məhz budur. 4- Baxışlara nəzarət etməmək. Çünki, baxışlar EŞQin başlanğıcıdır.
5- Kor-koranə təqlid. Bəziləri eşq hekayələri oxuyur və ya eşqdən bəhs
edən haram musiqilər dinləyirlər. Müəyyən vaxtdan sonra da EŞQə
düşürlər. Bu bəladan qurtulmağın çarələri: 1- Uca
Allaha yalvararaq dua etmək, İxlas ilə Allaha tərəf yönəlmək. Çünki bu
xəstəlikdən ancaq Allah (subhənəhu və təalə) qurtara bilər! 2- Aşiq olduğun kəsdən uzaqlaşmaq: Onu görməmək, səsini eşitməmək, onu xatırladacaq şeyləri də görməmək. 3- Aşiq olduğu kimsədən başqası ilə olsa da ailə qurmaq. Çünki evlilikdə özünə yetərli olacaq bərəkət vardır.
4- Davamiyyətli olaraq saleh əməllər etmək və Allahı çoxlu zikr etmək.
Uca Allah buyurur: "Həqiqətən, namaz çirkin və yaramaz işlərdən
çəkindirir. (Ənkəbut, 45)” 5- Öləcəyini və ölüm acısını xatırlamaq: Qəbir qaranlığını, Uca Allahın hüzuruna çıxacağı günü xatırlamaq.
6- Faydalı işlər ilə məşğul olmaq. Şübhəsiz ki, EŞQə aludə olmağın
başlıca səbəbi də bekarçılıqdır. Necə ki, sələflərimiz buyurur: "EŞQ-
Bekar kəslərin məşğuliyyətidir.” Əgər qəlb lazımı və faydalı şeylərlə məşğul olarsa, bu zaman EŞQ düşünülməz və unudulub gedər. [‘Fətəva əl-Mərah’ kitabından] __________________ Tərcümə: əz-Zubeyr
|