Baş səhifə » 2013 » Mart » 14 » Kamal Hüseyn:"Namazda İmamdan qabaq hərəkət etmənin təhlükəsi" -mp3-
09:43
Kamal Hüseyn:"Namazda İmamdan qabaq hərəkət etmənin təhlükəsi" -mp3-

Kamal Hüseyn

"Namazda İmamdan qabaq hərəkət etmənin təhlükəsi"



Mp3 Yüklə:

4.2 MB


Daha çox fayda üçün bu linkə daxil olun:

Namazda yol verilən xətalar - 5 dərs




Barə ibn Əzib (Allah ondan razı olsun) dedi:

"Rəsulullah sallallahu aleyhi və səlləm "səmiallahu li mən həmidəh" dediyi zaman (düz durana qədər) bizlərdən heç birimiz belimizi dikəltməzdik.Həmçini Rəsulullah sallallahu aleyhi və səlləm  səcdə etməyənə qədər heç birimiz səcdəyə getməzdik".
Buxari və Müslim rəvayət etmişlərdir.
İmam ən-Nəvəvi dedi:
"Bu hədisdə namazın o ədəbinə işarə var ki, İmamın arxasında dayananlar İmam alnını səcdəyə qoyana qədər bellərini əymirlər".
ən-Nəvəvi "Şərh səhih Muslim".4 b. 191 səh.
Ona görədə İmamın arxasında duran hərəkətlərini o (İmam) edəndən sonra dərhal etməlidir.
Kimki İmamı görür onun "Allahu Əkbər" sözünü deməsini deyil , onun hərəkətini izləyir.
Kimki İmamı görmür İmam "Allahu Əkbər" sözünü qurtarandan sonra hərəkətə başlayır."
Şeyx əl-Münəccid."Sual və cavab" toplusu.№ 38634


Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu:

"Sizdən biri rüku və səcdədə başını imamdan qabaq qaldırdığı zaman Allahın onun başını eşşək başına və ya surətini eşşək surətinə çevirməsindən qorxmazmı?!”

Buxari, "Əzan” 53;  Müslim, "Salat” 114

Bölmə: Audiolar | Baxılıb: 850 | Yüklədi: selefimedia