17:15 Dinin üçün səbr et ! | |
Abdullah ibn Əhməd (İmam Əhmədin oğlu) dedi : “Mən tez- tez atamın “Allah Əbu əl-Heysəməyə rəhm etsin”, ”Allah Əbu əl-Heysəməni bağışlasın”, ”Allah Əbu əl-Heysəməylə mülayim davransın .” dediyini eşidirdim. Və bir gün mən soruşdum:”Ey ata ! Bu Abu əl-Heysəmə kimdir?” O cavab verdi: ”Məni şallaqlamağa apardılar.Ağrınin şiddətindən əllərimlə zərbə vurulan dabanlarımı tutmaq istəyəndə hiss etdim ki, kimsə mənim paltarımın arxasından dartaraq soruşdu: “Məni tanıyırsanmı? ” Mən : ”Yox” dedim..O dedi:”Mən Əbu əl-Heysəmə deyə çağırılan, oğru, səfil və cibgir birisiyəm.Mənim adım möminlərin əmrinin siyahisindadır. Mənə bu günə qədər (etdiklərimin müqabilində) 18 000 (on səkkiz min) şallaq vurulub.Və mən bütün bunlara şeytanın yolunda olaraq və dünyalıq üçün səbr etmişəm. İbn əl-Cəvzi : "Sifət əs-Səfva"” 1/458 | |
Bölmə: Faydalar | Baxılıb: 422 | |