Baş səhifə » 2019 » May » 21 » FİTNƏLƏR .
12:01
FİTNƏLƏR .

F İ T N Ə L Ə R .


Alləmə Rabi əl-Mədxali (hafizahullah) deyir :

FİTNƏLƏR - saxta sələfi olanı (həqiqi sələfi olmayanı) aşkara çıxarır.


Mərhəbən yə talibəl ilm, səh.20

Böyük alim Şeyx Saleh Fovzan (hafizəhullah) buyurur:

"Əgər fitnələr vaxtı kim gedirsə getsin, kim qalırsa qalsın, kim azırsa azsın, həqiqətən haqq və haqq əhli - Allaha şükür olsun - qalır."


(شرح حديث إنا كنا في جاهلية ص. 18)

Şeyxülislam ibn Teymiyyə deyir:

Hədis əhli başqalarından seçilib, fərqləndikləri xüsusiyyətlərdən biri də onların fitnələr və imtahanlar vaxtı dinin əsasları üzərində sabit qalmalarıdır. Hədis əhlindən elə bir alim və hətta adi avamlarından olan olan elə bir saleh kəs olmayıb ki, elə vaxtlarda öz sözündən və etiqadından dönsün. Onlar hətta ən çətin imtahanlara, ən çətin fitnələrə düşsələr də belə, bu şeylərdə insanların ən səbrlisi, ən dözümlüsüdürlər.


Məcmu fətəva 4/51


Alləmə Rabi ibn Hədi əl-Mədxali (Allah onu qorusun) deyir:

"Həqiqətən fitnələrin başçıları, ortaya çıxaranları, fitnələrin od-alovunu yayanları və daşıyanları Əhli Sünnənin şərəfliləri və zəkalıları tərəfindən tanınmaqdadırlar.

Onlar Adnən Arur, Əbul-Həsən əl-Məribi, Əli Həsən əl-Hələbi və bunların yolu ilə gedənlər və onların usul və mənhəclərindən yapışanlardır".



Şeyxin "Bəyən mə fi nəsihəti İbrahim ər-Ruheyli minəl-xaləl vəl-ixləl"

[İbrahim ər-Ruheylinin "nəsihət" (kitabındakı) fəsad və təqsirlərin bəyanı] kitabı səh.10

 

 

 

Baxılıb: 671 | Yüklədi: Azerislamoglu