Qamət Süleymanov:"Neynəyək, ticarətlə məşğul olmayaq?" - 8 Февраля 2014 - Elm, İman, Əməl, İxlas.
Baş səhifə » 2014 » Fevral » 8 » Qamət Süleymanov:"Neynəyək, ticarətlə məşğul olmayaq?"
11:00
Qamət Süleymanov:"Neynəyək, ticarətlə məşğul olmayaq?"
Qamət Süleymanov:

"Neynəyək, ticarətlə məşğul olmayaq?"

İndi Binə ticarət mərkəzində işləyən qardaşları siyahıya alırlar. Neynəyək, ticarətlə məşğul olmayaq? Hər kəs orda öz ailəsinin ruzisini qazanır da. Radikalların artmasının əsas səbəbləri xaricdə olsa da, daxildə də yetərincə səbəb var. Dövlət addımlarına fikir verməlidir. Saqqallarını  qırxmaqla guya onlar fikirlərindən dönürlər? Tam tərsi, radikallaşmaqlarına təkan verirlər.
-------------------------
Çox qəribədir ki, Əsəd tərəfində döyüşən azərbaycanlıların adını çəkən yoxdur.

Hizbullahın liderinin Liviyadan etdiyi çağırışa görə, gedib orda döyüşən Azərbaycan şiələri az deyil. Mən o adamın çağırışına qulaq asdım. Loru dildə desək, deyirdi ki, həm sünni, həm də şiə olanlar gəlsin "razborkamızı” orda həll edək. Şiələrdən gedib döyüşənlərin əksəriyyəti elə o Nəsrullahın çıxışına görədir.
Onu da deyim ki, Əsəd tərəfində ermənilərdən də gedib döyüşənlər var. Çünki ermənilər suriyalılara borcludurlar. Çünki suriyalı ərəblər və ermənilər Qarabağ müharibəsi zamanı ermənilər tərəfində vuruşub.

2008-ci ildə içində bomba partladıldıqdan sonra fəaliyyətini dayandıran Əbu-Bəkr məscidinin imam-camaatı Qamət Süleymanov "Axar.az” saytına müsahibə verib.

Həmin müsahibəni olduğu kimi təqdim edirik:

- Gündəmin əsas mövzularından biri də Suriyaya döyüşməyə gedən azərbaycanlılardır. Onlar haqda nə düşünürsünüz?
 
- Bismillahi-r-Rəhmani-r-Rəhim. Təbii ki, Suriya bu gün böyük bir problem olub. Bilirsiniz ki, Suriyanın əvvəli İraqdır. Böyük bir əməliyyatın tərkib hissəsidir. İraqda başladı və sonra gəldi Tunisə, Liviyaya, Yəmənə, hətta bir az da Misirə gəlib çıxdı. Ancaq Suriyada bir az vəziyyət fərqlidir.  Suriyaya qədərki ölkələr üçün yazdıqları ssenari Suriyada nəsə işləmədi. Həm yerinə görə, həm də ölkələrin maraqları toqquşurdu. Nəinki Azərbaycan, bütün dünya üçün Suriya problem olub. Elə Avropanın özü üçün də problem olub. Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyrin çıxışına qulaq asdım. O da bu mövzu ilə bağlı öz narahatçılığını ifadə etdi. Bildirdi ki, Avropada yaşayan insanlardan gedib orda döyüşənlər qayıdandan sonra problem olacaq. Öz mövqeyimizə gəldikdə isə, onu deyə bilərəm ki, bizim camaat orda döyüşməyi məqbul saymır və orda ölənləri də şəhid saymırıq. O məsələ oranın öz əhalisinin işidir. Burdan gedib orda döyüşənlərə qoşulmaq düzgün deyil. Təəssüf ki, biz ora gedənlərə kimin rəhbərlik etdiyini bilmirik.
 
İslam deyəndə ancaq terrorçuları düşünürlər
 
- Əksər əhali Suriyaya döyüşməyə gedənlərlə sizin camaatdan olanları eyni sayır. Əgər ayrı-ayrı düşüncədə və fəaliyyətdə olan adamlardısa, onlarla sizin hansı fərqləriniz var?
 
- Təbii ki, bizi onlarla eyni adam saymaq ən birinci məlumatsızlıqdır. Azərbaycanda dini maarifçilik baxımından boşluqlar var. Hətta olduqca bəsit şeyləri belə, bəzən səhv bilirlər. Məsələn, imam Əli ibn Əbu Talib barədə deyirlər ki, peyğəmbərdir. Belə deyənlər var. Görünür ki, camaatın arasında dini maarifçilik aşağıdır və onlar məlumatlardan bixəbərdirlər. Onu bilməyən insan təriqətlər arasındakı fərqləri necə bilsin? Bu, təbii haldır. Çünki məlumatsızlıq olan yerdə kimlərinsə bu cür səhv düşünməsi təbiidir və biz buna normal yanaşırıq. Bizlə onlar təbii ki, ayrı-ayrı adamlarıq. İslama aidiyyəti olmayan avropalı və qeyri-müsəlman insanlar islam deyəndə ancaq terrorçuları düşünürlər. Bu da onun kimi. Elə bilirlər ki, elə ora gedib döyüşənlər də bizdəndir. Əslində, biz sələfi camaatıyıq və radikal qruplarla fərqimiz çoxdur.
 
Biz ölkə başçısını ölkənin hakimi sayırıq, onlar yox...
 
- Konkret desək, nə kimi fərqləriniz var?
 
- Əqidə və dini etiqad baxımından olan fərqlərə toxunsam, oxuyanlara ağır olacaq. Ona görə istəyirəm ki, camaatın başa düşəcəyi formada ümumi danışım. Məsələn, biz siyasətə qarışmırıq. Ölkələrdə, yaşadığımız yerlərdə, heç bir dövlət idarəçiliyinə qarışmaq kimi bir fikrimiz yoxdur. Ora gedib döyüşənlərlə bizim əsas fərqimiz budur. Onların əsas ideyası dövlət və hakimiyyət məsələləridir. Məsələn, "cahil müsəlmanlara münasibət” məsələsində bizim fikirlərimiz fərqlidir. Biz onları müsəlman sayırıqsa, onları maarifləndirməyin tərəfindəyiksə, onlar tam tərsinə - elə insanları ümumiyyətlə, müsəlman saymır və kafir elan edirlər. Cahil müsəlman deyəndə dini qaydalara əməl etməkdə zəiflik göstərən insanlarımızı nəzərdə tuturam. Məsələn, namazdan uzaq  insanlara, gah qılıb, gah qılmayan insanlara onların münasibəti olduqca pisdir və radikal mövqedə dayanıblar. Onlar elə insanları qeyri-müsəlmanlar kimi kafir sayırlar. Düzdür, namaz qılmamaq böyük günahlardandır. Amma biz onları dindən çıxartmırıq. İttiham eləmirik, kafir demirik. Sonra hakimə münasibət məsələsində bizlə onların arasında çox böyük fərqlər var. Biz ölkə başçısını ölkənin hakimi sayırıq, ancaq onlar saymırlar. Bu kimi cəhətlərə görə onlar bizdən kəskin fərqlənirlər.
 
Onların məqsədi hakimiyyətə qarşı güc toplamaqdır
 
- Sizcə, onların bu qədər radikal ruhda yetişdirilməsi gedib Suriyada və başqa ölkələrdə döyüşmək üçün deyilmi?
 
- Tam dəqiq... Onların arasında xüsusi bir qrup var ki, onları sırf döyüşçü kimi yetişdirmək üçün çalışır. Onların qarşısına şərtlər qoyur ki, bu məsələlərə baxışınız bu cür olmalıdır. Bu sözləri deməlisiniz. Məsələn, onlara öyrədirlər ki, mütləq deməlisən ki, namaz qılmayan kafirdir, ümumiyyətlə, müsəlman ölkəsi yoxdur, bura da kafir ölkəsidir. Mütləq, ancaq özləri kəsən ətləri yeməlisən, başqalarının kəsdiyi əti yesən kafirsən. Onların qabağına mütləq şərt qoyurlar ki, bu hakimiyyətin kafir olduğunu deməlisən. Həm də siyasi tələblər qoyurlar. Həmin insan özü də hiss etmədən radikallaşır. Biz özümüz də şahidi oluruq ki, o fikrə qulluq edən insan onlara qoşulandan sonra sərtləşir və olduqca radikal birisi olur. Evində sərtləşir, qohum əqrəba ilə sərtləşir, qonşularla sərtləşir. Hətta bizə qarşı sərtləşirlər. Onların məqsədi siyasi hakimiyyətə qarşı güc toplamaqdır.
 
- Onlar  əvvəldən sizdən ayrı idi, ya Əbu Bəkr məscidindəki partlayışdan sonra yollarınız ayrıldı?
 
- Ola bilər ki, onların arasından kimsə, məscid işləyən zamanlarda gəlib namazlarda otururdu. Ancaq kütləvi şəkildə gəlmirdilər. Ancaq onların keçmişdə həmişə bizim yanımızda olduqlarını demək olmaz.  Ümumiyyətlə, ora gedib döyüşənlərlə bizi bir saymaq, eyni tutmaq, bu məsələni sırf Əbu Bəkrlə bağlamaq olduqca səhvdir. Təbii ki, ölkədə müəyyən qüvvələr var ki, bunu bizimlə bağlamaq istəyirlər. Suriyaya döyüşməyə gedənlərin arasında şiə inancında olanlar da var. Ancaq bunu çox yerdə səsləndirmirlər. Bir daha deyirəm ki, hansı tərəfdə döyüşməyindən asılı olmayaraq, Azərbaycan vətəndaşlarının Suriyaya gedib döyüşməkləri məqbul deyil. Çox qəribədir ki, Əsəd tərəfində döyüşən azərbaycanlıların adını çəkən yoxdur. Onu da deyim ki, Əsəd tərəfində ermənilərdən də gedib döyüşənlər var. Çünki ermənilər suriyalılara borcludurlar. Çünki suriyalı ərəblər və ermənilər Qarabağ müharibəsi zamanı ermənilər tərəfində vuruşub. Bu, xoşagəlməz haldır. Hizbullahın liderinin Liviyadan etdiyi çağırışa görə, gedib orda döyüşən Azərbaycan şiələri az deyil. Mən o adamın çağırışına qulaq asdım. Loru dildə desək, deyirdi ki, həm sünni, həm də şiə olanlar gəlsin "razborkamızı” orda həll edək. Şiələrdən gedib döyüşənlərin əksəriyyəti elə o Nəsrullahın çıxışına görədir.

Əbu Bəkr bağlanmayıb
 
- Məscid fəaliyyətini dayandırıb. Bəs nə iş görürsünüz, nə edirsiniz?
 
- Yox, məscid fəaliyyətini tam olaraq dayandırmayıb. Sadəcə olaraq, ictimaiyyət üçün bağlıdır. Ancaq öz icmamız məscidə girib çıxırıq, namaz qılırıq. Bundan başqa internetdə çıxışlarım olur, onlarla məşğul oluram. Məhdud səviyyədə də olsa, fəaliyyətim var. Bəzən bir qardaşın məclisinə gedəndə, xeyir işində iştirak edəndə, görürsən ki, insanlar dinə acdır. O qədər suallar verirlər ki. Çoxunun məlumatsız olduğu ortaya çıxır. Çoxu istəyir ki, görüşsün. Elə hey bizə qulaq asmaq istəyirlər.
 
Heydər Əliyevə cənazə namazı qılmasaydım da...
 
- Xəvariclər sizin haqqınızda deyirlər ki, o Heydər Əliyevin cənazə namazını qılıb və ona görə lənətullahdır. Buna nə deyirsiniz?
 
- Bu bəhanədir təbii ki. Mən Heydər Əliyevə cənazə namazı qılmasaydım, guya onlar dönməyəcəkdilər? Bunların hamısı bəhanədir.  Onlar radikal ruhda yetişdirilir və siyasi məqsədlər üçün nəzərdə tutulublar. Bu fikir onlarda var idi. Sadəcə, bəhanə gətirirlər. Məsələn, onlar bəhanə gətirirlər ki, Qarabağda cəbhə yoxdur deyə, gedib Suriyada döyüşürlər. Bu da bəhanədir və yalandır. Onlar Qarabağda döyüşməyi cihad saymırlar. Onların çoxu bu fikri açıq-aydın deyir. Deyirlər ki, Qarabağda döyüş başlasa biz gedib döyüşməyəcəyik. Bu cür bəhanə gətirirlər.  
 
Ola da bilər ki, tamamilə başqa bir məscid bu işlə məşğuldur
 
- Sizin imam-camaatınızdan olan sələfilərin arasında elələri var ki, Suriyaya gedib döyüşənlərin Ləzgi Məscidi və onun axundu Ramin Həmzəyev tərəfindən döyüşməyə göndərildiyini iddia edir. Bu barədə siz özünüz nə deyə bilərsiniz?
 
- Bilirsiniz, bunu demək çətin məsələdir. Belə bir şeyi iddia etmək üçün əlimizdə ciddi və inkaredilməz faktlar olmalıdır. Əlimdə belə bir fakt yoxdur və ona görə konkret nəsə deyə bilmərəm. Ancaq ola bilər ki, azərbaycanlıları Suriyaya göndərənlərdən kimsə həmin məsciddə otursun. Ola da bilər ki, heç adı zikr edilməyən, tamamilə başqa bir məscid bu işlə məşğuldur. Bu işi konkret hansısa məscid və ya imamla əlaqələndirmək çətin məsələdir, bunun üçün sübut lazımdır.
 
- Nə təklif edirsiniz, məsələni necə həll etmək olar?

- Çox şey etmək olar. Maarifləndirici işlər görmək olar. Dini məsələlərdə insanların məlumatı aşağıdır. Onu həll etsək, çox şey düzələr. Əbu Bəkr məscidi açılsa, əhli-sünnədən olan insanlar ora namaza gələr və maariflənərlər. Məscidlər açılmalı və onun idarəçiliyi normal dini təhsili olanlara verilməlidir. Bu kimi işlər görülsə, insanları Suriyada döyüşmək fikrindən yayındırmaq olar. Gec olsa da, nəsə etmək mümkündür. Bir fikrə insanı salmaq asandır. Ancaq onu həmin fikirdən uzaqlaşdırmaq çətin məsələdir.
 
Sumqayıt olayları böyük səhv idi
 
- Necə olur ki, insanlar o cür radikal və ekstremist fikirlərə düşürlər?
 
- Böyük səhvlərdən biri Sumqayıt olayları idi. Onlarla o cür davrananda onlar da radikallaşır və o cür ekstremistlərin sayı çoxalır. Əbu Bəkr məscidinin, Gəncədə sünni məscidinin bağlanması və s. onları daha da radikallaşdırdı. Gəncədəki o məscid indi kitabxana kimi fəaliyyət göstərir. Bu da orda ibadət edən insanların radikallaşmasına səbəb olur. Yaddan çıxartmaq lazım deyil ki, məscidi bağlamaq, ibadətə mane olmaq dövlətə xidmət etmir. Tam tərsi, dövlətin işinə mane olur. Çünki o insanları radikallaşdırmaq üçün bəhanə axtarırlar. Onların əlinə səbəb  vermək olmaz. Bəzi məzhəblər bizi rəqib görürlər özlərinə. Ancaq söhbət dövlət maraqlarından gedirsə, Əbu Bəkr məscidi açılmalıdır. Binə və Sədərək ticarət mərkəzlərində işləyən qardaşlarımızı gəlib siyahıya alırlar. Bu kimi şeylər insanları radikallaşdırır. Dövlət gərək bunu nəzərə alsın. Belə şeylər etmək olmaz. Mən hələ başqa şeyləri demirəm.
 
Neynəyək, ticarətlə məşğul olmayaq?
 
- Məsələn başqa nə..?
 
- Əvvəl olanları deyirəm də. Qardaşların saqqalını qırxırdılar. Bu onlara çox pis təsir edirdi. Şükürlər olsun ki, indi belə şeylər yoxdur. Bu çox böyük səhv idi. Radikallar belə məsələlərdən çox böyük məharətlə istifadə edirdilər. İndi Binə ticarət mərkəzində işləyən qardaşları siyahıya alırlar. Neynəyək, ticarətlə məşğul olmayaq? Hər kəs orda öz ailəsinin ruzisini qazanır da. Radikalların artmasının əsas səbəbləri xaricdə olsa da, daxildə də yetərincə səbəb var. Dövlət addımlarına fikir verməlidir. Saqqallarını  qırxmaqla guya onlar fikirlərindən dönürlər? Tam tərsi, radikallaşmaqlarına təkan verirlər.
 
- Sizin əhli-sünnə camaatı arasında müəyyən nüfuzunuz var. Şiə inancında olan nüfuzlu axundlarımız da var. Həm sizin, həm onlar azərbaycanlıların Suriyada döyüşməyinə qarşı çıxırsınız. Bu ortaq cəhətdir. Bu cür məsələlərdə birgə hərəkət etmək olmaz?
 
- Bu mənim səlahiyyətimdə olan şey deyil. Belə işləri dövlət görməlidir. Kimlərisə bir araya gətirmək üçün dövlət özü hərəkət etməli, siz deyən müzakirələri təşkil etməlidir. Məni heç zaman heç bir müzakirəyə və konfransa çağırmırlar. Yəqin ki, hələ ehtiyac görmürlər...

2008 ci ildə içində bomba partladıldıqdan sonra fəaliyyətini dayandıran Əbu Bəkr məscidinin imam-camaatı Qamət Süleymanov "Axar.az” saytına müsahibə verib. Həmin müsahibəni olduğu kimi təqdim edirik.

Orda ölənləri də şəhid saymırıq

- Gündəmin əsas mövzularından biri də Suriyaya döyüşməyə gedən azərbaycanlılardır. Onlar haqda nə düşünürsünüz?

- Bismillahi-r-Rəhmani-r-Rəhim. Təbii ki, Suriya bu gün böyük bir problem olub. Bilirsiniz ki, Suriyanın əvvəli İraqdır. Böyük bir əməliyyatın tərkib hissəsidir. İraqda başladı və sonra gəldi Tunisə, Liviyaya, Yəmənə, hətta bir az da Misirə gəlib çıxdı. Ancaq Suriyada bir az vəziyyət fərqlidir.  Suriyaya qədərki ölkələr üçün yazdıqları ssenari Suriyada nəsə işləmədi. Həm yerinə görə, həm də ölkələrin maraqları toqquşurdu. Nəinki Azərbaycan, bütün dünya üçün Suriya problem olub. Elə Avropanın özü üçün də problem olub. Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyrin çıxışına qulaq asdım. O da bu mövzu ilə bağlı öz narahatçılığını ifadə etdi. Bildirdi ki, Avropada yaşayan insanlardan gedib orda döyüşənlər qayıdandan sonra problem olacaq. Öz mövqeyimizə gəldikdə isə, onu deyə bilərəm ki, bizim camaat orda döyüşməyi məqbul saymır və orda ölənləri də şəhid saymırıq. O məsələ oranın öz əhalisinin işidir. Burdan gedib orda döyüşənlərə qoşulmaq düzgün deyil. Təəssüf ki, biz ora gedənlərə kimin rəhbərlik etdiyini bilmirik.

İslam deyəndə ancaq terrorçuları düşünürlər

- Əksər əhali Suriyaya döyüşməyə gedənlərlə sizin camaatdan olanları eyni sayır. Əgər ayrı-ayrı düşüncədə və fəaliyyətdə olan adamlardısa, onlarla sizin hansı fərqləriniz var?

- Təbii ki, bizi onlarla eyni adam saymaq ən birinci məlumatsızlıqdır. Azərbaycanda dini maarifçilik baxımından boşluqlar var. Hətta olduqca bəsit şeyləri belə, bəzən səhv bilirlər. Məsələn, imam Əli ibn Əbu Talib barədə deyirlər ki, peyğəmbərdir. Belə deyənlər var. Görünür ki, camaatın arasında dini maarifçilik aşağıdır və onlar məlumatlardan bixəbərdirlər. Onu bilməyən insan təriqətlər arasındakı fərqləri necə bilsin? Bu, təbii haldır. Çünki məlumatsızlıq olan yerdə kimlərinsə bu cür səhv düşünməsi təbiidir və biz buna normal yanaşırıq. Bizlə onlar təbii ki, ayrı-ayrı adamlarıq. İslama aidiyyəti olmayan avropalı və qeyri-müsəlman insanlar islam deyəndə ancaq terrorçuları düşünürlər. Bu da onun kimi. Elə bilirlər ki, elə ora gedib döyüşənlər də bizdəndir. Əslində, biz sələfi camaatıyıq və radikal qruplarla fərqimiz çoxdur.

Biz ölkə başçısını ölkənin hakimi sayırıq, onlar yox...

- Konkret desək, nə kimi fərqləriniz var?

- Əqidə və dini etiqad baxımından olan fərqlərə toxunsam, oxuyanlara ağır olacaq. Ona görə istəyirəm ki, camaatın başa düşəcəyi formada ümumi danışım. Məsələn, biz siyasətə qarışmırıq. Ölkələrdə, yaşadığımız yerlərdə, heç bir dövlət idarəçiliyinə qarışmaq kimi bir fikrimiz yoxdur. Ora gedib döyüşənlərlə bizim əsas fərqimiz budur. Onların əsas ideyası dövlət və hakimiyyət məsələləridir. Məsələn, "cahil müsəlmanlara münasibət” məsələsində bizim fikirlərimiz fərqlidir. Biz onları müsəlman sayırıqsa, onları maarifləndirməyin tərəfindəyiksə, onlar tam tərsinə - elə insanları ümumiyyətlə, müsəlman saymır və kafir elan edirlər. Cahil müsəlman deyəndə dini qaydalara əməl etməkdə zəiflik göstərən insanlarımızı nəzərdə tuturam. Məsələn, namazdan uzaq  insanlara, gah qılıb, gah qılmayan insanlara onların münasibəti olduqca pisdir və radikal mövqedə dayanıblar. Onlar elə insanları qeyri-müsəlmanlar kimi kafir sayırlar. Düzdür, namaz qılmamaq böyük günahlardandır. Amma biz onları dindən çıxartmırıq. İttiham eləmirik, kafir demirik. Sonra hakimə münasibət məsələsində bizlə onların arasında çox böyük fərqlər var. Biz ölkə başçısını ölkənin hakimi sayırıq, ancaq onlar saymırlar. Bu kimi cəhətlərə görə onlar bizdən kəskin fərqlənirlər.

Onların məqsədi hakimiyyətə qarşı güc toplamaqdır

- Sizcə, onların bu qədər radikal ruhda yetişdirilməsi gedib Suriyada və başqa ölkələrdə döyüşmək üçün deyilmi?

- Tam dəqiq. Onların arasında xüsusi bir qrup var ki, onları sırf döyüşçü kimi yetişdirmək üçün çalışır. Onların qarşısına şərtlər qoyur ki, bu məsələlərə baxışınız bu cür olmalıdır. Bu sözləri deməlisiniz. Məsələn, onlara öyrədirlər ki, mütləq deməlisən ki, namaz qılmayan kafirdir, ümumiyyətlə, müsəlman ölkəsi yoxdur, bura da kafir ölkəsidir. Mütləq, ancaq özləri kəsən ətləri yeməlisən, başqalarının kəsdiyi əti yesən kafirsən. Onların qabağına mütləq şərt qoyurlar ki, bu hakimiyyətin kafir olduğunu deməlisən. Həm də siyasi tələblər qoyurlar. Həmin insan özü də hiss etmədən radikallaşır. Biz özümüz də şahidi oluruq ki, o  fikrə qulluq edən insan onlara qoşulandan sonra sərtləşir və olduqca radikal birisi olur. Evində sərtləşir, qohum əqrəba ilə sərtləşir, qonşularla sərtləşir. Hətta bizə qarşı sərtləşirlər. Onların məqsədi siyasi hakimiyyətə qarşı güc toplamaqdır.

- Məsələn başqa nə?

- See more at: http://axar.az/news/8433#sthash.AR1nQkSb.dpuf

Bölmə: Maraqlı məqalələr | Baxılıb: 1212 | Yüklədi: selefimedia