Baş səhifə » 2014 » Oktyabr » 25 » "Bu din üçün kifayət edən 4 hədis"
15:59
"Bu din üçün kifayət edən 4 hədis"

"Bu din üçün kifayət edən 4 hədis"

İmam Əbu Davud (rahimahullah) dedi:

" Mən Rəsulullahdan (sallallahu aleyhi və səlləm) beş yüz min (500 000) hədis yazdım. Onlardan bu kitab ( "Sunən Əbu Davud" ) üçün dörd min səkkiz yüz (4800) hədis seçdim.Lakin bu din üçün insana bu hədislərdən dördüdə kifayət edər.

Binlardan biri Rəsulullah sallallahu aleyhi və səlləmin bu sözləridir:

"Həqiqətən əməllər niyyətə görədir."

İkinicisi bu sözlərdir:

"İnsanın İslamının gözəlliyi özünə aid olmayan şeylərlə maraqlanmamasıdır."

Üçüncüsü:

"İnsan özünə istədiyini mömin qardaşına istəmədikcə iman gətirmiş olmaz."

Və dördüncüdə:

"Həqiqətən halal da bəllidir, haram da. Onların arasında şübhəli şeylər vardır ki, bir çox insanlar bunu bilməzlər."

"Tərh ət-Təsrib"2/16, "Camiul İlm" 174

Bölmə: Faydalar | Baxılıb: 271 | Yüklədi: Azerislamoglu