Baş səhifə » 2016 » Noyabr » 27 » DAİMİ FƏTVA KOMİTƏSİ-nin Azərbaycandakı bəzi cavanlara nəsihəti.
08:39
DAİMİ FƏTVA KOMİTƏSİ-nin Azərbaycandakı bəzi cavanlara nəsihəti.

DAİMİ FƏTVA KOMİTƏSİ-nin Azərbaycandakı bəzi cavanlara nəsihəti.
 

Allaha həmd olsun. Bu günlərdə sosial şəbəkələrdə çox hörmət edilən, fətvaları etibarlı hesab edilən qurumlardan biri olan Daimi Fətva Komitəsinə aid edilən vərəqlərin təsvirləri yayılır. Həmin yazıda əks olunan fətvada böyük alimlərin müxalifllərə və fitnəyə səbəb olan kəslərə nəsihəti əks olunub.

Həmin Fətvadan bəzi hissələri sizin nəzərinizə çatdırırıq.

Fətvada deyilir ki, Daimi Fətvalar Komitəsi istər Azərbaycanda, istərsədə digər yerlərdə olan elm tələbələrini bir olmağa və haqq üzərində birləşməyə çağırır. Əlhəmdulilləh, Allah sələfi alimləri qorusun, onların elminə bərəkət versin.

Ümid edirik ki, bu fətvadan sonra xətaya düşərək səhv hərəkətlərə yol verən tələbələr öz əməllərinə tövbə edəcək və sələfi camaatına qoşulacaqlar. Allah hər şeyə qadirdir.

Fətvada deyilir: “Əqidədə ixtilaf etmək icazəli deyil, fiqhi məsələrdə olan ixtilaf isə doğru düzgün qaydalar, əhkamlar tətbiq olunduğu halda və təəsübkeşlik edilmədiyi halda parçalanmaya gətirib çıxarmaz. Hətta səhabələr və onlardan sonra gələnlər fəzilətli nəsillər belə öz aralarında FİQHİ məsələlərdə ixtilaf ediblər, lakin bu onların parçalanmasına gətirib çıxartmamışdır ”.

Fətvada həmçinin alimlərə, elm əhlinə hörmət etmək tövsiyyə olunaraq, onlara hörmətsizlik etməkdən, alçaltmaqdan isə çəkindirildi. 
Bəzi tələbələr bu fətvanı oxuduqdan sonra müəyyən alimlər barədə dedikləri və etdikləri nalayiq söz və hərəkətlərinə tövbə edəcəyinə ümid edirik.
Həmin nalayiq hərəkətlərdən bəziləri bunlardır:


1. “Şeyx Ubeyd Cəbirinin (hafizahullah) yazısını oxudum özümü gülməkdən zornan saxladım” ifadəsi.
2. “Şeyx Rabinin (hafizahullah) işi gücü qurtarıb onun-bunun haqqında danışır” iddiası.
3. “Abdullah Buxariyə (hafizahullah) “qoymağa” gedirdim ifadəsi.
4. ““Qoymağa” gedirdim deyib düz eləyib” iddiası.
5. Ubeyd Cəbirinin (hafizahullah) elminin zəif olduğu fikrini yeritməyə çalışmaq.
6. “Şeyx Süleyman Ruheyli (hafizahullah) hakimləri qeyri şəriyə bölmək olar ya olmaz barədə biraz araşdırsa ona aydın olacaq inşallah” iddiası.
7. “Şeyx Abdullah Buxarı (hafizahullah) qorxur, arxadan danışır üzə çıxmır” iddiası.
8. “Abdullah Buxarinin üzünə tüpürüblər” iddiası.
9. “Abdullah Buxarini cərh ediblər” iddiası.
10. “ Şeyx Muhamməd ibn Hədi sələfiliyi dar çərçivəyə salır”iddiası.
11. İyirmiyə yaxın sələfi alimi zalım olmaqda ittiham etmək.
12. Misirdəki sələfi alimləri şeyx Rabidən (hafizahullah) qorxmaqla vəsf etmək.
13. Bəzi sələfi alimlərini sanki bir qruplaymış kimi vəsf etmək.
14. Bəzi sələfi alimləri qeybət etməklə və vaxtlarını boş-boş şeylərə sərf etməklə ittiham etmək.
15. Güya Şeyx Süleyman deyib ki, Şeyx Muhamməd Mədxalini (hafizahullah) çox şişirtməyin (yəni böyük alim deyil). Halbuki şeyx Süleyman (hafizahullah) bunu yayanları kəzzəb (yalançı) adlandırdı. 
16. Şeyx Ubeyd ilə bir nəfər arasında ixtilaf olanda: “"Ha haay" indi özləri özləri ilə qırışırlar” deyib istehza etmək.
17. “Kim mənim irzimə toxunarsa, hətta şeyx Abbad olmayıb kim istəyir olsun, heç kimə baxmaram ...” ifadəsi
18. Həmçinin xavaric fikirli şəxsləri tənqin edən elm əhlini şiddətli olmaqda, ümməti parçalamaqda ittiham etmək.
19. Elm əhlinin ümumi fətvalarını götürüb xüsusi hadisələlərə yalnış tətbiq etmək. 
Bəzi sələfi dəvətçilərindən çəkindirmək və daha nələr,nələr.


Allahul mustəan.

 

Daimi Fətvalar Komitəsi təkidlə tövsiyyə edir ki, alimlərə ehtiram bəslənilsin. Onlara dil uzatmaq, insanların gözündə alçaltmaq, camaat arasında onların elmlərinə şübhə salmaq çox təhlükəli əməllərdəndi. Alimlərin əti zəhərlidir.

Bu və digər xətaları nəzərə alaraq Daimi Fətva Komitəsinin fətvası çox yerində gələn bir cavabdır, əlhəmdulilləh. Allahdan istəyirik ki, bu fətvanı faydalı eləsin, həmin xəta edənlərin tövbə edib sələfin mənhəcinə dönmələrinə səbəb etsin. Müsəlmanları Quran, Sünnə və sələfin fəhmi üzərində birləşdirsin. Allaha and olsun ki, əhli-sünnə insanlar üçün islah istəyir, onların haqq üzərində olmaları üçün çalışır. Allah Təalə hamını xeyrə müvəffəq etsin.

Yazının aşağı hissəsində fətvanın tərcümə olunan hissəsinin şəkli qoyulacaq inşallah.

Sonda aləmlərin Rəbbi olan Allaha həmd olsun.

Toplamaq və tərcümə: Seymur Camalov (Mədinə BİU-nin tələbəsi).









Bölmə: Sələfin Mənhəci | Baxılıb: 657 | Yüklədi: Azerislamoglu