09:25 "Bizi güldürən, lakin İbn Bəzi ağladan hadisə." | |
"Bizi güldürən, lakin İbn Bəzi ağladan hadisə." --- Şeyx AbdurRəzzaq əl Bədr (hafizahullah) dərslərinin birində danışır: " ...elmi olmadığı halda tələsərək nəsihət edəndə var. O bunu ya nəsihət etdiyinə qarşı səmimi olduğuna görə , yadaki ona açıyıb kömək etmək istədiyi üçün. Diqqət edin.O səmimidir lakin, onun qarşısındakına kömək edə biləcək və onu doğruya yönəkdəcək elmi yoxdur.Məsələn ondan hansısa şəriət məsələsi haqqında " Mənim başıma belə bir iş gəlib.Nə edim? " soruşurlar.O isə həmən insana yandığından " Qorxulu heç bir şey yoxdur.Belə et. " deyir və bu dediyi məsələ haqqında nə bir dəlil, nədəki hökm gətirir.Ancaq ona acıdığı üçün cavab verir.Və buna görədə bəzi alimlər deyərdilər: " Qoy sənin dərdin səndən fətva istəyəni xilas etmək olmasın.Sənin dərdin özünü xilas etmək olsun". Çünki sən əgər (doğrunu) göstərməsən özünü günahla yükləmiş olarsan.Əgər sənin yanına hansısa bir nəsihət və ya şəri bir məsələ haqqında öyrənmək üçün gəlsələr və sən elmsiz, bu məsələ haqqında biliksiz cavab versən o zaman sənin ona qarşı olan rəhm və mülayimliyinin sənə heç bir faydası olmayacaq. Bu mövzu haqqında bir hadisəni xatırladım.Mən həcc günlərində saqqalını daima qırxan birisi ilə rastlaşdım. Onun bu əməli isə Allaha və Rəsulullah sallallahu aleyhi və səlləməqarşı asilikdir. Və o ümrə etməyə yollandı. Bundan qabaq o artıq həcc (üçün ihramdan çıxanda) saçınıda qırxmışdı.Və digərləri kimi əlavə olaraq ümrəni yerinə yetirməyə çıxdı. Mərvə dağına çatanda digərləri kimi ihramdan çıxan zaman saçını qırxmaq və ya qısaltmağın zamanı yetişib.Lakin artıq onun saçları yox idi.Hətta (öncəkində) daz qırxdığı üçün bir tutum belə yox idi.Və o mənə (bu hadisənin sonunu) danışmağa davam etdiki, Mərvədə onun kimi qırxılmış birini gördü və ona sual verir ki, ihramdan çıxmaq üçün nə etsin, axı onun başında tük yoxdur.Həmən insan ona nəzər yetirir və deyir:" O zaman bığlarını qırx".O həmən adama qulaq asır və bığını qırxır.Nəticədə daz, saqqalsız və bığsız şəkildə ihramdan çıxır. Bu indi danışdığım hadisə sizi güldürür, lakin mən bunu İbn Bəz rahimahullaha danışan zaman o ağladı... Çünki bu Allahın dininə qarşı nadanlığın təzahürü, Allah haqqında elmsiz və dəlilsiz danışmaq , öz nitqinlə Allahın dini haqqında insanları azdırmaqdır. Belə fətvanı heç bir alim verməyib. Hətta ən nadir fətvalar arasında belə bu haqda tapmazsan. Lakin insanlar bu kimi məsələlərdə cavab verməyə cürət edirlər. Əbəs yerə deyilmir ki:"Kim ki, səhv etdiyi halda "Mən bilmirəm" cavabı vermirsə o məğlub olar".Əgər insan ona verilən suala cavabı bilmirsə, bunun dəlilini bilmirsə o zaman öz dininı təhlükəyə atmaq və soruşana cavab vermək nəyə lazımdır? Bu çox təhlükəli məsələdir." | |
Bölmə: Faydalar | Baxılıb: 528 | |