Baş səhifə » 2015 » İyul » 10 » " Bu UTANC GÜNÜ haqqında necə ağlamayaq ?! "
09:31
" Bu UTANC GÜNÜ haqqında necə ağlamayaq ?! "


 

" Bu UTANC GÜNÜ haqqında necə ağlamayaq ?! "

***

Hafiz ibn Rəcəb (rahimahullah) dedi:
 

əl-Həsən dedi:

"Bir qul günah edir və ardınca tövbə edərək Rəbbindən bağışlanma istəyir. Allahda onu bağışlayır lakin bu günahi Qiyamət günü ona təqdim etməmiş, bu barədə ondan soruşmamış onun əməl dəftərindən silmir."

Sonra əl-Həsən bərk ağladı və dedi:

"Bu vəziyyətdəki hiss edəcəyim utanc haqqında necə ağlamayaq?!"
 

Bilal ibn Səd dedi:
 

"Allah günahları bağışlayır lakin əməl dəftərindən silməz.Taki Qiyamət günü bunu göstərib qulundan soruşmayana qədər.Hətta qul əməlindən tövbə etsə belə."
 

Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir:
 

"Uca Allah qulunu digərləri ilə ikisi arasında sədd qoyaraq, yaratdıqlarından gizlədərək Qiyamət günü Özünə yaxınlaşdırar.Onun əməl dəfətərini örtərək təqdim edər. Və deyər:

"Ey Adəm oğlu! Oxu öz kitabını."

Qul oxumağa başlayar. Xeyir əməllər gördükcə sevinər. Uca Allah deyər:

"Bunları etriaf eirsənmi ey qulum?"

Qul cavab verər:

"Bəli"

Allah subhanahu və təalə deyər:

"Həqiqətən mən bu əməlləri səndən qəbul etmişəm."

Qul ardınca səcdə edər.Ona başını qaldırmaq əmr edilər.Sonra ona kitabının ardını oxumaq əmr edilər.Orada ediyi şər əməlləri görən qulun rəngi qaralar, qəlbi qorxu hiss edər, ayaqları titrəyər və Rəbbi qarşısında elə utanc hiss edər ki, bunu ona qədər heç kəs hiss etməyib.Allah soruşar :

" Bunları etriaf edirsənmi ey qulum?"

Qul cavab verər:

"Bəli ey mənim Rəbbim!"

Uca Allah isə ardınca deyər:

"Həqiqətən mən bu günahi sənə bağışlamışdım."

Qul səcdə edər və digər məxluqlara kənarda görünən bu səcdələr olar.Və bir birlərinə deyərlər:

"Tuba olsun bu qula.Hansıki öz Rəbbinə qarşı heç bir asılık etməyib."
 

Onlar qul ilə Rəbbi arasında olanlar barədə heç nə bilməyəcəklər."
 

---------
 

"Camiul-Ulum vəl-Hikəm" 453

Bölmə: Faydalar | Baxılıb: 703 | Yüklədi: Azerislamoglu