Baş səhifə » 2012 » İyul » 28 » Alim haqda xoşagəlməz söz eşitdikdə...
02:16
Alim haqda xoşagəlməz söz eşitdikdə...

Alim haqda xoşagəlməz söz eşitdikdə...


Əgər rəbbani bir alim haqda xoşa gəlməz söz eşidərsənsə, öncə onu dəqiqləşdir. Çünki alim haqda deyilən çox sözlər yalan olur. Sən bu sözün gerçək olduğunu dəqiqləşdirdikdən sonra növbəti mərhələyə addımla. Dərhal həmin alimi qınama! Çünki əksər hallarda insan əvvəldən qınamağa üstünlük verir, sonda isə onun haqlı olduğunu görür. Məhz bu səbəbdən öncə düşün, bu iş qınanmalıdırmı?

Əgər bu işin qınanılası bir iş olmadığı üzə çıxarsa, o zaman alimi müdafiə edib və onun söylədiyini insanlara çatdırmalısan. Yox əgər, alimə nisbət edilən söz həqiqət olarsa və sənə görə o söz həqiqətə uyğun olmazsa, o zaman əxlaq ilə onunla əlaqə saxlayıb ondan soruş:
- "Mən sizin haqqınızda filan-filan sözlər eşitmişəm. Buna aydınlıq gətirmənizi istərdim, çünki siz məndən daha elmlisiniz!”
Əgər o sənə açıqlama verərsə, həmin məsələni onunla müzakirə etməyə haqqın çatır.

Fəqət, bu onun səviyyəsinə və layiq olduğu dərəcəyə görə əxlaqla edilməlidir.

Bəzi nadanlar isə, öz sözlərinə müxalif bir söz deyən alimin yanına gələrək kobudcasına, bəzən isə əllərini onun üzünə tərəf qaldıraraq deyirlər:
- "Bu nə sözdü özündən kəşf etmisən? Bu nə münkər sözdü? Allahdan qorxun var?

Fəqət, düşündükdə görürsən ki, alimin sözü haqdı, nadanların sözü isə haqqa müxalifdir. Belə kəslərin əksəriyyəti, özlərindən razı olan və Əhli-Sünnə olduqlarını, sələfin yolu ilə getdiklərini güman edənlərdir. Əslində isə onlar sələfin yolundan və Sünnədən çox uzaqdırlar.

[Muhəmməd əs-Salihin ‘Şərh əl-Ərbəın ən-Nəvavi’ kitabı əsasında]

__________
əz-Zubeyr

Bölmə: Maraqlı məqalələr | Baxılıb: 557 | Yüklədi: selefimedia