Baş səhifə » 2014 » Yanvar » 16 » Elixan Musayevə Mədinə İslam Universitetinin tələbələrinin cavabı.
00:31
Elixan Musayevə Mədinə İslam Universitetinin tələbələrinin cavabı.
Elixan Musayevin Qamət Süleymanov barəsində Apa.az göndərdiyi məktuba Mədinə İslam Universitetinin tələbələrinin cavabı.

Elxan Musayevin Qamət Süleymanov barəsində dediklərinə biz münasibət bildirərək demək istəyirik ki, bizim yaydığımız bəyanatın onların arasında olan ixtilaf və söz söhbətlərə heç bir aidiyyatı yoxdur. Bu Elxandan tələb olunan mövqe bildirməsindən qaçmaq üçün istifadə etdiyi yeni bir bəhanəsidir. Əslində bu Elxanla bizim mənhəcimiz arasında olan fərqdir, çünki son 3-4 ayda təkfirçilər və ixvanlar Elxanın 20 il əvvəl dediklərindən tövbə etməsi, və onların sırasına daxil olduğunu bildirmişlər. Biz də yığışıb qərara aldıq ki, Elxana müraciət hazırlayaq ki, o orda öz mənhəcini bəyan etsin və arada olan şübhələr qalxsın. Elxan isə ondan tələb olunan mənhəcini bəyan etmək əvəzinə əksinə məlumatlar yayır ki, guya bu məsələ onunla Qamət arasında nüfuz və intellektual mübarizə məsələsidir, və Qamət guya ki, özündən savadlı ilahiyyatçıları gözdən salmağa çalışır. Əlbəttə ki, Elxanın bəyanatı açıq-aşkar yalandır, bizim aramızda Elxandan da qat-qat elmli qardaşlarımız var, və təbii ki, Elxanın özü də bunu çox gözəl bilir. Sadəcə hamıya qarşı mübarizə aparmaq çətin olduğu üçü Elxan məsələni 10 ildən bu günə qədər öz aralarında baş verən məsələyə yönəltmək istəyir. Biz tələbələr bunun belə olmadığını vurğulayırıq, və Elxandan tələb edirik ki, ona ünvanlanan sualları cavablandırsın:


1. Cahiliyin üzr olması əhli sünnənin üzürlər fəslində ittifaq etdiyi dörd əsasdan biridir. Sadəcə əhli sünnə Peyğəmbər (Ona Allahın salamı olsun) göndərildikdən sonra cahil insan qalıb qalmamasında ixtilaf etmiş və heç biri qarşı tərəfi bidətdə ittiham etməmişdir. Sizin cahilliyin üzrü məsələsindəki mövqeyiniz nədir? Azərbaycan əhalisi cahilliyinə görə üzürlüdürmü? Sizin rəyə müxalif olan qarşı tərəfi bidətdə (xəvariclik və ya murciəlikdə) ittiham edirsinizmi?

2. Alimlər vacibliyini iqrar etdikdən sonra ( kəlimeyi şəhadətdən başqa ) dörd fərzdən ( namaz, zəkat, oruc, həcc ) bir şeyi tərk edən şəxsin təkfiri barədə ixtilaf etmişdir.Kəlimeyi şəhadətə gəldikdə isə onu qüdrəti olduğu halda dili ilə söyləməyənin zahirən və batinən kafir olması barədə ümmətin sələfləri və imamları eləcə də cox alimlərini icma etmişdir. Macmu alfatava 7c- 609səh
İmam şeyxul islam Muhamməd bin Əbdülvahhaba nəyə görə insanla döyüşülür və nəyə görə kişi təkfir olunur barədə sual verilib.
Şeyx (Allah ona təhmət etsin) belə cavab verir: İslamın beş rüknu onlardan birincisi iki şəhadətdir ( Əşhədu ən lə iləhə illəllah və əşhədu ənnə Muhəmmədən əbduhu və rasuluhu) sonra isə dörd rükündur - (namaz, zəkat, oruc, həcc )- dörd rüknun vacibliyini iqrar edib onları səhlənkarlıqdan tərk edərsə, biz onunla dörd rükna əməl etsin deyə döyüşsək də onları tərk etdiyi üçün onu təkfir etmirik. Alimlər dörd rüknu inkar etmədən tanballikdən tərk edən barasində ixtilaf ediblər. Biz isə yalnız bütün alimlərin üzərində icma etdiyi şeyə görə təkfir edirik ki, bu da iki şəhadətdir.Yenə də həmin insana öyrətdikdən sonra təkfir edirik əgər bilib sonra inkar edərsə... Kitab: əd-Dürar əs-Saniyya fil acvibati ən-Nacdiyyə 1/102.
Macmu al fatava 7c-610,611 ci və İbn Rəcəbin Camiu alulum va alhikam kitabının 43-cü səhifəsinə bax.

Gördüyünüz kimi bu beş rəyin hamısı əhli sünnənin rəyidir.
Əlixan Musayevə bu barədə sualımız budur:
a) Siz bu rəylərdən hansının üzərindəsiniz?
b) Başqa rəylərə qarşı mövqeyiniz nədir? ( xüsusi ilə də dörd əməli də tərk edəni kafir görməyənlərə qarşı )
c ) Siz bu rəylərdən hər hansını götürdükdə yaşadığınız ölkəni, oranın insanlarını, onların əsirlər boyu üzərində olduqları məzhəbi nəzərə alırsınız?
Qeyd: Bəzi alimlər namazı tərk edənin kafir olduğu rəyində olsalar belə onlar, insanların yaşadiqları yeri və tabe olduqları məzhəbi nəzərə almışlar.
d ) Siz seçdiyiniz rəyi müayyən insana tətbiq edirsiniz yoxsa bu maslada də başqa məsələrdə olduğu kimi əhli sünnənin qaydalarına və şərtlərinə tabe olursuz?

3.Bir diyarın Dar əl-İslam və ya Dar əl Küfr olması haqqında müxtəlif rəyləri vardır. Sizin bu məsələdəki mövqeyiniz nədir? Sizin rəyə müxalif olan qarşı tərəfi bidətdə (xəvariclik və ya murciəlikdə) ittiham ? Bəs Azərbaycanı bu iki diyarın hansından hesab edirsiniz?

4.Əhli sünnə Mütləq təkfirlə Müəyyən təkfir arasında fərq qoyur. Yəni bir sözün və ya felin küfr olması hələ bu sözü edən və ya deyənin kafir olduğuna dəlalət etməz. Bunun üçün şərtlərin yerinə yetməsi və maneələrin aradan qalxması lazımdır. Siz bu əsasları qəbul edir və təkfirdə bu əsasları tətbiq edirsiniz?

5.Allahın hökmü ilə hökm verməyən haqqında Əhli sünnənin təfsilatını etiqad edirsiniz, yoxsa Allahın hökmü ilə hökm verməyən hakimi bir başa Tağut adlandırıb, onu İslam dairəsindən çıxarırsınız?

Sununda Elxandan xahiş edirik ki, danışıqlarında, yazdıqlarında heç bir siyasi məsələlərə əl atmasın, hər işin öz əhli var, sən ancaq sənin özündən tələb olunanı cavablandır.

Çünki Elxanın musavata, modern.az və apa.az verdiyi bəyanatdan sonra hər iki tərəf ondan mənhəcini bəyani etməyi tələb edirlər. Bu bizim son bəyanımızdı. Dəvəti qorumaq üçün biz boynumuza düşəni etdik. Dəvət bizə hər kəsdən önəmlidir və bu yolda da əlimizdən gələni etməyə çalışacağıq.

Mədinə İslam Universitetinin tələbələri.




Bölmə: Elanlar | Baxılıb: 1938 | Yüklədi: selefimedia