------------------
-------
---
İlk Ramazanım.
***
Ramazan hilalını
Bütün günü gözlədim,
Ruhum qanad çalırdı,
Yaşarmışdı gözlərim.
Unutmaram Allahın
Mənə verdiyi nuru,
Mübarək Ramazanın
İlk günündə orucu
Sevincindən atamın
Üzü işıq saçırdı
Anam gövrək səsilə
Sahura çağırırdı.
Yay ayının istisi
Mənə təsir eləməz,
Allah Mərhəmətlidir,
Mömin yolundan dönməz.
İftar-şükür süfrəsi
Mömin üçün bir dərsdir.
Bu ayda oruc tutmaq
Müsəlmanlara fərzdir.
Hazırlayan: Ummu Xalid.
https://www.facebook.com/gozumuzun.nuru.ovladlarimiz
|