Baş səhifə » 2020 » Mart » 31 » Osman Sələfi : Bu virus insanlığa nəyi öyrətdi?
22:16
Osman Sələfi : Bu virus insanlığa nəyi öyrətdi?

Osman Sələfi :

▪Bu virus insanlığa nəyi öyrətdi? ▪

▪Koronavirus bizə öyrətdi ki, nə hicab, nə də niqab (qadınların dini inancına görə üzünü örtməsi) gündəlik həyatı sərbəst yaşamaq üçün heç də maneə deyil, çünki biz qadınlardan qabaq kişilərin koronavirus qorxusu və həyacanı ilə üzlərini bağladıqlarına şahid olduq. Əgər bu həyat qaydalarına münasib olmayan və yaşamağa maneə olsaydı, bugün dünya və onun əhalisi üzünü bağlamazdı.

▪Koronavirus bizə öyrətdi ki, biz dükanlarımızı, yeməkxanalarımızı, alış-veriş mərkəzlərimizi uzun bir zaman ərzində bağlı saxlaya bilərik.

Namaz üçün dükanlarını bağlayanda: - müştəri gələr, mən namazda olaram, sonra necə olar? - deyə, qorxanlar bugün bütövlükdə dükanlarını bağlayıblar.

Cümə günü bir saat dükan bağlı olacaq deyə, dükanı bağlı saxlamamaq üçün yüzlərlə fürsət axtaran,

- qardaş, qadın işçi olar işləsin?
- Uşaq olar işləsin?

- deyə, sual verənlər! Gördünüzmü?
Yeməkxanalar, və bir çox iş yerləri aylarla bağlı qala bilər.

Cümə saatı 10 müştəri əldən çıxacaq,  -  deyə cüməyə daralan qəlblər!

İndi nə cümə var, nə də dükan!

İndi rahat nəfəs alın.

▪Koronavirus bizə öyrətdi ki,

"Qardaş, qohum qadınlar var, əl uzadırlar.  Axı ayıb olur, utanıram. Onlarla necə görüşməyim?!"

- deyənlər 

İndi ata anası ilə belə görüşmür və bundan heç də utanmır, çünki bunu sağlam olmaq üçün və xəstəliyə nə özünün nə də görüşdüyünün  yoluxmaması üçün zəruri olduğunu bilib tərk edir

Balaca mikrobdan qorxan

Onu yaradan böyük Allahdan heç qorxmadı!

Təmizlik qaydalarına riayət edən

Şəriətin qaydalarına heç riayət etmədi!

Axı biz də sənə Allahın hökümlərini çatdırdığımız zaman səni həm dünya, həm də axirətdə qorunman üçün zəruri olan bir şeyi sənə söylədik.

Axirətinin qorunması üçün zəruri olanlara da diqqət et!

▪Koronavirus bizə öyrətdi ki,

- Qardaş, vallahi pul yığa bilmirəm, çatmır! - deyənlər

Əgər evində ailəsi ilə otursa, pulunu lazım oldu, olmadı yeməkxanalarda, kafelərdə, çayxanalarda xərcləməsə

Həm ailəsinin ehtiyaclarını ödəyər, həm də əlavə olaraq istədiyi bir şey üçün pul yığa bilər.

▪Koronavirus bizə öyrətdi ki,

Elm məclisləri olduğu zaman

- Bax qardaş, öyrən fürsətdir, oxu və dərsdə iştirak et, bəlkə, bir də fürsət olmayacaq! - deyiləndə

Ağıllarda dönüb dolaşan

- Əlhəmdulilləh,  nə ola bilər, qardaş? - deyə düşüncələr əmələ gəlirdi. -  Bugün olmadı, gələn həftə gedərəm, nə var burda? - deyə düşündük.

Bax qardaşım,

Allah görünməyən,  hiss edilməyən halından sadəcə adını bildiyimiz  bir quluna

"Koronaya"

- Get və insanlara bunları et! - dedi

və hər şey də bununla dayandı.

- Şeyx, vallahi vaxt olmadı, bilirsən, iş dükan və s.

- Bəlkə, dediyinin imtahanıdı qardaş?

Bax, daha iş yoxdur, məşğul da deyilsən! bol vaxtın var. Heç deyilsə, dediyin sözün bəhanə və yalan olmadığını, bu boş vaxtın varlığında sübut et.

▪Koronavirus bizə öyrətdi ki,

İnsanların bu gün gigiyena, sağlamlıq və təmizlik deyə adlandırdıqları şeyləri dinimiz bizə sağlamlıq qurumlarından da qabaq öyrədib.

Nəinki, əlləri və üzü, hətta əyaqları belə yumağı əmr edib və bu gün ərzində ən azı beş dəfə baş verir.

Hər namaz üçün beş dəfə dəstəmaz almaq

Bizə bu hədisi xatırlamağımıza səbəb oldu:

Əbu Hüreyra (Allah ondan razı olsun ) Peyğəmbərin (Allahın salamı və salavatı ona olsun) belə buyurduğunu eşitmişdir:

"Əgər sizlərdən birinin evinin qarşısından çay axarsa və həmin adam orada hər gün beş dəfə çimərsə onun bədənində çirkdən bir əsər-əlamət qalarmı? Səhabələr: "xeyr, onun bədənində çirkdən heç bir əsər-əlamət qalmaz" deyərək, cavab verdilər. Peyğəmbər (Allahın salamı və salavatı olsun ) buyurdu: "Beş vaxt namaz da belədir. Allah bu namazlar ilə günahları yuyur".

▪Koronavirus bizə dualarımızda sadiq olmağı, Allaha layiqincə təvəkkül etməyi və Allah rəsulundan gələn zikirlərin nə qədər önəmli və əhəmiyyətli olduğunu, hər zaman fitnədən, bəladan qorunmaq üçün etmək lazım olduğunu öyrətdi.

Heç deyilsə, illərdir tərk olunmuş "Müsəlman qalası" kitabı əldən düşmədi, səhər və axşam zikirlərindən möhkəm yapışıldı.

Koronavirus bizə öyrətdi ki, biz toylarımızı və dəfn mərasimlərimizi

Böyük şadlıq sarayları və yas çadırları olmadan da

Az bir vaxt sərf etməklə və mallarımızı çox sərf etmədən də keçirdə bilərik.

Ən sonunda da bunu demək istəyirəm ki, Ey Allahın qulları, bu sadəcə Allahın qoşunlarından olan bir əsgərdir.

Bəzən şər görünən şeylərin içərisində də ibrətlər var.

Gəlişi ibrət almaq istəyənlər üçün ibrətlər dolu bir taclı virus.

- Görəsən ibrət alan oldumu?

Allahdan özüm, ailəm, millətim, dövlətim və bütün müsəlmanlar üçün sağlamlıq və afiyət istəyirəm, əmin!

Allah görünməyən,  hiss edilməyən halından sadəcə adını bildiyimiz kiçik  bir quluna

Bölmə: Faydalar | Baxılıb: 334 | Yüklədi: Azerislamoglu