Baş səhifə » 2013 » İyun » 3 » Böyük alimlərin TÖVHİD haqqında sözləri. -video+mətn-
08:17
Böyük alimlərin TÖVHİD haqqında sözləri. -video+mətn-
Böyük alimlərin TÖVHİD haqqında sözləri.




Şeyx Ubeyd əl-Cəbiri:

"Darul Hijra imamı, İmam Abu Abdullah Malik ibn Ənəs (rahmətullahi aleyhi) deyir ki: Bu ümmətin əvvəli nə ilə islah olunmuşsa (düzəlmişsə, nə ilə doğru yola yönəlmişsə), bu ümmətin sonu da yalnız onunla islah olunur. (Qadi İyad "əş-Şifa" 2/ 88. ) Qardaşlarım! İlk müsəlmanlar (səhabələr) nə ilə islah oldular? Vallahi sadəcə TÖVHİD!"

"Allahu Təalənin göndərdiyi bütün elçilər Nuhdan (əleyhissəlam) Muhəmmədə (səllallahu aleyhi və səlləm) qədər hamısı tövhidə dəvət etdilər. Nuh, Hud, Salih və bütün elçilərin ilk dəvət etdikləri kəlimə: "Ey qövmüm sizin üçün Allahdan başqa ibadət ediləcək ilah yoxdur!” Ancaq bu gün məşhur olmuş dəvətçilər və dərs verənlərin çoxu ən önəmli şeyi tərk etdilər (Tövhidi), əsassız şeylərlə məşğul oldular. Biz Tövhidin önəmini öyrətməyi sevirik."

Şeyx Muqbil ibn Hadi əl-Vadi:

"Bəli! Bir-birmizə həmişə Allahdan qorxmağı tövsiyyə edək, bundan sonra: Allaha doğru ixlaslı olaq, çünki Allahu Təalə sadəcə üzü üçün edilən əməllər qəbul edər. Rəbbimiz buyurur: Xalis din ancaq Allaha məxsusdur. Və yenə buyurur: Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də elə budur! (Beyyinə, 5). Buxari və Muslim səhihində Cundub radiyallahu anhudan rəvayət edilir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) buyurur: Kim sum`ə (eşitdirmək) edərsə Allahu Təalə ona həqqi üzünü göstərər və kim ki riya (göstərmək) edərsə, Allah onu bu dünya və axirətdə utandırar. "


Şeyx Rabii ibn Hədi əl-Mədxəli:

"Biz ancaq tək bir Allaha iman edirik. Allahdan başqa ibadət olnacaq haqq ilah yoxdur! Və Biz ancaq Ona ibadət edirik, Allahın dinini ixlasla yaşayırıq,bizim Ona olan sevgimiz böyükdür, Ona olan qorxumuz sonsuzdur. Həm bu dünyada həmdə ölümdən sonra, ancaq ona yalvarır nemətlər və yaxşılığı üçün tərifləyirik.Yalnız Ona namaz qılar, səcdə edirik, zəkat verər, oruc tutarıq və Ona həmd edər, Quran oxuyarıq. Bunların hamısını Allaha yaxınlaşmaq üçün, bütün bu əməllər doğruluğa və ədalətə aparan səbəblərdəndir."


Şeyx Abdur Rəzzaq əl-Abbad əl-Badr:

"Peyğəmbər (səllallahu aleyhi və səlləm) buyurmuşdur: "Ən xeyirli dua, Ərəfa günü edilən duadır. Mən və məndən öncəki Peyğəmbərlərin dedikləri ən xeyirli dua: "Lə iləhə illəllah vəhdəhu lə şərikə ləhu ləhul mulku və ləhul həmdu və huvə alə kulli şeyin qadir" (Tirmizi və Malik rəvayət ediblər. Albani hədisin həsən olduğunu bildirib). Bu hədisə baxsaq Lə iləhə illəllah kəlməsi ilə əlaqədar çox böyük bir fayda əldə edə bilərik. Bu fayda nədir? Peyğəmbər (səllallahu aleyhi və səlləm) buyurur ki: Mən və məndən əvvəlki Peyğəmbərlərin … aldığımız fayda nədir? Aldığımız fayda: Gəlmiş və keçmiş bütün peyğəmbərlər lə iləhə illəllah kəliməsində ortaqdılar. Bu Quranda keçir, Allahu Təalə buyrur: Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: "Məndən başqa heç bir ilah yoxdur, Mənə ibadət edin!”– deyə vəhy etməyək. (Ənbiya, 25). Bütün peyğəmbərlərin ittifaqla qəbul etdiyi kəlimə Lə iləhə illəllah`dır. Digər bir ayədə Allahu Təalə buyrur: Biz hər ümmətə: "Allaha ibadət edin, tağutdan uzaq olun”– (deyə), elçi göndərdik. (Nəhl, 36). "Allaha ibadət edin, tağutdan uzaq olun” Bu ayə nəyi nəyi tərif edir? LƏ İLƏHƏ İLLƏLAH`ı. Allahu Təalə buyurur: Səndən əvvəl göndərdiyimiz elçilərdən (onların davamçılarından) soruş; Biz Mərhəmətli (Allahdan) başqa ibadət ediləsi məbudlarmı icad etmişik? (Zuxruf, 45). Eynilə bu ayədə də peyğəmbərlərin lə iləhə İlləllah kəliməsi də ortaq olduğunu görürük."

"Allahın bütün nemətləri içndə Lə iləhə illəllah kəliməsi kimi qullarına bildirdiyi bir nemət yoxdur. LƏ iləhə illəllah`ı bilmək, paltardan, yeməkdən, su içməkdən, evdən və. s şeylərdən daha böyük bir nemətdir. Çünki həyatın "lə iləhə illəllah” üzərində qurulmalıdır, onsuz ölülər içində sayılırsan. Səhih bir hədisdə Peyğəmbər (səllallahu aleyhi və səlləm) buyurur: Rəbbini yad edənlə Rəbbini yad etməyənin misalı diri ilə ölünün misalına bənzəyir. («Fəthul-Bari», 11/208). Deməli, Allahı zikr edən diridir, Allahı zikr etməyən ölüdür. Qəlblər Allahı zikr etməklə dirilir və ən əfzəl zikr LƏ İLƏHƏ İLLƏLLAH`dır. Səhih bir hədisdə Peyğəmbər (səllallahu aleyhi və səlləm) buyurur: Ən əfzəl zikr və ən əfzəl əməl Lə iləhə illəllahdır. Qiyamət günü tərəzidə ən ağır şeydə lə iləhə illəllahdır. (İbn Hibban 2324, əl-Həkim 1/528)"


Şeyx Əlbani:

 Lə iləhə illəllah kəliməsinin qayəsi ancaq Allahdan başqa Rəbb olmadığını ifadə etmir, burada əsas qayə odur ki, dünyada Allahdan başqa ibadət ediləcək ilah yoxdur, ibadətlər ancaq Ona edilir. Tövhid kəlməsini deyən insanın əbədi cəhənnəmdən qurtulması üçün İLAH kəlimsənin mənasını başa düşməsi lazımdır. əl-İlah həqiqi məbuddur, ancaq ona ibadət olunur, Allah`la heç kəsə ibadət edilməz. Budur TÖVHİD`in mənası. Quranda zikr olduğu kimi müşriklər, Allahın göyləri və yerüzünü yaratdığına şahid oldular. Allah Azzə və Cəll buyurur: Əgər sən onlardan: "Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, onlar hökmən: "Allah!”– deyəcəklər. (Loğman, 25). Burdan aydın olur ki, müşrik belə Allahın xaliq olduğuna şahiddir, lakin etiqadına Allaha ibadət edilir də əlavə etsə idi, əl-Xaliqu illə Allah, ər-Rəzzaqu illə-Allah və lə məbud bi haqq illə Allah və bunun hamısına iman edərsə bu gözəl kəlimənin (lə iləhə illəllah) haqqını vermiş olar."


Şeyx Saleh əl-Fəuzan:

"LƏ İLƏHƏ İLLƏLLAH, bu bir kəlimədir Lə iləhə illəllah. Bu kəlmədə zəruri usullar, şərtlər mənalar var. Bir müsəlmanın lə iləhə illəllah kəliməsi ilə əlaqəli heç bir şey bilməməsi mümkün deyil. Onu yerinə yetirsin və şəhadət gətirmişsə onunla əməl etsin. LƏ İLƏHƏ bu Nəfy`dir, birinci şərtdir. Lə iləhə - bütün ibadətlərdə nəfyd`dir, Allahdan başqa hər şeyi nəfy (inkar) edəcəyik, bir şey və ya büt olsun hamısını ləğv edəcəyik. İLLƏLLAH – isbatdır ikinci şərtdir. Bütün ibadətlərin ancaq Allaha layiq olduğunu isbat edəcəyik! Hər şeyə nəfy etdikdən sonra - Allahdan başqa ibadət olunacaq məbud yoxdur. LƏ İLƏHƏ dedikdən sonra sirkdən bu yana Allahdan başqa hər şeyi nəfy edirsən., bunları biləndən sonra ancaq Allaha ibadət etməlisən və ona şərik qoşmamalısan. Allah Azzə və Cəllə buyurur: Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! (Nisa, 36) Lə iləhə İlləllahın mənası budur. Lə Məbudu bi həqq illə Allah (Allahdan başqa ibadət olunacaq haqq ilah yoxdur)




Bölmə: Videolar | Baxılıb: 1205 | Yüklədi: selefimedia