Baş səhifə » 2014 » Fevral » 08

İndi Binə ticarət mərkəzində işləyən qardaşları siyahıya alırlar. Neynəyək, ticarətlə məşğul olmayaq? Hər kəs orda öz ailəsinin ruzisini qazanır da. Radikalların artmasının əsas səbəbləri xaricdə olsa da, daxildə də yetərincə səbəb var. Dövlət addımlarına fikir verməlidir. Saqqallarını  qırxmaqla guya onlar fikirlərindən dönürlər? Tam tərsi, radikallaşmaqlarına təkan verirlər.
-------------------------
Çox qəribədir ki, Əsəd tərəfində döyüşən azərbaycanlıların adını çəkən yoxdur.

Hizbullahın liderinin Liviyadan etdiyi çağırışa görə, gedib orda döyüşən Azərbaycan şiələri az deyil. Mən o adamın çağırışına qulaq asdım. Loru dildə desək, deyirdi ki, həm sünni, həm də şiə olanlar gəlsin "razborkamızı” orda həll edək. Şiələrdən gedib döyüşənlərin əksəriyyəti elə o Nəsrullahın çıxışına görədir.
Onu da deyim ki, Əsəd tərəfində ermənilərdən də gedib döyüşənlər var. Çünki ermənilər suriyalılara borcludurlar. Çünki suriyalı ərəblər və ermənilər Qarabağ müharibəsi zamanı ermənilər tərəfində vuruşub.
Bölmə: Maraqlı məqalələr | Baxılıb: 1545 | Yüklədi: selefimedia | Tarix: 08.02.2014