Baş səhifə » 2014 » Dekabr » 4 » Mən Onu tanıdığım halda, O heç məni həlak edərmi?
11:03
Mən Onu tanıdığım halda, O heç məni həlak edərmi?

 " Mən Onu tanıdığım halda, O heç məni həlak edərmi? "

İbn Qudamə(ﻪﻠﻟﺍ ﻪﻤﺣﺭ) "Təvvabin"də AbdulVahid ibn Zeyddən zikr edir ki,dedi:
Gəmidəydik,külək bizi gətirib yarımadaya çıxardı. Biz gəmidən düşdükdə gördük ki,bir kişi bütə ibadət edir. Ona tərəf getdik və dedik:
-Ey kişi , kimə ibadət edirsən ?
Bütə işarə etdi. Ona dedik:
-Bizimlə gəmidə bunun kimisini düzəldə bilən kimsələr var. Bu heçdə ibadət olunası ilah deyil.
Dedi:
-Bəs siz kimə ibadət edirsiniz?
Dedik:
-Allaha ibadət edirik.
Dedi:
-Allah nədir?
Dedik:
-Odur ki,Onun ərşi səmada, hakimiyyəti və idarəçiliyi yerdədir, dirilər və ölülərin hökmü də ondadır.
Dedi:
-Siz Onun barəsində necə öyrəndiniz?
Dedik:
-O Azım(əzəmətli )Məlik(hər şeyin sahibi), Cəlil (böyük)Yaradan ,Kərim(hörmətli) bir Rəsul göndərərək bunu bizə xəbər verdi.
Dedi:
-Bəs o rəsul nə etdi?
Dedik:
-Özünə verilən risaləni çatdırdı. Sonra isə Allah onun canını aldı.
Dedi:
-Gedəndə, sizdə buna (Allahın risaləsinə) işarə edəcək bir şey qoydumu?
Dedik:
-Bəli.
Dedi:
-Nəyi qoyub gedti?
Dedik:
-Bizə Məlikin Kitabını goyub getdi.
Dedi:
-Mənə Məlikin Kitabını göstərin.Məliklərin kitablarıyəqinki,gözəl olur.
Biz ona mushafı verdik.
Dedi:

-Mən bunu tanımıram.
Biz ona Qur'andan bir surə oxuduq. Biz oxumağa davam etdikcə ,hətta surəni tamamlayanadək o ağladı.
Dedi:

-Bu Kalamın Sahibinə yaraşan o olarki,Ona asilik edilməsin.
Sonra İslamı qəbul etdi. Biz ona İslamın əhkamlarını və Qur'andan surələr öyrədərək onu özümüzlə gəmiyə götürdük.
Yola çıxdıq. Gecənin qaranlığı düşdükdə biz yatağımıza girdikdə,
Dedi:

-Ey qövm, sizin məni yönəltdiyiniz Bu İlah, gecənin qaranlığı düşdükdə yatırmı?
Dedik:
-Yox! Ey Allahın qulu, O Həydir(diridir), Qəyyumdur (mürgüləmir, daimi oyaqdır) Azımdir(əzəmətlidir), O yatmır!
Dedi:
-Siz necədə pis qullarsınız. Siz yatırsınız, sizin Mövlanız(ağanız,himayədarınız) isə Oyaqdır ?!
Sonra bizi tərk edərək ibadət etməyə başladı  Biz öz ölkəmizə çatdıqda  yoldaşlarıma dedim:
-Bu, islamda təzədir, bu ölkədə də qəribdir.
Onun üçün bir neçə dirhəm toplayıb ona verdik.
Dedi:

-Bu nədir?
Dedik:
-Öz ehtiyaclarına xərcləyərsən.
Dedi:
-lə iləhə illə Allah.Mən dənizin içində olduğum halda, Ondan qeyrisinə-bütə ibadət etdiyim halda, məni həlak etmədi. Mən Onu tanıdığım halda, O heç məni həlak edərmi?
Sonra ,özü üçün qazanmağa başladı.Və bundan sonra ölənə qədər böyük salehlərdən oldu.

 

[İbn Qudamənin "Təvvabin"i]

Tərcümə etdi: Ramil Soltanov.

Bölmə: Faydalar | Baxılıb: 574 | Yüklədi: Azerislamoglu