Əbdürrəhman bin Nasir əs-Səədi:"Küfrə salan əməl etdiyi zaman müəyyən bir şəxsi təkfir etmək barədə müzakirə". - 17 Февраля 2013 - Elm, İman, Əməl, İxlas.
Baş səhifə » 2013 » Fevral » 17 » Əbdürrəhman bin Nasir əs-Səədi:"Küfrə salan əməl etdiyi zaman müəyyən bir şəxsi təkfir etmək barədə müzakirə".
22:11
Əbdürrəhman bin Nasir əs-Səədi:"Küfrə salan əməl etdiyi zaman müəyyən bir şəxsi təkfir etmək barədə müzakirə".

Küfrə salan əməl etdiyi zaman müəyyən bir şəxsi təkfir etmək barədə müzakirə.


Şeyx Alləmə Əbdürrəhman bin Nasir əs-Səədi  -Allah ona rəhmət etsin- buyurur.

Müzakirə edənlərdən biri belə deyir: Allahdan başqasına: mələk, Peyğəmbər, saleh insan, və yaxud büt olsa belə dua edənin kafir və müşrük olmasına, əbədiyyən cəhənnəm odunda qalmasına Kitab, Sünnə və müsəlmanların icması dəlalət etmişdir. Bu məsələ dində zərurətlə bilinən və inkar edilməsi mümkün olmayan bir şeydir. İnsanlardan hər bir kimsə bunu edərsə, o müşrik və kafirdir. Fərqi yoxdur istəyir bunu edən inadkar olsun isdəyir cahil olsun va yaxud təvilçi olsun. Buna görə də Allah öz kitabında kafirlərin hamisini kafir saydı.Tabe olanla , tabe olunanın, inadkarla cahilin arasında heç bir fərq qoymadı.Bunun əksinə olaraq Allah bizə xəbər verdi ki, onlar belə deyirlər:

"BİZ ATALARIMIZI BİR DİN ÜZƏRİNDƏ GÖRDÜK VƏ BİZ DƏ ONLARIN ARDINCA GETDİKZuxruf,22.

Və bunda heç bir şəkk-şübhə yoxdur ki, onlar özlərinin haqq üzrə olduqlarını zənn edirlər.

Uca Allah buyurur:"O KƏSLƏR Kİ ONLARIN DÜNYADAKI ZƏHMƏTİ BOŞA GETMİŞDİR.HALBUKİ ONLAR YAXŞI İŞLƏR GÖRDÜKLƏRİNİ ZƏNN EDİRDİLƏR.ONLAR O KƏSLƏRDİR Kİ, RƏBBİNİN AYƏLƏRİNİ VƏ ONUNLA QARŞILAŞACALARINI İNKAR ETDİLƏR”. Kəhf,104,105.

Onların etdikləri şeyləri yaxşı əməllərdən olduğunu etiqad etmələri onları təkfir etməyə mane olmadı. Beləcə də kim Allahdan başqasına dua edər və Allahdan başqasından yalnız Allahın qadir olduğu şeylərdə kömək diləyərsə, o inad etsədə, etməsədə, dəlili bilsə və yaxud biməsə belə kafir və müşrükdür. Cahil yahudi və nəsranilərin təkfiri ilə İslama nisbət olunsa belə Allaha şərik qoşanın təkfiri arsinda nə fərq var ki ?! Əksinə cahil olsa belə dirilməyi inkar edənin təkfiri ilə Allahdan qeyrisinə dua edən və ona sığınıb öz ehtiyaclarının -o ehtiyaclar ki onları qarşılamağa qadir olan yalnız Allahdır -qarşılamasını diləyənin təkfiri arasındaki fərq nədir?! Bunların hamısı kafirdir. Artiq Peyğəmbər sallalahu aleyhi və səlləm risaləni təbliğ etmişdir. Kimə Quran gəlib çatıbsa başa düşsə və yaxud düşməsə belə artıq ona hüccət qalxmışdır.

İkincisi belə deyir: Allahdan başqasına dua edib ondan kömək diləməyin cəhənnəmdə əbədi qalan şirk ,küfr olmasına dair nəql etdiyin icmada heç bir şəkk-şübhə yoxdur. Amma cahil yahudu və nəsranilərlə ,eləcə də Peyğəmbər ( sallallahu aleyhi və səlləmə ) iman gətirməyən və Onu təsdiqləməyən bütün kafirlər ilə cahil olduqları halda Peygəmbər sallallahu aleyhi və səlləmə iman gətirib,Onun hər dediyini təsdiqləyən və ona itaətdə mültəzim olan sonra isə ondan Allahdan başqasına dua və Allaha şərik qoşmaq kimi əməllər baş verən, hansi ki o heç bilmir və hiss etmir ki bu şirkdir, əksinə o elə zənn edir ki bu dua etdiyi şəxsi əzəmətləndirməkdir və belə etmək ona əmr olunmuşdur .

Bunların hamısını bərabər tutmağına gəldıkdə isə: Bunların ikisinin də bərabər olduğunu zikr etməyin açiq-aydın xətadır.Bunların ikisini də eyni tutmağının xəta olmasına və bunların arasında fərqin olmasına Kitab ,Sünnə, Səhabi və onlara yaxşı işlərdə tabe olan

(Tabeinlərin) icması dəlalət etmişdir.

Cahil yəhudu və nəsranilərin eləca də bütün kafirlərin küfrü dində zərurətlə bilinən və inkar edilməsi mümkün olmayan bir şeydir. Amma kim Peyğəmbər sallallahu aleyhi və səlləmə iman gətirib Onun dediyi hər bir şeyi təsdiqləyib və onun dininə mültəzim olduqdan sonra cahilliyi, təqlidi və yaxud təvili üzündən ondan etiqatda, sözdə və əməldə xəta baş verərsə, Allah bu baradə buyurub :

"...EY RƏBBİMİZ, UNUTDUQDA VƏ YA YANILDIQDA BİZİ CƏZALANDIRMA !..." əl-Bəqərə 286.

Allah Peygambər sallallahu aleyhi və səllamin ümmətinin sözdə və etiqatda etdiklari xətanı, unutqanlığı və məcbur olunduqları şeyləri küfr olsa belə bağışlayib.

Deyilir ki, kim onu etiqad edib və yaxud əməl edərsə o, kafirdir. Lakin bəzi şəxslərdə, bunun küfr və şirk olduğunu bilmədiyinə görə onu takfir etməyə maneə olduğu üçün, bu sözün küfr olmasına şəkk etməsək belə həmin şəxsdə bu maneə olduğu üçün bizə onun özünə kafir hökmü verməkdən dayanmaq vacibdir.
Və bu qayda üzrə də sahabə və tabiinlər bidətlə müamələ etmişlər.Onların zamanında zühür edən xəvaric, mötəzilə , qədərilərin və başqalarının bidəti kimi olan bidətlər Quran və Sünnənin dəlillərinin rəddini, yalanlanmasını və təhrifini özündə şamil edirdi ki, bu da küfrdür.Lakin onlarda təvil olduğu üçün ( sahabə və tabeinlər ) onları şəxsən təkfir etmədilər. Xavariclərin şəfaət dəlilləri ilə böyük günah sahibinin islamına və imanına dələlət edən dəlillərini yalan sayıb, sahəbə və müsəlmanların qanlarını halal görmələri və mötəzilələrin böyük günah sahibinin şəfaətinə aid dəlilləri yalanlayaraq qədəri və Allahın ( bütün ) sifətlərini inkar etmələri və bundan başqa etiqadları ilə təvili ucbatından Allahdan başqasına dua edib ondan kömək diləməyin icazəli olduğunu sayanın arasında heç bir fərq yoxdur. Artiq Şeyxul İslam (İbn Teymiyyə ( Allah ona rəhmət etsin ) ) , Bəkri , İxinnəi və qeyrilərinə olan radiyyələri kimi bir çox kitablarında bü əməllərdən bəzilərinin adları çəkilən şeyxlərdən baş verdiyini zikr etdiyi vaxt bunu ( məsələni ) açıq-aydın bəyan etmişdir. Buyurmuşdur ki, cahilliyin cox olduğu və risalə əsərləri baradə elmin az olduğu üçün onlara inkar etdikdə insanın kafir olacağı hüccət bəyan olunmamış onları təkfir etmək olmaz. Şeyxul İslamın ( bu barədə olan ) kəlamı məruf və məşhurdur. ( Bundan sonra ) Bizə aydın oldu ki, kimdən inadkarliq etməyərək cahilliyi, təqlidi, təvili üzündən bu işlər baş verərsə , zikr olunan maneəyə görə ( cahl,taqlid,tavil ) etdiyi əməl küfr olsa belə ona müəyyən olaraq kafir hökmü verilmir.

Birinci belə deyir: Allahu Təalanın (Ey Rəbbimiz, unutduqda və ya yanıldıqda bizi cəzalandırma!...) bu sozünə və şəriətin bu ümmütin etdikləri xətaya görə onları cazaladırmadığına gəldikdə isə , bu, ümmətin fiqhi və icdihadi məsələlərdə etdikləri xətaya aiddir amma dinin əsaslarına galdikdə, əksinə mütləq olaraq dinin əsli olan tövhidə gəldikdə isə, təqlidçi kafirlərin təkfirində zikr etdiyimiz kimi bunda edilən xəta ilə qəsd eynidir . Sizin, bu insan Peyğəmbər sallallahu aleyhi vəssələmi təsdiqləyib ona itaətdə mültəzimdir sözünüzə gəldikdə isə bu mümkün deyil. Allaha tövhidin vacib olmasını və onu duada, kömək diləməkdə və ibadətin başqa növlərində təkləşdirməyin vacib olduğunu yalanlayan şəxs necə Peyğəmbəri təsdiqləyə bilər ?! İtaətlərin, dinin əsasında və tövhiddə Peygəmbər sallallahu aleyhi vəsəlləmə asi olan şəxs ona itaətdə necə mültəzim ola bilər?! Rəbbini unudaraq Allahdan başqasına dua edib ondan kömək diləyir, Rəbbindən üz döndərərək öz qəlbi ilə məxluqlara yönəlir hardadır bunun mültəzimliyi və təsdiqi?! Açıq-aydın dəlil olmadıqca mücərrəd iddia qəbul deyil. Sizin ( onların etdiklərini ) xəvariclərin, mötəzilələrin və başqa zikr etdiklərinizin bidətlərinə bənzətməyinizə gəlincə bu iki şeyin arasında olan fərq olduqca uzaqdır! O tövhid ki, Peyğəmbərlərin dininin və dəvətinin əsasıdır, Peyğambər sallallahu aleyhi vəsəlləm onun üçün cihad etmiş, az qala ki Quran əvvəlindən axırına qədər onu təsil, təfsil,bəyan,təqrir etmək üçün enmişdir.Bununla tövhidləri, Allaha və rəsullarına olan imanları ilə bərabər, əhli azmız, əqidə və əməllərində xəta etmiş bidətin arasındakı fərq! Bu iki şeyin arasındakı fərq aydındır!Onların ikisini də eyni tutan düz etməyib xəta etmişdir.


İkinci deyir: Ayədə (əl-Bəqərə, 286) və şəriətin başqa dəlillərində zikr olunan xəta dinin əsaslarına deyil şaxələrinə aid olunmasını demək dəlilsiz bir sözdür.Allah və onun Rəsulu ümmətin əffində dinin əsasları ilə şaxələrinin arasında heç bir fərq qoymayıb.Zikr etdiyimiz söz ki, Sələflər bidət əhlini təkfir etməyiblər hamin bidat əhlinin təvili yalnız dinin əsaslarinda olmuşdur,xüsüsi olaraq da mötəzilə və bunlar kimi Xaliqin sifətlərini inkar edənlar . Tövhid Allaha kamil sifətlərin isbatı birdə ibadəti tək ona sərf etməyin üzərində qurulub.Birinci qisimdə cahilliyi , təvili, təqlidi üzündən Allahın bəzi sifətlərini inkar edəni ona hüccət qaldırmamış təkfir etmədiyimiz kimi, elacə də cahilliyi, təvili , təqlidi üzündən bəzi ibadətləri məxluqlardan bəzisinə sərf edəni təkfir etmirik.Bunda olan maneə birincidə olan maneə kimidir. Hər iki şeyi (Ad və sifətlər tövhidi ilə uluhiyyət tövhidini ) də Peyğəmbər sallallahu aleyhi vəsəlləm gətirmiş və öz ümmətinə təbliğ etmişdir. Lakin onun ümmətindən olan azmişlar hər iki məsələdə ( ad və sifətlərlə uluhiyyətdə ) də doğru yoldan sapmış, onun dinində zərurətlə bilinən şeyi Peyğəmbərin həmin şeyi inkar , qadağan edib bu yoldan çakindirmiş olduğunu etiqad etmişlər . Kim bu iki məsələdə də Peyğəmbərin gətirdiyi şeyləri bilib və ona bu barədə haqq bəyan olduqdan sonra inadkarliq edib ondan üz çevirərsə o həqiqətan kafirdir. Kim də zahirən və batinən ona iman gətirdikdən sonra bu məsələdə azıb və bu baradə haqqı bilməyibsə, biz bu halda ona inkar etdikdən sonra onu inkar edənin kafir olacağı hüccət çatmadığı maneə olduğu üçün həmin insanın küfrünə qərar vermirik. Və buna görə də Sarsari və onun kimilərin kəlamlarında Peyğəmbərdən kömək diləyib ona dua etmək, ondan öz hacətlərinin qarşılamasını tələb etmək kimi sözlər olduğuna baxmayaraq biz və elacədə sizin özünüz bu zikr olunan səbəbə görə onları təkfir etmədik.O ( Sarsari ) və onun kimilər Şeyxul İslamın əvvəldə zikr olunan sözünə daxildir. Sənin deməyin ki , dirilməyi inkar edəni Allah və Rəsulunun təkfir etdiyi kimi sizdə inadkarla inad etməyənin arasında fərq qoymadan təkfir edirsiniz... Biz deyirik: Məsələ eyni məsələdir.Lakin dirilməyin əksinə olaraq xüsusi ilə Tövhid və Sifətlər məsələsində Peyğəmbəri hər şeydə tasdiqləyənlərin çoxunda təvil baş verməsi yayılıb. Dirilməyi inkar etməyə gəldikdə isə demək olar kı ümmətində bu baradə təvil baş verməməşdir. Və buna baxmayaraq fərz etsək ki, İslamdan uzaq ölkədə yaşamiş və yaxud İslama təzə gəlmiş şəxslərdə bu baş verərsə, əvvəl ona hökm bəyan olunur və bundan sonra ona kafir hökmü verilir. Və hər bir Allaha və Rasuluna iman gətirib, onları təsdiqləyib və onlara itaətdə mültəzim olan və Peyğəmbərin gətirdiyi bəzi şeyləri cahilliyi üzündən bunu Peyğəmbərin gətirdiyini bilməyərəkdən inkar edərsə, bu əməlin küfr və bunu edənin kafir olmasına baxmayaraq dinin əsasları ilə şaxələri arasında fərq qoymadan Peyğəmbər sallalahu aleyhi vəsəlləmin gətirdiyi şey barədə cahil olması bu müəyyən şəxsi təkfir etməyə mane olur. Çünkü küfr Peyğəmbər sallallahu aleyhi və səlləmin gətirdiyi şeyləri və yaxud gətirdiyi şeylərin bəzilərini bildikdən sonra cəhd ( inkar ) etməkdir. Və bununla da Peyğəmbəri inkar edan təqlidçi kafirlərlə Ona iman gətirdiyi halda bilərəkdən və inadkarlıqla deyil zəlaləti və cahilliyi üzündən onun gətirdiyi bəzi şeyləri inkar edənin arasında olan fərqi bildin.

Alfətəvə-əssaadiyyə.Mürtəddin hökmü babı.səhifə 443-447.Dərulminhəc. Misir

Fətvanin əslini ərəbca oxumaq isdəyənlər bu ünvana baxsınlar:

http://islamancient.com/ressources/docs/628.pdf

Tərcümə etdi: Mədinə İslam Unversitetinin məzunu Fərman İsayev.

Bölmə: Şübhələrə Rədiyyə | Baxılıb: 656 | Yüklədi: selefimedia