19:08 Cavanşir qardaş "Amerikanın Səsi"nə danışdı:"Bu insanlar tutulmalıdır!"-audioyazı- | |
Cavanşir qardaş "Amerikanın Səsi"nə danışdı. " Bura Azərbaycandır, azad ölkədir, bu belə qalmaz. Bu insanlar tutulmalıdır! "
Mp3 Yüklə: Sabirabad rayonunda (Bakıdan 174 kilometr cənub-qərb) fiziki təzyiqə məruz qalmış dindar Cavanşir Zərbəliyev Amerikanın Səsinə müsahibə verib. O Sabirabad meyvə bazarında təzyiqlərə məruz qaldığını bildirib. “Bazarda dedilər ki, sənə bura gəlmə dedik, niyə gəlibsən? Başladılar məni vurmağa, vurdular, vurdular, vurdular, saqqala gələndə, dedilər çək davay, çək bu müsəlmanın düşmənidir. Dedilər Əlinin düşmənidir, dedim Əli mənim qardaşımdır, başladılar vurmağa. Dedilər Hüseynin düşmənidir, dedim Hüseyn mənim qardaşımdır. Başladılar vurmağa. Saqqalımı qırxdılar, qılıncla gəlmişdilər. Məni vura-vura apardılar qazinin yanına. Qılıncı qoydular yanıma, dedi ki, allaha dua et ki, qazi sənə rəhm etsin”, o qeyd edib. Qazi dindarı təzyiqə məruz qoyanların əleyhinə çıxıb. “Qazi dedi ki, bunu niyə bura gətiribsiniz, saqqalını niyə qırxıbsınız, siz bu işlərə qarışmamalısınız, hökumət var. O dedi ki, hökumət var, bunu aparın verin polisə. Gətirib məni verdilər polisə. Polislər başladılar”, Zərbəlıyev deyib. Polis onları buraxıb, Zərbəliyevi saxlayıb. “Atam gələndən sonra məni buraxdılar. Mən deməmişdim ki, döyüblər, saqqalımı qırxıblar. Şikayətçi də deyildim. Onlar özləri özlərini tora saldılar. Çəkilişi youtube kanalında yayıblar. Səhəri gün Sabirabad rayon polis şöbəsinin rəis müavini mənə zəng etdi ki, burada səni döyüblər niyə deməyibsən? Gəl bura. Getdim məndən ərizə aldılar”. O hesab edir ki, insanlara inancına görə ayrı-seçkilik edən şəxslər cəzalandırılmalıdır. “Amma mənimlə üzbəüz olan Rəmzi adlı şəxs polis şöbəsində idi. O əlində siqaret, təsbeh gəzirdi. Gələn onunla görüşürdü. Belə olmaz”, o etiraz edib. Zərbəliyev hesab edir ki, insanlar öz ölkəsində fitnə-fəsad törətməməlidir. “Günahkarları bu işlərdən uzaqlaşdırmaq lazımdır. İrana işləyənlərdir, nə bilim casuslardır, kimdir gəlib müsəlmanın qeyrətinə toxunur, saqqalını qırxır, şəxsiyyəti elə alçaltmaq olmaz. Bura Azərbaycandır, azad ölkədir, bu belə qalmaz. Bu insanlar tutulmalıdır”, dindar qeyd edib.
| |
Bölmə: Audiolar | Baxılıb: 2160 | |