Baş səhifə » 2013 » İyun » 19 » AbdurRahmən əs Sədi:"Allah kimə xeyir istəyərəsə, onu dində fəhimli edər" hədisinin şərhi
12:16
AbdurRahmən əs Sədi:"Allah kimə xeyir istəyərəsə, onu dində fəhimli edər" hədisinin şərhi

AbdurRahmən əs Sədi:

-rahimahullah-

"Allah kimə xeyir istəyərəsə, onu dində fəhimli (anlayışlı) edər."

  Muaviyyə (Allah ondan razı olsun) demişdir ki :
"Rəsulullah sallallahu aleyhi və səlləm buyurudu:"Allah kimə xeyir istəyərsə onu dində fəhmli edər."
Buxari və Müslim.(1)

  Bu hədis elmin fəziləti haqqinda  rəvayət olunan ən əzəmətli hədislərdən biridir.Burada faydalı elmin insan üçün xoşbəxtlik sayılması Allahın bununla həmin şəxsə xeyir istəməsi zikr olunur.
  Dində fəhmli olmaq imanın əsaslarını, İslamın qayda-qanunlarını, hökmləri və eyni zamanda ehsan gerçəkliklərini şamil edir.Din kəlməsi bu üçlüyün hamısını əhatə edir.Necə ki, Cəbrayılın hədisində o. Peyğəmbərə (sallallahu aleyhi və səlləm) iman, İslam  və ehsan barədə sual vermişdir.Peyğəmbər (salallahu aleyhi və səlləm) onların hüdudlarını bəlli edərək bu suala cavab vermişdir.O imanı altı əsası, İslamı beş dayağı ilə birgə açıqlamışdır.Ehsan barədə belə buyurmuşdur:"Allaha onu görürmüş kimi ibadət edirsən.Sən onu görməsəndə o səni görür.." (2)
  Bura həmçinin əqidə məsələlərində fəhmə malik olmaq, bu barədə sələflərin rəyini bilmək, aşkar və gizli məqamları təhqiq etmək, müxaliflərin məzhəblərini tanımaq və onların müxalifliyini Quran və Sünnə ilə bəyan etmək də daxildir.
  Fiqh elmi, onun əsası və ikinci dərəcəli məsələləri, ibadətlərin hökmləri, müamilələr, cinayətlər və digərləri də hədisin tərkib hissəsinə daxildir.
  İman həqiqətləri və Allaha aparan yolları, Quran və Sünnəyə uyğun şəkildə bilməkdə hədisin məzmununa daxildir.
  Həmçini dində fəhmli olmağa vəsilə olan hər bilginin, məsələn ərəb dili və sairə elmlərin əldə edilməsidə bura daxildir.
  Allah kimə xeyir istəyərsə, onu bu işlərə yönəldərək fəhmli edər.
  Hədisin məhfumuna görə kim bu elmlərdən bütünlüklə uzaq durarsa, demək Allah ona xeyir istəməyib.Çünki o, insanı xeyir və səadətə yetişdirən səbəblərdən məhrum olmuşdur.


AbdurRahmən əs Saadi:
"Möminlərin könül müjdəsi və xeyirlilrəin göz işığı".11-ci hədisin şərhi.

Tərcümə:
Ramil Həsənli
AbdurRahim Muradlı.

---------
1.Buxari:Elm.71.Muslim:Əmirlik.1037.İbn Macə : Müqəddimə.221. Əhməd:4.93. Darimi:Müqəddimə.226
2.Buxari:İman.50.Muslim:İman.10.Nəsai:İman.4991.İbn Macə:Müqəddimə.64. Əhməd:2.426.







Bölmə: Faydalar | Baxılıb: 870 | Yüklədi: selefimedia