Baş səhifə » 2015 » İyun » 4 » " MÜNKƏRİ İNKAR ETMƏYİN DƏRƏCƏLƏRİ "
08:35
" MÜNKƏRİ İNKAR ETMƏYİN DƏRƏCƏLƏRİ "


-----------
------
--

 

"  MÜNKƏRİ İNKAR ETMƏYİN DƏRƏCƏLƏRİ "

 

Münkəri inkar etməyin 4 dərəcəsi var:
 

Birinci: Münkərin (pis əməlin) aradan qalxması və onun yerinə xeyirin gəlməsi.
 

İkinci: Münkərin bütünlüklə olmasa da azalmasının baş verməsi.
 

Üçüncüsü: Münkəri inkar etdikdə özü kimi bir münkərin yenidən peyda olması.
 

Dördüncüsü: Münkəri inkar etdikdə o münkərdən daha şərli bir münkərin peyda olması;


 

Birinci iki dərəcədə münkəri inkar etmək icazəlidir. Üçüncüsü isə ictihadi məsələdir. Dördüncüsü isə haramdır.
 

 

- Əgər əmri-bil-məruf və nəhyi anil-munkər (yaxşılığı əmr edib pisliyi qadağan etmək) edildikdə bu əməlin xeyiri (məsləhəti) fəsadından çox olacaqsa, bu zaman bu əməli etmək şəridir (icazəldir).

 

- Əgər əmri-bil-məruf və nəhyi anil-munkər (yaxşılığı əmr edib pisliyi qadağan etmək) edildikdə bu əməlin nəticəsində (fəsad) yaranar və bu fəsad xeyirdən çox olarsa, o zaman bunu etmək haramdır. Çünki, şəriətə görə (usulu fiqh qaydalarına əsasən) fəsadları uzaqlaşdırmaq məsləhətləri (xeyirləri) cəlb etməkdən daha önəmlidir.

 

- Əgər əmri-bil-məruf və nəhyi anil-munkər (yaxşılığı əmr edib pisliyi qadağan etmək) edildikdə bu əməlin nəticəsində məsləhətlə məfsədə (xeyirlə şər) eyniləşərsə, bu zaman (bu ictihadi məsələdir, təfsilata gedildikdə istisna hallarda icazəli də ola bilər, yəni elə hallar yarana bilər ki, o hallarda icazəli olsun) bu zaman əmri-bil-məruf vən nəhyi anil münkəri etmək olmaz. Çünki, bu halda da şəriət qaydalarına əsasən insanlardan zərərləri uzaqlaşdırmaq lazımdır."
(Daha ətraflı bax: Əmri bil-Məruf vən-nəhyi anil-Munkər, səh 21-22, şeyxulislam İbn Teymiyyə; və əl-İstiqamə, 2-218; Təhqiq Muhəmməd səlim; Həmçinin; şeyxülislamın "Məcmu`ul-Fətəva"sı, 28-130: ibn Qasimin tərtibatı ilə)

 

- Əgər əmri-bil-məruf və nəhyi anil-munkər (yaxşılığı əmr edib pisliyi qadağan etmək) edildikdə bu əməlin nəticəsində fəsadlar qarşılıqlı artarsa bu zaman iki haldan biriylə bu vəziyyətdə iki halda birinin baş verməsi labüddür;
 

1) Ya bu şərlərin içindən fəsadı daha az olanı seçilir.
Bu da bu fiqhi qaydalara əsasən tətbiq olunur:
- Daha şiddətli zərər daha yüngül bir zərərlə aradan qaldırılır.
- Əgər iki fəsaddan birini seçməkdən başqa yol qalmazsa, bu zaman daha yüngül fəsadı olan seçilməlidir.
- İki şərdən ən yüngül olanı seçilir.

(Qeyd: bu qaydaların hər biri çıxış yolu olmadıqda, məcburi seçim olduqda tətbiq edilir)
 

2) Ya da bu fiqhi qaydalar tətbiq edilir:
- Zərər aradan qaldırılmalıdır.
- Zərər özü mislində bir zərər ilə aradan qaldırıla bilməz.
- Zərər mümkün olduqca dəf edilməlidir.

 

(Qeyd: Daha ətraflı baxmaq istəyən İbn Qeyyimin Əaləmul-Muvaqqi`in an Rabbil-aləmin" əsərində eyni adlı mövzuya və Muhəmməd Nasir Abdur-Rahmənin "Haqiyqatu Əmri bil-Məruf və n-Nəhyin anil-Munkər və Ərkənuhu və Məcəllətuhu" kitabına baxa bilər (səh, 87-92). Nəşr evi: Dəru Kunuzu İşbiliyyə" 1997)

 

Hazırladı: Sahib Əsədov

Bölmə: Faydalar | Baxılıb: 662 | Yüklədi: Azerislamoglu