Baş səhifə » 2015 » Mart » 3 » Allah Rəsulunun övladların nəzərdən qorunması üçün öyrətdiyi dualar...
13:11
Allah Rəsulunun övladların nəzərdən qorunması üçün öyrətdiyi dualar...


 

Çox vaxt fikir verməsək də əslində nəzər, göz dəymə çox ciddi fəsadlara gətirib çıxarır. Hətta anında öldürə bilər. Biz xoşlayırıq uşaqları bəzəyib-düzəyib çıxardaq çölə ya da qəşəng pozalarda şəkil və videolarını çəkib başqalarına göndərməyi, profillərə qoymağı... Amma heç nəzərə gələ biləcəyini düşünmürük. Hansı ki sahabələr qəşəng uşaqların üzünə kömür sürtərdilər çirkin görsənsin nəzərə gəlməsin.

Bəzən "səbəbsiz" yerə uşaqlar pis vəziyyətə düşür, qızdırma, qusma, qarıngetmə, çığırıb ağlama və s. Amma ortada nəzərdən bu hala qala biləcəyi ağlımıza gəlmir. Ən doğrusunu Allah bilir. Amma əlhəmdulilləh Allah bizi çarəsiz qoymayıb, sünnədə gələn Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin nəvələrinə oxuduğu dua var ki oxunduğu gün o uşaqlar Allahın himayəsi altında olar və heç bir şeytan, zərərli həşərat və bəd nəzər onlara zərər verə bilməz.

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) nəvələri Həsən və Hüseynin (radiyallahu anhuma) nəzərdən qorunması üçün oxuduğu dua:
 

◆Oğlan uşağı üçün:
 

اُعِيذُكَ بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ مِنْ كُلِّ شَيْطَانِ وَهَامَّةٍ وَمِنْ كُلِّ عَيْنٍ لَامَّةٍ
 

[ui'zukə bikəlimətilləhit-təmməti min kulli şeytanin və həmmətin və min kulli aynin ləmməh]
 

◆Qız uşağı üçün isə bu şəkildə oxunur:

 

اُعِيذُكِ بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ مِنْ كُلِّ شَيْطَانِ وَهَامَّةٍ وَمِنْ كُلِّ عَيْنٍ لَامَّةٍ


[ui'zuki bikəlimətilləhit-təmməti min kulli şeytanin və həmmətin və min kulli aynin ləmməh]

 

◆İki uşaq olarsa bu şəkildə oxunur:

 

اُعِيذُكُمَا بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ مِنْ كُلِّ شَيْطَانِ وَهَامَّةٍ وَمِنْ كُلِّ عَيْنٍ لَامَّةٍ


[ui'zukumə bikəlimətilləhit-təmməti min kulli şeytanin və həmmətin və min kulli aynin ləmməh]

 

◆Daha çox uşaq üçün isə cəm forması bu şəkildədir:
 

اُعِيذُكُمْ بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ مِنْ كُلِّ شَيْطَانِ وَهَامَّةٍ وَمِنْ كُلِّ عَيْنٍ لَامَّةٍ

[ui'zukum bikəlimətilləhit-təmməti min kulli şeytanin və həmmətin və min kulli aynin ləmməh]


Tərcüməsi:
 

Hər bir şeytan,hər bir zərərli həşəratdan və hər pis gözdən qorumaq üçün sizi  Allahın tam kəlimələrinə həvalə edirəm


[1] Buxari 4/119.

Hazırladı:

Yaşar Qurbanov.

Bölmə: Gözümüzün nuru övladlarımız. | Baxılıb: 537 | Yüklədi: Azerislamoglu