Baş səhifə » 2015 » Avqust » 12 » Məscidlərə intihar hücumu edən səfeh xavariclər haqqında.
09:10
Məscidlərə intihar hücumu edən səfeh xavariclər haqqında.


 

Rəhimli və Mərhəmətli Allahın adı ilə.
 

Məscidlərə intihar hücumu edən səfeh xavariclər haqqında.

Günümüzdə xavaric dəstələrinin məscidlərə hücumlar təşkil edib, namaz qılanları öldürdüklərinin şahidi oluruq.Onlar məscidlərə hücum etməklə bir daha xavaric olduqlarını təsdiq edirlər.

Şeyx Saleh Sindi- Allah onu qorusun-məscidlərdə partlayışlar törədənlər haqqında belə deyir: "Allah Elçisi- Allahın salavatı və salamı onun üzərinə olsun-onlar haqqında belə buyurub:"  Bütlərə ibadət edənləri tərk edib, müsəlmanları öldürərlər "( Buxari 3344 və Muslim 1064)

Onlar məscidlərdə partlayışlar törədməklə:

 1) Allahın evi olan məscidlərə hörmət etmirlər.

2) Qurana hörmət etmirlər.Partlayış zamanı quran kitabları da xarab olaraq qanlara cəsədlərə qarışır.

3) İbadətə hörmət etmirlər.İnsanlar Allaha ibadət etdikləri bir vaxtda onları öldürürlər.

4) Kəbədən də əzəmətli olan, günahsız müsəlman qanına hörmət etmirlər, onu Allaha ibadət etdiyi bir yerdə öldürürlər.

Ən təəccüblüsü isə, bununla çox yaxşı bir iş gördüklərini və bu əməllə cənnətə girəcəklərini düşünürlər..."

Necə də səfeh bir toplumdur bu xəvaric toplumu?!
Müsəlmanları öldürməklə yanaşı, özlərini də öldürürlər.Hal bu ki, şəriətimizdə bir insanın özünü öldürməsi haramdır və böyük günahdır.Uca Allah belə buyurur:

Özünüzü öldürməyin həqiqətən Allah sizə qarşı rəhimlidir * Kim bu əməlləri düşmənçilik və zülm etməklə yerinə yetirərsə, Biz onu odda yandıracağıq. Bu da Allah üçün asandır.

 

Nisa /29—30

Həmçinin Allah Elçisi- Allahın salavatı və salamı onun üzərinə olsun- belə buyurur:"Kim bu dünyada özünü bir şey ilə öldürərəsə, qiyamət günü onunla əzab olunar"  Muslim

Bu cür çirkin işləri görənlər özlərini çox ağır bir yükün altına salmış olurlar.Bir yandan günahsız öldürlülən, qanları axıdılan  müsəlmanlar, digər yandan da, özlərini öldürmələri.Haram üstünə haram,  günah üstünə günah...Uca Allah bizləri və bütün müsəlmanları bu cür əməllərdən qorusun.

Uca Allah belə buyurur:{Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür.}Maidə/32

Allah Elçisi-Allahın salavatı və salamı onun üzərinə olsun- belə buyurur:"Kim əhd bağlanmış bir kafiri öldürərsə, cənnətin iyini belə duymaz, halbu ki, cənnətin iyi, qırx illik məsafədən gəlir" (Buxari/ 3166)

Əhd bağlamış kafiri öldürməyin cəzası bu cür şiddətlidirsə onda düşünün məsciddə Allaha ibadət edən bir müsəlman öldürmək necə?!

__________________
✏Elçin Şunqarov

Bölmə: Şübhələrə Rədiyyə | Baxılıb: 674 | Yüklədi: Azerislamoglu