Baş səhifə » 2015 » Oktyabr » 6 » "Əgər Rəsulullah səni görsəydi sevərdi!"
09:50
"Əgər Rəsulullah səni görsəydi sevərdi!"

Zahidlik nümunəsi, tabiin Rabi ibnul Xeysəm.
-
" Əgər Rəsulullah sallallahu aleyhi və səlləm səni görsəydi sevərdi!"

---

Bizə Cərir oda Abu Həyyandan oda atsından rəvayət etdi ki :

- Rabi ibnul Xeysəmi iflic vurmuşdu və o namaza böyük çətinliklə gəlirdi. Ona dedilər:

- Sənə axı bu məsələ (xəstəlik halında məscidə gəlməmək)  yüngülləşdirirlb.

O cavab verdi:

- Mən bunu bilirəm.Lakin mən nicata çağırışı ( Hayyə aləl-fələh-Nicat tapmağa tələsin! ) eşidirəm. (1)

-

Asim rəvayət edir ki, Rabiyə deyildi:

 - "Dostların şeirlərdən misallar gətirir, lakin sən heç şeir söyləmirsən!” 

Rabi belə cavab verdi:

"İstəmirəm ki, Qiyamət günü kitabımı açıb mənə şeir oxusunlar!” (2)

--

Rabidən soruşdular:

- Necə sabahladın?

O cavab verdi:

- Zəif və günahkar olaraq.Ruzimizi yeyir, əcəlimizi gözləyirik. (3)

--

Abi Vail deyir Rabi ibnul Xeysəmin yanına getdik .Bizi görüb dedi:

- Nə üçün gəlmisiniz?

Ona : 

-Səninlə bərabər Allaha həmd etmək və Onu zikr etmək üçün gəldik.

O dedi:

- Allaha həmd olsun ki, "səninlə bərabər içki içməyə, zina etməyə gəldik" demirsiniz" !" (4)

--

Bilal bin Munzirin rəvayətinə görə bir adam dedi:

- Bu gündə Rabi ibnul Xeysəmin ağzından pis söz çıxarmasam ondan bunu heç zaman çıxara bilməyəcəyəm.

Həmən adam Rabiyə yaxınlaşdı və dedi:

-Ey Abu Yezid! Faitimənin oğlu Hüseyni öldürdülər.

O həmən adama tərəf dönərək bu ayələri oxudu:

- "De: “Ey göyləri və yeri yoxdan yaradan, ey gizlini və aşkarı bilən Allah! Bəndələrin arasında ixtilafda olduqları (məsələlər) barəsində Sən hökm edəcəksən!”

(Zumər, 46)

Adam dedi:

- Bəs sən bu haqda nə deyirsən?

Rabi cavab verdi:

- Nə deyə bilərəm.Gedəcəkləri yer Allahdır.Hesablarını verəcəkdə Odur." (5)
__
Ibn Məsud (Allah ondan razı olsun) Rabi ibnul Xeysəmlə qarşılaşdı. Ona dedi:

- "Qullarımı müjdələ"

(Zumər,17)

Əgər Rəsulullah sallallahu aleyhi və səlləm səni görsəydi sevərdi!"

--
 İmam Əhmədin "Zühd" kitabından toplanıb.

1."Zühd" , 2001 
2."Zühd" , 1937
3."Zühd" , 1939
4."Zühd" , 1943
5."Zühd" , 1951
6."Zühd" , 1957

-
______
"Mədinə" qrupu tərəfindən göndərildi.
Faydalı məlumatlar istəyirsinizsə "qoşul" yazıb bu  WhatsApp nömrəsinə göndərib qrupa qoşula bilərsiniz
+966537311551

Bölmə: Faydalar | Baxılıb: 529 | Yüklədi: Azerislamoglu