Baş səhifə » 2013 » Noyabr » 21 » "Əgər məni Cənnətdə tapmasanız..."
18:58
"Əgər məni Cənnətdə tapmasanız..."
"Əgər məni Cənnətdə tapmasanız..."

Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:
"Nəfsim əlində olana and olsun ki, möminlərin atəşdə olan qardaşları haqqında Rəbbləri ilə mücadilə etmələri sizdən birinizin dünyada ikən öz haqqı üçün qardaşı ilə mücadilə etməsindən daha şiddətlidir.Cənnətə girən möminlər atəşdən qurtulub saraylarında məskunlaşdıqdan sonra müsəlman qardaşlarının bir qismini görmədikdə : "Ey Rəbbimiz! Bu (cəhənnəmdə) qalan qardaşlarımız bizim ilə bərabər namaz qılır, oruc tutar və həcc edər (və cihad edər) dilər! Lakin onları atəşə saldın" deyirlər. Allah onlara: "Gedin! Tanıdığınız kimsələri oradan çıxarın! Onların üzləri Cəhənnəmə haram edildi!" deyilir. Atəş onlardan kimisinin topuqlarına qədər, kimisinin diz qapaqlarına qədər yandırır. Onlardan bir çoxunu oradan çıxarırlar. Sonra: "Ey Rəbbimiz! Cəhənnəmdə əmr etdiklərindən heç kimsə qalmadı!" deyirlər. Sonra möminlər təkrar geri dönüb yenə də (Allaha müraciət) edərlər. Allah buyurar: "Geri dönün! Qəlbində bir dinar ağırlığında iman və yəqinlik olan hər kimi tanıyırsınızsa onu da oradan çıxarın!". Onlar yenə də bir çoxlarını oradan çıxarırlar. Sonra yenə: "Ey Rəbbimiz! Cəhənnəm içərisində əmr etdiklərindən heç kimsəni buraxmadıq!" deyirlər. Allah buyurur: "Geri dönün! Qəlbində yarım dinar ağırlığında xeyr olan hər kimi tanıyırsınızsa onu da oradan çıxarın!". Onlardan bir çoxunu oradan çıxarırlar. Sonra təkrar: "Ey Rəbbimiz! Cəhənnəmdə əmr etdiklərindən heç kimsəni buraxmadıq!" deyirlər. Allah buyurur: "Geri dönün! Qəlbində zərrə qədər ağırlığında xeyr olan hər kimi tanıyırsınızsa onu da oradan çıxarın!". Yenə bir çox insanları oradan çıxarırlar. Sonra təkrar:"Ey Rəbbimiz! Orada xeyr sahibi olan heç bir kimsəni buraxmadıq!" deyirlər. Əbu Səid əl-Xudri ( radıyallahu anhu ) deyir ki, əgər kim bu hədisə inanmırsa bu ayəni oxusun:
"Həqiqətən Allah zərrə qədər zülm etməz. Əgər yaxşı bir əməl baş verərsə onu iki qat artırar və öz tərəfindən də böyük mükafat verər".
(ən-Nisa 40). (1)
---------------------------------
Həsən əl-Bəsri (rahimahullah) dedi:
"Özünüzə iman əhlindən çoxlu dost götürün. Həqiqətən onlar Qiyamət günü şəfaətçi olacaqlar".
---------------------------------
İbn əl-Cövzi (rahimahullah) dedi:
" Əgər məni öz aranızda Cənnətdə tapmasanız o zaman mənim haqqımda soruşun və deyin:" Ey Rəbbimiz! Sənin bu qulun bizə Səni xatırladardı." və bunu deyərək ağamağa başladı...
---------------------------------
Uca Rəbbimiz buyurur:

"(Ey insanlar!) Yaxınlaşan (qiyamət) yaxınlaşdı.
Onu Allahdan başqa heç kəs dəf edə bilməz!
İndi siz bu kəlama (Qurana) təəccübmü edirsiniz?
Həm də gülürsünüz, heç ağlamırsınız!
Siz (qəflət içində) oynayır-əylənirsiniz (ona etina etmirsiniz).
(Ey insanlar!) Gəlin Allaha səcdə edin, (Allaha) ibadət edin! (Ondan başqasına itaət etməyin!) "

Nəcm surəsi 57-62.

Allah bütün müsəlmanları bağışlasın.Amin.

-------------------------------
1.Hədisin sənədi Buxari və Müslimin şərtlərinə uyğun olaraq səhihdir. Hədis Abdurrazzaqın Mamər yoluyla rəvayət edilmişdir. Hədis eyni zamanda Abdurrazzaq yolu ilə:
Əhməd «Musnəd» 3/34.
Nəsai «Sünnədə» 5025.
İbn Məcə 60.
İbn Huzeymə «Tövhid» səh 184,201,712.
İbn Nəsir əl-Mərvəzi «Tazimi Kadrus Salah» 276-da rəvayət etmişdir.
Bölmə: Maraqlı məqalələr | Baxılıb: 1149 | Yüklədi: selefimedia