Baş səhifə » 2014 » Avqust » 9 » İsrailin Qəzzada məhv etdiyi məscidlərin sayı açıqlandı...
10:46
İsrailin Qəzzada məhv etdiyi məscidlərin sayı açıqlandı...

İsrailin Qəzzada məhv etdiyi məscidlərin sayı açıqlandı...

İsrailin Qəzzada məhv etdiyi məscidlərin sayı açıqlanıb.Axar.az xəbər verir ki, İsrailin təşkil etdiyi hücumlar nəticəsində 60 məscid tamamilə dağıdılıb, 150-si ziyan görüb.Verilən açıqlamada İsrail ordusunun məscidləri qəsdən hədəf almaqda günahlandırıldığı, Qəzza şəhərində 20, Xan Yunus şəhərində 17-i, Qəzza Zolağının şimalında 11, Qəzza zolağının orta seqmentində 10, Rifah şəhərində 2 məscidin yararsız hala salındığı qeyd edilib.

-------------------

Uca Allah buyurur:

“Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: “Allahın köməyi nə vaxt (gələcək)?”– dedilər. Həqiqətən, Allahın köməyi yaxındır.”

(Müqəddəs Quran, “Bəqərə” surəsi, 214-cü ayə).

“Xeyirxah və Uca Allah bu ayə ilə xəbər verir ki, qullar, onlardan əvvəlki nəsillər sınaqdan keçirildikləri kimi, hökmən firavanlıqla, bədbəxtliklə və ya çətinliklərlə imtahana çəkiləcəklər. Bu, Allahın müəyyən etdiyi qanundur, həmişə qüvvədə qalır və dəyişikliyə uğramır. Əgər insan dini əqidəyə malikdirsə və Allahın qanunlarına riayət edirsə, onda o, hökmən bu sınaqdan keçməlidir və əgər o, bu yolda qarşıya çıxan çətinliklərə baxmadan Allahın hökmlərini səbirlə yerinə yetirirsə, onda o, əsil mömindir və ən yüksək səadətə və əzəmətə nail olacaqdır. Yox, əgər o, insanların onu yoldan çıxarmasını Allahın cəzası kimi qəbul edirsə və fəlakətlər və çətinliklər üzündən düz yoldan dönürsə, əgər sınaqlar onu müəyyən olunmuş yolla getməyə mane olursa, onda onun imanlı olması iddiası yalandır. İman gözəl sözlər, təmtəraqlı istəklər və boş ifadələr üzərində qurulmamışdır – o, insanın əməlləri və fəaliyyəti ilə ya təsdiq olunur, ya da inkar edilir.

Uca Allah bildirir ki, əvvəlki insanların nəsillərini də səfalət və cismani xəstəliklər bürüyərdi. Onları ölümlə, sürgünlə, əmlakından məhrum etməklə və sevgilisinin qətli ilə təhdid edərdilər və bəzən çətinliklər o qədər dözülməz olurdu ki, möminlər hətta Allahın köməyinin gecikdiyini güman edirdilər, halbuki onlar onun gələcəyinə qəti əmin idilər. Uca Allah vəziyyətin yüngülləşdirilməsini çətinliklərdən sonra nazil etdiyinə görə, köməyini sıxıntılı vəziyyətdə qalanlara göstərir. Allah ayədə xəbər verir ki, Allahın köməyi yaxındır.”

(Bax “Təfsir Əs-Saadi”).

Allah Qəzza müsəlmanlarına və bütün müsəlmanlara kömək olsun. Orda ölənlərə rəhmət, yaralılara şəfa və sağ qalanlara səbir diləyirik!

srailin Qəzzada məhv etdiyi məscidlərin sayı açıqlanıb.

 

Axar.az xəbər verir ki, İsrailin təşkil etdiyi hücumlar nəticəsində 60 məscid tamamilə dağıdılıb, 150-si ziyan görüb.

 

Verilən açıqlamada İsrail ordusunun məscidləri qəsdən hədəf almaqda günahlandırıldığı, Qəzza şəhərində 20, Xan Yunus şəhərində 17-i, Qəzza Zolağının şimalında 11, Qəzza zolağının orta seqmentində 10, Rifah şəhərində 2 məscidin yararsız hala salındığı qeyd edilib. Həmçinin İsrailin 11 türbəni, 3 zəkat toplama mərkəzini və dini məktəbi də bombaladığı bildirilib.

- See more at: http://axar.az/news/26161#sthash.HjwvO9ry.dpuf
Bölmə: Maraqlı məqalələr | Baxılıb: 660 | Yüklədi: selefimedia