Baş səhifə » 2013 » Sentyabr » 30
Bu elmi münaqişə, Riyad şəhərində, İmam Məhəmməd ibn Səud Universitetinin, Sünnə və Üsuluddin fakultəsinin müəllim və mühazirəçi heyəti və digər qonaqlarla görüş zamanı baş vermişdir. Məclisdə - Şeyx Fovzan, Şeyx İbn Cibrin, Salman əl-Ovdə, Səfər Havali, Eyd əl-Qarni digərləri iştirak edirdi. Onlar Allahın hökmü məsələsi haqqında şeyx İbn Bazla münaqişə edir və sonda şeyxin qarşısında susurlar.

Mühazirəsinin əvvəlində Şeyx İbn Baz özünün sevimli müəllimi olan Şeyx Muhəmməd ibn İbrahim Ali Şeyxi xatırlayıb, onun tələbələrinə göstərdiyi qayğıdan söhbət açdı və bu an şeyxi ilə olan xatirələri onu göz yaşı axıtmağa məcbur etdi. Şeyx İbn Baz mühazirəsini davam etmək istədikdə, şeyxlə olan xatirələr buna imkan vermədi və şeyx çıxışını saxlayıb, hönkürtü ilə ağladı. Elə bu göz yaşlarına görə bu kasetə "Əd-Dəmətul Bəziyyə" yəni, "İbn Bazın göz yaşları" adı verilmişdir.

İndi isə, Kasetin "B" üzündən köçürülmüş,  "Şəriət hökmlərini dəyişdirən rəhbərlərin hökmü" haqda olan mövzu ətrafındakı münaqişəni dinləyək....
Bölmə: Şübhələrə Rədiyyə | Baxılıb: 1777 | Yüklədi: selefimedia | Tarix: 30.09.2013