"Xarici məzhəbindən qoruyan 10 keyfiyyət."
-
İmam Əbu Bəkr əl-Əcurri (rahimahullah) dedi:
Uca Allah bu fikir sahiblərini xavariclərin məzhəbindən qoruyur:
(Hansılarkı:)
1.(Müsəlman) Rəhbərlərin şiddətinə və ədalətsizliyinə səbr edir.
2.Onlara qarşı qılıncla cıxmır.
3.Onun zülmündən xilas üçün və müsəlmanlar üçün dua edir.
4.Hakimlərin islahı uçun dua edir.
5.Onlarla birlikdə həcc edir və düşmənlərə qarşı cihad edir.
6.Onların arxasında cümə namazlarını və iki bayram namazını əda edir.
7.Onlara gücü çatdığı məsələlərdə itaət edir.Əgər gücü çatmırsa üzürlüdür.
8.Əgər gunahı əmr edirləsə tabe olmur.Amma onlara (hakimlərə) qarşı fitnə baş qaldırırsa o zaman evində oturur.
9.Əlini və dilini qoruyur.
10.Fitnənin alovlanmasında (fitnəkarlara) yardımçı olmur.
Kimki bu keyfiyyətlərə malikdir inşAllah doğru yoldadır."
_____________
"əş-Şəriə" 1/157
---
Bu kitabın başqa bir yerində isə İmam deyir:
“İlk və sonrakı alimlərin arasında xaricilərin ən pis məxluq olması, onların Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun) itaət etməmələri barəsində fikir ayrılığı yox idi.
Onların çoxsaylı orucları, namazları və ciddi-cəhdlə ibadət etmələrinə baxmayaraq, bütün bunlar onlara fayda verməyəcəkdir.
Hətta onların açıq şəkildə bəyənilənə təhrik etməsi və pislənəni qadağan etməyi də onlara kömək etməyəcəkdir, çünki bu məxluqlar Quranı öz ehtiraslarına uyğun olaraq yozurlar!
Allah və Onun Elçisi (ona Allahın salavatı və salamı olsun), mömin xəlifələr və sahabələr və habelə onların yolu ilə gedənlər bizi xəvaricilərdən çəkindirmişlər!”
_____________
“əş-Şəriə”, 1/21.
---------------------
İmam Əcurri Əhli Sünnənin böyük imamlarından olan alim və mühəddisdir.Əiqdə haqqında böyük əsərlərin müəllifidir.
Hicri 360-cı ildə vəfat edib.
|