Baş səhifə » 2015 » Avqust » 11 » Fərz et ki, bir gün yuxudan imansız ayılmısan...
09:11
Fərz et ki, bir gün yuxudan imansız ayılmısan...

 Fərz et ki, bir gün yuxudan imansız ayılmısan...
_

Cüneyd dedi:

" Ey Allahın qulu! Fərz et ki, bir gün yuxudan imansız ayılmısan...

Fərz et ki,  Allah səndən üz döndərib...

 Üz döndərib və tərk edib.Bu böyük dünyada səni sevgisiz və qayğısız buraxıb. Bir ananın öz övladından imtina etdiyi kimi. Necəki uşaq anasız keçinə bilməz, səndə öz Rəbbin olmadan keçinə bilmərsən. Sən bu dünyada onsuz itərsən, həyat isə mənasını itirərər.

   Bəs sən səni Yaradansız necə yaşamağa davam edə bilərsən?Büdrədiyin zaman səni yardım edən olmadan. Səni düz yola yönəldənsiz. O Rəbb ki, sənin naşükürlüyünə baxmadan səni bağışlayardı və sevməyə davam edərdi. Sənə qarşı səbrli idi və cəzalandırmağa tələsməzdi. Sənı imtahana çəkirdi və ardıncada (bunun çətinliklərini) sənə asanlaşdırardı. Sənə öz rəhmətini göndərər, Öz sevgisini və dəstəyini hiss etdirərdi.

   Məgər (bu hal) sənin üçün qorxulu deyil?

   Məgər sənin üçün Qoruyanı və Yardım Edəni itirmək qorxulu deyil? Məgər sənə öz Dostunu itirmək qorxulu deyil? Nə üçün sən (məxluqlardan) kimisə sevəndə onun üçün hər şeyi etməyə, hətta həyatını belə verməyə hazırsan? Heç bir çətinlikdən qorxmadan onun üçün hər şeyə getməyə, öz sevgilinin birçə gülümsəməsi üçün,onun razılığı və sevgisi üçün hər şeyə hazırsan. Bu sevgilin,  hisslərin səmimidir yoxsa yox,  deyə  səni sınayan, yoxlayan zaman səbr edirsən. Bəs nə üçün sən sevgili Rəbbinə eyni münasibəti bəsləmirsən? Nə üçün gələcəkdədə Onunla bir yerdə davam etmək üçün sənə əmr olunanın az bir hissəsinidə olsa etmirsən? Nə üçün Onun sənə rəhməti ilə baxması üçün heç nə etmirsən? Nə üçün Ona şükr edən olub , Onun Sevgisini qazanmırsan? Nə üçün sənin Ona olan sevgini yoxlamaq üçün göndərdiyi imtahan gələn zaman sən dərhal əllərini yana salıb o dəqiqə təslim olmağa ,  asanlıqla öz sevgini itirməyə hazırsan ?

   Sən sevirsənsə deməli öz Sevdiyin üçün hər bir qurbana hazır olmalısan. Əgər lazımdırsa hətta üzərindən nazik sap çəkilmiş uçurum üzərindən belə keçməlisən ki, təki bircə dəfə Onun səndən razı olduğunu biləsən. Bu yolda hər bir çətinliyə hazır olmalısan və onları müti şəkildə qəbul etməlisən.

  Allahın sənə ehtiyacı yoxdur.Sən isə Ona möhtacsan.

  Əgər O səni tərk edərsə o zaman ölüm bundan yaxşıdır.

   Necəki sevən sevgilisini itirən zaman onun üçün həyat mənasını itirirsə, Onu itirən zaman sənin üçündə hər şey(in mənası) itir.

Sənin hər şeyin isə Odur. 

O səninlə olduğu zaman sən güclüsən, amma onu itirsən ən zəiflərdən olarsan."

Cüneyd başını aşağı saldı.Onun gözlərindən yaş axmağa başladı.

Sonra davam etdi:

"Allah olan sevgi insanın öz nəfsindən uzaqlaşması və Rəbbinin zikrinə bağlanmasıdır.Bununlada onun dediklərini edər və Onu qəlbi ilə müşahidə edər.Əgər danışarsa  Allahın yardım etməsi ilə danışar. Əgər vaaz verərsə Allah haqında verər. Əməl edərsə Allahın əmr etdiklərini edər. Hüzurda , təklikdə olandada Allah ilə olar.

O Allaha təvəkklü etməklə, Allah rızası üçün və Allahla yaşayar.

Və buda əsl sevgidir."

---

İbnul Qayyım."Mədaricus-Salikin" 

 

Bölmə: Faydalar | Baxılıb: 596 | Yüklədi: Azerislamoglu