05:22 Ibn Qayyim:" İnsanlar namazlarında 5 qisimdirlər " | |
Böyük Alim İbn Qayyim -Allah ona rəhmət etsin- "əl-Vabil əs-Səyyib" kitabında insanların öz namazlarında beş qisim olduqlarını qeyd etmişdir:
1. Namazına görə cəzalandırılan; 2.Namazına görə hesabat verən; 3.Namazına görə günahları bağışlanan ; 4.Namazına görə mükafatlandırılan; 5.Namazına görə Allaha yaxınlaşan. ----------------- 1.Namazına görə cəzalandırılan:
O kəsdir ki, o dəstəmazına fikir verməz, namazının da nə rükularına, nə vaciblərinə fikir verər, nə də onun şərtlərini yerinə yetirər. Bunun üçündə cəzalandırılar.
2.Namazına görə hesabat verən:
O kəsdir ki, həmin şəxs namazın rükunlarını, vacib və şərtlərini yerinə yetirər, lakin namaza başladığı andan onu bitirənə qədər namazda nə deyib, nə oxuduğunu dərk etməz. Zehni salam verilənə qədər dünyada gəzib dolaşar və dünya ehtiyaclarını ödəmək üçün namazın nə zaman qurtaracağını səbirsizliklə gözləyər. Bu sinifdən olan insanlar nə qədərdə çoxdu! Bu kəsdə namazına görə hesaba çəkiləcəkdir.
3.Namazına görə günahları bağışlanan:
O kəsdir ki, həmin şəxs namazın rüknlarını, vaciblərini və şərtlərini lazımi qaydada yerinə yetirər, namaz başladığı andan onu bitirənə qədər qəlbinin namazda olması üçün nəfsi və şeytanla mübarizə aparar ki, namazı gözəl olsun. Bu kəsin də namazına görə günahları bağışlanar.
4.Namazına görə mükafatlandırılan:
O kəsdir ki, həmin şəxs namazın rüknlarını, vaciblərini, şərtlərini və məndublarını lazımi qaydada yerinə yetirir və üstəlik qıldığı namazında xuşulu da olur. Bu kəsi də Allah namazına görə mükəfatlandırır.
5.Namazına görə Allaha yaxınlaşan: (bu ən üstün dərəcə və mərtəbədir.)
O kəsdir ki, həmin şəxs namazın rükunlarını, vaciblərini, şərtlərini və məndublarını lazımi qaydada yerinə yetirir, namazında xuşulu olur və bununla yanaşı o, Allahı görürmüş kimi namaz qılır.
Sən öz nəfsini (bu beş sinfin sıralarından) hansı sırada görürsən?
Allahsübhanə və Təalədən diləyirəm ki, bizləri Ona xuşu ilə ibadət edən qullarından etsin. | |
Bölmə: Faydalar | Baxılıb: 565 | |