Baş səhifə » 2013 » Sentyabr » 30 » Şeyx İbn Bazın- Şeyx Fovzan, Şeyx İbn Cibrin, Salman Ovdə, Səfər Havali, Ayd əl-Qarni və digərləri ilə münaqişəsi
10:49
Şeyx İbn Bazın- Şeyx Fovzan, Şeyx İbn Cibrin, Salman Ovdə, Səfər Havali, Ayd əl-Qarni və digərləri ilə münaqişəsi
Şeyx İbn Bazın- Şeyx Fovzan, Şeyx İbn Cibrin, Salman Ovdə, Səfər Havali, Ayd əl-Qarni və digərləri ilə münaqişəsi.

( Fayllar: 
DOC , PDF )



Bu elmi münaqişə, Riyad şəhərində, İmam Məhəmməd ibn Səud Universitetinin, Sünnə və Üsuluddin fakultəsinin müəllim və mühazirəçi heyəti və digər qonaqlarla görüş zamanı baş vermişdir. Məclisdə - Şeyx Fovzan, Şeyx İbn Cibrin, Salman əl-Ovdə, Səfər Havali, Eyd əl-Qarni digərləri iştirak edirdi. Onlar Allahın hökmü məsələsi haqqında şeyx İbn Bazla münaqişə edir və sonda şeyxin qarşısında susurlar.

Mühazirəsinin əvvəlində Şeyx İbn Baz özünün sevimli müəllimi olan Şeyx Muhəmməd ibn İbrahim Ali Şeyxi xatırlayıb, onun tələbələrinə göstərdiyi qayğıdan söhbət açdı və bu an şeyxi ilə olan xatirələri onu göz yaşı axıtmağa məcbur etdi. Şeyx İbn Baz mühazirəsini davam etmək istədikdə, şeyxlə olan xatirələr buna imkan vermədi və şeyx çıxışını saxlayıb, hönkürtü ilə ağladı. Elə bu göz yaşlarına görə bu kasetə "Əd-Dəmətul Bəziyyə" yəni, "İbn Bazın göz yaşları" adı verilmişdir.

İndi isə, Kasetin "B" üzündən köçürülmüş,  "Şəriət hökmlərini dəyişdirən rəhbərlərin hökmü" haqda olan mövzu ətrafındakı münaqişəni dinləyək:

Abdullah İbn Cibrin:


Sual: İbn Abbasın "... Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!" ayəsinin təfsiri haqqındadır. Ayədəki küfr kəlməsi kiçik küfrdürmü?

Şeyx İbn Baz:

Allahın buyurduğu ilə hökm etməməyi halal görmədən rüşvətə görə, düşmən və ya dost xətrinə edərsə, bu kiçik küfrdür. Əgər o Allahın buyurduğu ilə hökm etməməyi, şəriəti tərk etməyi halal görərsə, o zaman kafir olar. Yəni, əməlini halal gördüyü təqdirdə küfr edir. Yox, əgər rüşvət üçün hökm edərsə, bununla kafir olmur, bu kiçik küfr sayılır. Bu təfsir Mücahid və digər alimlərdən nəql edilmişdir.

Məclisdə olanlardan biri:

Bu məqamda ən böyük anlaşılmamazlıq, şəriət hökmlərini dünyavi qanunlarla əvəz etmək məsələsindədir...?!

Şeyx İbn Baz onun sözünü kəsərək dedi:

Bunu araşdırmaq lazımdır. Əgər həmin rəhbər [Bu əsnada həmin sual verən "O iddia edir ki,"- deyərək müdaxilə etmək istəyir, lakin şeyx ona imkan vermir və sözünə davam edir] bu əməlini halal sayaraq edərsə, o zaman kafir olar. [Sual verən yenidən müdaxilə etmək istəyir, lakin şeyx ona yenə də imkan vermir və  sözünə davam edir]. Yox əgər bu əməlini öz xalqını razı salmaq və sair bu kimi düşüncə ilə edərsə, bu zaman kiçik küfr etmiş olar. Əgər müsəlmanların gücü çatırsa, bu işə riayət edənə qədər ona qarşı mübarizə aparmaları vacibdir. Kim zəkat və sair işlərdə Allahın dinini dəyişərsə, bu işə riayət edənə qədər ona qarşı mübarizə aparılır".

Həmin sual verən:

Cəzaları, zinanın cəzasını və sair bu kimi əməllərin cəza formasını dəyişən hakim necə?

Şeyx İbn Baz:

"Cəzaları tətbiq etmir, yəni qətl hökmünün əvəzinə sürgün edir?!”

Şeyx İbn Cibrin:


yaxud həbs edir,

Şeyx İbn Baz:

və ya həbs edir.

Orada olanlardan biri:


Allah sizi bağışlasın, axı (bu rəhbər hökm etmək üçün özündən cürbəcür) maddələr qoyub?

Şeyx İbn Baz:


Şəriət qaydasına əsasən, halal görmədikcə kafir olmaz! Asi olar, böyük günah sahibidir, cəzalandırılmağa layiqdir. Lakin bu əməli halal görənə qədər kafir olmaz!

Orada olanlardan biri:

Halal görənə qədər? Halal görüb-görməməsi onun qəlbindədir, biz bunu bilə bilmərik!

Şeyx İbn Baz:

Bəli elədir ki, var. Əgər bunu iddia edərsə, halal gördüyünü söyləyərsə!

Şeyx İbn Cibrin:


İki tərəfin qarşılıqlı razılığı olan zinaya icazə verərsə?!

Şeyx İbn Baz
(onun sözünü kəsərək):

"Həmçinin, bu küfrdür, küfr!"

Şeyx ibn Cibrin:

(Onun qoyduğu qanuna görə) Qadın azaddır, özü-özünün ağasıdır. O özünü istədiyi davranışa apara bilər.

Şeyx İbn Baz:


Əgər onlar bunu (zinanı) razılıq olduğu halda halal görsələr küfrdür.

Salman Ovdə:


Əgər o hökmü ləğv edilmiş şəriətlə, məsələn yəhudiliklə hökm etsə, qoyduğu qanunları insanlar üçün məcburi edib bunu ümumi qanun edərsə, qanundan imtina edənləri həbs,ölüm, sürgün və sair cəzalara məhkum edərsə?!

Şeyx İbn Baz:


"O bunları şəriətə aid edir, yoxsa etmir?!"

Salman Ovdə:

"O heç bir söz demədən bu qanunlarla hökm etmiş, əvəzedici qanun etmişdir."

Şeyx İbn Baz:


Əgər o bunu şəriətə nisbət edərsə, küfr etmiş olar.

Salman Ovdə:


Kiçik, yoxsa böyük küfr?!

Şeyx İbn Baz:

Böyük küfr. Əgər etdiyini şəriətə nisbət edərsə, bu böyük küfr olar, amma əgər onu şəriətə nisbət etməzsə və sadəcə olaraq bir qanun kimi tətbiq edirsə, bu zaman böyük küfr olmaz." Məsələn, kimsə barəsində şəriət hökmü olmadığı halda öz istəyinə uyaraq kimisə şallaq və ya ölüm cəzası ilə cəzalandırır.

Salman Ovdə:

Allah sizi qorusun, məgər insanlar üçün ümumi qanun ixtira edənlə, bir məsələdə şəriətlə hökm etməyən arasında fərq qoyulmur?!

Şeyx İbn Baz:

Əgər şəriətə nisbət edərsə küfr edər.
Yox əgər şəriətə nisbət etməzsə, dindən deyil sadəcə insanları idarə etmək üçün yararlı bir qanun olduğunu görərsə, Allah və rəsuluna nisbət etməzsə bu günah sayılar.  Amma böyük küfr olmaz. Mən belə etiqad edirəm.

Salman Ovdə:

İbn Kəsir özünün "əl-Bidayə vən Nihayə" əsərində belə insanın böyük küfr etdiyi haqda alimlərin yekdil rəyi (icması) olduğunu qeyd etmişdir!

Şeyx İbn Baz:

Hər halda bu öz əməlini şəriətə nisbət edənə aiddir.

Salman Ovdə:


Xeyr! Allahın şəriətindən başqa, hökmü ləğv edilmiş səmavi şəriətlə hökm edən kafirdirsə, onda bəşəri düşüncələrlə hökm edən necə?!  Heç şübhə yoxdur ki, o mürtəddir...

Şeyx İbn Baz onun sözünü kəsərək:

Hətta belə deyibsə, İbn Kəsir məsum deyil. Bunu nəzərə almaq lazımdır. O da başqaları kimi səhv edə bilər. İcma nəql edənlər nə çoxdur!!

Şeyx İbn Cibrin:

Onlar bu qanunları şəriət qanunlarının əvəzinə təyin edib deyirlər: "Bu qanunlar insanlar üçün şəriət qanunlarından daha yaxşı, daha münasibdir.”

Şeyx İbn Baz:

"Bu, özü-özlüyündə ayrı növ küfrdür. Əgər onlar "bu qanun şəriətdən yaxşıdır, yaxud şəriət kimidir və ya Allahın nazil etmədiyi ilə hökm etmək icazəlidir" desələr, o zaman bu, böyük küfr olar".

Orada olanlardan biri:

Bəs insanları deyil, bu quruluşu təkfir edənlər necə? Yəni, onlar deyirlər ki, bu quruluş kafirdir, (bu quruluşla hökm edən) şəxslərə isə kafir demirik.

Şeyx İbn Baz:


Əgər Allahın buyurduğundan başqası ilə hökm etməyi halal görərsə, o zaman kafir olar. Bu müəyyən bir insana da aid ola bilər. Əgər halal görməklə hökm edərsə, şübhəsiz ki, kafir olar.  Əgər Allahın buyurduğu ilə hökm etməməyi, yaxud zina etməyi halal görərsə "Filankəs kafirdir" – kimi deməklə ona kafir hökmü vermək olar. Necə ki, səhabələr mürtəd olmuş müəyyən insanları təkfir edirdilər. Yalançı Museyləmə şəxsən kafirdir. Tuleyhə əl-Əsədi tövbə etmədən şəxsən kafir idi. Eləcə də dinlə istehza edən şəxsən kafirdir. Dindən çıxaran əməli edən şəxsən kafir olur.


Zəruri Qeyd:

Şeyxul İslam İbn Teymiyyə "Məcmu əl-Fətava”da (12/498) deyir: "Ümumi təkfir, ümumi əzab kimidir. Bunu ümumi mənada demək vacibdir. Müəyyən bir şəxsin kafir olmasına, yaxud cəhənnəm əhlindən olmasına dair hökm vermək sübutlarla əsaslandırılmalıdır. Çünki hökm şərtlərin isbatı, maneələrin olmaması halında keçərli olur.” Eyni kitabda (23/345) küfr söz deyən haqqında deyir: "Lakin bunu söyləyən müəyyən şəxsə gəldikdə ona "tərki küfr olan hüccət” çatana qədər kafir hökmü verilmir.”

Ölüm hökmü isə fərqlidir. Ölüm hökmündən öncə tövbə etməsi tələb olunur.(etsə bağışlanır, etməsə ölümə məhkum edilir.)


Orada olanlardan biri:

Əgər şəriətə nisbət etməzsə, onun yalançılardan olduğuna qərar verilməzmi?!

Şeyx İbn Baz:

Yalançılardan sayılar.

Orada oturanlardan biri:

Lakin kiçik küfr olar?!

Şeyx İbn Baz:

Bəli.Əgər desə ki, "Xeyr, bu elə şəriət kimidir, yaxud şəriətdən də yaxşıdır” bu küfrdür. Yox əgər bunu yenilik (bidət) kimi hesab edərsə, bidət əhlinin hökmü də məlumdur.

Ayid əl-Qarni dedi:

Yaxşı şeyx, bəziləri deyirlər ki, Ömər aclıq illərində oğurluq cəzasının tətbiqini tərk etmişdi.

Şeyx İbn Baz:

Bu onun ictihadıdır və bunun da öz yozumu vardır. Çünki insan məcburiyyətdən nəyisə oğurlamaq zərurətində ola bilər.

Salman Ovdə:

"... Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!" ayəsində kiçik küfrün nəzərdə tutulmasına dəlil nədir? Ayədəki ifadə xüsusi mənada gəlibsə, onu hansı dəlilə əsasən bu mənaya salmaq olar?!

Şeyx İbn Baz:


"Daha doğru rəyə əsasən ayədə deyilənlər halal görmək şərtinə bağlanır. Əgər bu halal görməyə deyil, başqa hallara aiddirsə, o zaman biz İbn Abbasın dediyi kimi kiçik küfr olduğunu deyirik. Əslinə baxdıqda, onlar kafirdirlər [yəni, şeyx demək istəyir ki, ayə əslində kafirlər haqda nazil olmuşdur]".

Orada olanlardan biri:

İbn Abbasın rəvayətində halal görmək şərti yoxdur!

Salman Ovdə (suala aydınlıq gətirərək):

Yəni, şeyx, bu ayənin zahiri mənasından başqa mənaya keçirilməsinə əsas verən nədir?!

Şeyx İbn Baz:

Çünki o bunu halal görür. Ayə Allahın nazil etdiyindən başqası ilə hökm edən kafirlər haqqında nazil olub. Onlar murdar olmuş heyvanların ətini halal görür və oxşar hökmlər verirdilər. Amma hansısa Zeyd (şərti addır), yaxud Amr rüşvətə görə başqa qanunla hökm edərsə, onun küfr etdiyini deyək!!? Bununla o kafir olmur. Yaxud kimsə öz nəfsinə uyub haqsızcasına Zeydin qətlinə hökm verərsə bununla kafir olmur.

Az müddət sükutdan sonra Şeyx İbn Baz sözünə davam edir:

Qaydaya görə halal və ya haram etməyin öz dəyərləndirməsi vardır. "Məgər zinakar küfr edir?!"

Salman Ovdə:

 "Kafir olmur".

Şeyx İbn Baz:

"Əgər (zinanın) halal olduğunu desə, kafir olur?

Salman Ovdə oturanlardan biri:

Bəli, zina etməsə də kafir olur.

Şeyx İbn Baz:


" Məsələ də budur. Zina etməsə də kafir olur, vəssalam".

Salman Ovdə:


Allah səni əfv etsin! Möhtərəm şeyx, qayıdaq "... Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!" ayəsinə! Ayədə deyilən hökm, hökmün tərkinə bağlanmışdır!

Şeyx İbn Baz:

"Allahın nazil etmədiyi qanunlarla hökm etməyi halal görərsə, ayənin hökmü ona aid edilər".

Salman Ovdə:

Bu məna haradan götürülmüşdür?!

Şeyx İbn Baz:

Buna dəlalət edən başqa dəlillərdən götürülür. O dəlillər ki, sübut edir ki, öz əməlini halal görməyən günah sahibləri kafir olmurlar.

 [Bu əsnada şeyx bir an susur və məclisdəkilərdən bir söz və ya sual gözləyir, lakin heç kəsdən səs çıxmadığını görən şeyx sözünə davam edir]

Əgər halal görərsə, yaxud deyərsə ki, "bu münasib deyil”, yaxud "başqası ilə hökm etmək daha üstündür” deyərsə, o, fasiq, zalım və kafirdir. Məqsəd budur ki, bu halal görənə, yaxud halal görməkdən daha çox onu Allahın hökmündən üstün sayana aiddir. Əgər nəfsinə uyaraq Allahın nazil etdiyindən başqası ilə hökm edərsə, asi olar. Halal gördüyü üçün deyil, sadəcə nəfsinə uyub zina edən şəxs kimi. Nəfsinə uyub valideynlərinə asi olan, yaxud nəfsinə uyub qətl edən asidir.  Əgər halal görüb qətl edərsə, yaxud valideynlərinin üzünə ağ olmağı halal görərsə, yaxud halal görüb zina edərsə kafir olar. Bununla da biz özümüzü xəvariclərdən fərqləndirmiş oluruq. Belə olanda bizimlə xəvariclər arasında böyük fərq yaranır. Əks halda biz xəvariclərin düşdüklərinə düşəcəyik. Xəvaricləri də çaşdıran amillər bunun kimi ümumi ifadələr olmuşdur.

Salman Ovdə:


Allah sizi qorusun! Bu məsələ bir çox qardaşlar üçün qaranlıq olaraq qalır, olarmı müzakirəni biraz uzadaq?

Şeyx İbn Baz:


 "Bu çox böyük və əhəmiyyətli məsələdir".

Salman Ovdə:

Siz böyük günah edən günahkarların təkfir edilməsini qeyd etdiniz, amma bu ixtilaf mövzusu deyil!

Şeyx İbn Baz:

"Xeyr, məsələ xəvariclərin məsələsi deyil!"
[Salman Ovda "xeyr" deməklə müdaxilə etmək istədi, şeyx ona imkan verməyərək davam edir:]  "Xəvariclərin (azmaq) səbəbi bu kimi ümumi sözlər idi!  Onlar məsələnin təfsilatını tərk edib, ümumi ifadələri götürüb insanlara kafir demişlər!!..." Peyğəmbər (sallAllahu aleyhi və səlləm) onlar haqqında demişdir: "... onlar islamdan çıxacaq və bir daha ona qayıtmayacaqlar.” (əl-Buxari: 3611); Muslim (1066).

Salman Ovdə:


 Bəs zinakar və oğru?

Şeyx İbn Baz:


"Xəvariclərə görə kafirdir!"

Salman Ovdə:

Xəvariclərə görə kafirdir, Əhli Sünnə isə deyir ki, belə insanlar günahkarlardır.

Şeyx İbn Baz:

"Bəli. Halal görmədikləri təqdirdə, onlar günahkarlardır".

Salman Ovdə sözünü tamamlayır:

İslamdan çıxmırlar...

Şeyx İbn Baz:

Bəli. Halal görmədikləri təqdirdə.

Salman Ovdə:

Bəli, halal görmədikləri təqdirdə. Lakin onlara görə sadəcə olaraq günahı edənlə günahı insanlar üçün qanun edən arasında fərq vardır. Sadəcə olaraq günahı edən fasiq müsəlman, yaxud imanı naqis olandır. Günahı insanlar üçün qanun edənin halı isə fərqlidir. Çünki ola bilməz ki, halal görmədiyini iddia etdiyi halda, şəriəti kənara qoyub əvəzində insanlara yeni məcburi qanun gətirən insan, bunu halal gördüyü, insanlara daha əlverişli olduğunu üçün və sair bu kimi düşüncələrlə etməsin!! Həmçinin, qohumluq və ya rüşvət səbəbi ilə müəyyən məsələdə şəriətlə hökm etməyənin hökmünü də fərqləndirirlər.

Şeyx İbn Baz:

Qayda belədir ki, "hökmdən çıxarılan nəticə hökm sayılmır”. Kimsə deyə bilər ki, "nəfsinə uyaraq, yaxud qohumluq xətrinə şəriətdən qeyrisi ilə hökm edən bu əməlini halal görür. Çünki etdiyi buna dəlalət edir.” Əgər belədirsə onda nə üçün soruşulur?! (əgər mücərrəd əməl halal görməyə dəlildirsə) onda bu nəyə lazımdır? Hökm hökmdür, fərqi yoxdur. Bu onunla Allah arasındadır. Lakin insanlarla özü arasında isə hökm belədir: Əgər bu rəhbərə qarşı "Nə üçün Allahın şəriəti ilə hökm etmirsən?" deməklə mübarizə apara bilən başqa müsəlman dövləti varsa, ona qarşı mübarizə aparar. Əgər o öz mövqeyini müdafiə edərsə, zəkatdan imtina edib döyüşənlərə qarşı döyüşüldüyü kimi onunla döyüşülər. Əgər o mövqeyini müdafiə edib döyüşərsə, ona qarşı mürtədlərə qarşı aparılan savaş aparılır. Çünki onun şəriətlə hökm etməkdən imtina etməsi və buna görə döyüşməsi, zəkatdan imtina edib buna görə döyüşən kimsələrin əməli ilə eynidir və hətta ondan da qat-qat qəbahətlidir. Bu halda o, kafir olar. Şeyx Təqiyyuddin İbn Teymiyyə bu haqda açıq fikir bildirib demişdir: "onunla mürtədlərlə döyüşülən kimi döyüşülür. Asilik edənlər öz batillərini müdafiə etdikdə onlara qarşı döyüşülür.” Bu sözləri o "əs-Siyasət” kitabında, yox, yox, "əs-siyasət” kitabında deyil, "Fəthul Məcid”də onun bu sözləri dediyi nəql olunub.

Salman Ovdə müdaxilə edərək:

"əl-Fətava” kitabında (28/531) "Qitəlut Tatar" fəslində nəql edilmişdir.

Şeyx İbn Baz:


Ola bilər "Tatarlarla” bağlı bölümdə deyib. Tatarlara qarşı aparılan döyüş asilərə qarşı aparılan döyüşlərlə eyni deyil, mürtədlərə qarşı aparılan döyüşlər kimidir. Çünki onların asiliyi müdafiə etməsi, Əbu Bəkr əs-Siddiqin xilafəti zamanı zəkat verməkdən imtina edib müdafiə olunanların hökmü ilə eynidir".

Salman Ovda:

Allah sizi qorusun, zəkatdan imtina edən buna görə döyüşsə, dedik ki, ona qarşı kafir döyüşü aparılır. Çünki onun imtina etməsi və bunun üçün döyüşməsi artıq zəkatın vacibliyini inkar etməsi deməkdir?

Şeyx onun sözünü kəsib dedi:

"Bəli, şəkk yoxdur ki, Allahın hökmü ilə hökm etməmək fikrini müdafiə etsə və desə ki, mən bu fikrimdən dönən deyiləm, o zaman öz əməlini halal görən hükmü ona aid edilir və həmin şəxs kafirdir".

Məclisdəkilərdən biri:

Bunların döyüşəcəkləri indidən dəqiq bilinir.

Şeyx İbn Baz:

 "Əgər həqiqətən də belə olsa o zaman kafir olarlar. Onlara deyilsə ki, Allahın hökmü ilə hökm et! Əks halda sənə qarşı döyüşəcəyik! Əgər imtina etsələr, o zaman kafir olarlar. Mənim onlar haqda zənnim budur".

Orada olanlardan biri:

 [təəccüblə] soruşdu: Bu zəndir?!

Şeyx İbn Baz
(gülərək):

"Şübhəsi olmayan zəndir. Bu qocalıq zənnidir. Lakin hökm zənnsiz verilir. Bəzi ölkə rəhbərləri haqqında zənn onların şərr və küfr etməsidir. Lakin insan "bu insan kafirdir" deməkdə ehtiyat etməlidir. Yalnız etdiyi əməli halal saydığını əminliklə bildiyi adama kafir deyə bilər".

Orada olanlardan biri:

Lə İləhə İlləllah!

Şeyx İbn Baz [tam arxayınlıqla] aparıcıya müraciət edir:

"Başqa sualınız varmı? Kifayətdirmi?!"

Abdulvahhab ət-Tariri:

Biz sizin icazənizi gözləyirik!

Orada olanlardan biri:

Bu mövzu barədə kifayətdir [demək istəyir ki, bu mövzuda artıq münaqişə etməyə ehtiyac yoxdur]?!

Şeyx İbn Baz:

"Bu müzakirə digər məsələlərin müzakirə edilməməsi demək deyildir!  Hər kəs qəlbi rahatlıq tapana qədər çalışmalıdır. Bu məsələlər çox təhlükəli, çətin, ancaq əhəmiyyətli məsələlərdir!!!"

Salman Ovdə:


Siz bu məsələnin ictihadi məsələ olduğunu düşünürsünüz?

Şeyx İbn Baz:

"Vallahi, mən şəriət dəlillərindən belə qənaətə gəlmişəm. Elm adamları bu məsələni Əhli Sünnəni xəvaric və mötəzilələrdən fərqləndirmək üçün qeyd edirlər. Ələlxüsus, xəvariclər mövzusunda buna daha çox yer verilmişdir. Günah işlətmək küfr deyil. Yalnız günahı halal görərsə və ondan əl çəkməmək üçün döyüşərsə, o zaman kafir olar!!!"

Orada olanlardan biri:


Allah sizi qorusun! Əgər rəhbərlərə yazılı şəkildə müraciət olunub ondan şəriətlə hökm etməsi tələb olunsa, amma onlar yenə də şəriətlə hökm etməsələr, o zaman onların hökmü kafirdir?!

Şeyx İbn Baz onun sözünü kəsərək:

"Yalnız bir halda ki, öz fikirlərini müdafiə etmək üçün döyüşsələr. Yox əgər döyüşməsələr, o zaman kafir olmurlar".

Orada olanlardan başqa birisi:

Əgər onlardan şəriətlə hökm etmək tələb edilsə?!

Şeyx onların sözlərini kəsərək:

 "Əgər sən Zeyddən (şərti addır) tələb edib desən ki, "Zəkat” ver. O isə zəkat verməkdən imtina etsə, zəkat verməyə məcbur edilir, hətta zorla olsa da.Əgər öz fikrinin müdafiəsi üçün döyüşərsə, o zaman kafir olar".

Sual verən:


Əgər rəhbərdən bunu tələb edən zəifdirsə o zaman ola bilər ki, [rəhbər onun zəifliyindən istifadə edib ona qarşı] döyüşsün?

Şeyx İbn Baz:

Hətta belə olsa da, yalnız bu halda kafir olur. Əgər sadəcə olaraq imtina edirsə, cəzalandırılır, gücü çatırsa (zəkatı) götürür. Gücü çatmırsa döyüşmür, əgər dövlətin döyüşmək üçün yetərli gücü varsa onunla döyüşür.

Orada olanlardan biri:

Xeyr, Allahın şəriəti ilə hökm etmək tələb olunduğu zaman bundan imtina edərsə necə?!

Şeyx İbn Baz:

"Bəli, ona qarşı döyüşülür. Əgər o döyüşərsə, kafir olar. Əgər döyüşməzsə, kafir olmaz. Onun hökmü günahkarların hökmü kimidir!"

Şeyx İbn Cibrin:


Bəs ona qarşı kim döyüşməlidir?!

Şeyx İbn Baz:


"Müsəlman dövlət!"

Orada olanlardan biri:

Əgər müsəlman dövlət yoxdursa?!

Şeyx İbn Baz:

"Olduğu kimi qalır!" – özü ilə Allah arasında.

Şeyx İbn Cibrin:

Bəzi dövlətlər səhlənkardırlar.

Şeyx İbn Baz (təəssüflənərək):

Allahul Mustəan! (Allah bizim sığınacaqımızdır!)

Orada olanlardan biri:

Laqeydsiniz [açıq-aydın bir gülüşlə!].

Şeyx İbn Baz (təəssüflənərək):

Allahul Mustəan! (Allah bizim sığınacağımızdır!)

Salman Ovdə:


Möhtərəm şeyx! Şeyx Məhəmməd ibn İbrahim (Allah ona rəhmət etsin) öz kitabında qeyd edir ki, dünyəvi qanunlarla hökm edən dövlətlər küfr dövlətləridir və bu dövlətlərdən hicrət etmək vacibdir!

Şeyx İbn Baz:

Şərr, küfr və asiliklər aşkarda edildiyi üçün (belə demişdir).

Salman Ovdə:

Onlar dünyəvi qanunlarla hökm edirlər.

Şeyx İbn Baz:

"Şeyx İbrahimin (Allah ona rəhmət etsin) kitabını oxumuşam, o onların zahirinin küfr olduğunu deyir. Çünki onların qanun qoymaları razılıq və halal görməklərinə dəlalət edir. Onun kitabından anlaşılan budur. Lakin mən deyirəm ki, bu kifayət deyil və mən məsələyə bu hökmü vermirəm. Öz əməlini halal görməsini bilmədikcə, ona hökm kəsilməz. Sadəcə olaraq Allahın nazil etmədiyi bir qanunla hökm və ya əmr etməklə insan kafir olmur. Məsələn, kiminsə əleyhinə hökmü etməyi, yaxud kimisə öldürməyi göstəriş verən bu əməlini halal görmədikcə kafir olmur. Həccac ibn Yusuf buna görə kafir olmur. Öldürdüklərinin sayına görə deyil, halal gördüyünə görə kafir ola bilər. Çünki onların bu işdə şübhələri (yozumları) vardır. Bundan əvvəl Əbdülməlik ibn Mərvan, Müaviyə və digərləri bunu halal görmədikləri üçün kafir olmamışlar. İnsanları qətlə yetirmək zinadan və rüşvətə görə Allahın hökmü ilə hökm etməməkdən daha qəbahətlidir".

Orada olanladan biri:

İnsanın kafir ölkəsində olması, mütləq oradan hicrət etmək mənasına gəlmirmi?!

Şeyx İbn Baz onun sözünü kəsərək:

Hicrət məsələsinin öz təfsilatı vardır.
Dinini yaşa bilənin, yaxud hicrət etmək imkanı olmayanın hicrət etməsi vacib deyil.

Şeyx İbn Cibrin:

İmam Əhməddən rəvayətlər var ki, o, Quranın məxluq olduğunu deyənləri kafir hesab edir?!

Şeyx İbn Baz:

Bu məşhurdur. Əhli Sünnə Quranın məxluq olduğunu deyənləri təkfir edirlər. Çünki bunun mənası o deməkdir ki, Allah danışmır. Bu isə o deməkdir ki, Quran Allahın kəlamı deyildir. Bu isə Allahı danışmamaqda vəsf etməkdir.

Məclisdəkilərdən biri:

Şeyx, məgər onların şübhəsi yoxdur?!

Şeyx İbn Bəz:


Küfrdür, amma dindən çıxartmırıq.
İzzət və Cəlal sahibi Allahın kəlamıdır, amma onlar onu danışmamaqla, lallıqla vəsf edirlər.
Uca Allah buyurur: "Onlar Allahın kəlamını dəyişmək istəyirlər”. "Müşriklərdən kimsə səndən aman istəsə ona aman ver ki, Allahın kəlamını eşitsin”. Peyğəmbər (sallAllahu aleyhi və səlləm) deyir: "Qureyş mənim Allahın kəlamını təbliğ etməyimə mane olur.”

Məclisdəkilərdən biri:

Mötəzilə kafirdirmi?!

Şeyx İbn Baz:

Şübhəsiz. Kim Quranın məxluq olduğunu deyərsə, o kafirdir.

Məclisdəkilərdən biri:

Əhməd ibn Əbu Duad kafirdirmi?!

Şeyx İbn Baz:

Quranın məxluq olduğunu deyən hər kəs kafirdir.

Məclisdəkilərdən biri:

Şeyx bu müəyyən şəxsə də aiddirmi?!

Şeyx İbn Baz:


Əgər belə dediyi isbat edilərsə, bəli, şəxsən aiddir.

Aid əl-Qarni dedi:

Zəhəbi "əs-Siyər”də Əhməd ibn Əbu Duadın tərcümeyi halında deyir: "Bu insan kafir deyil. O Lə İləhə illəllah kəlməsinə şəhadət verir, Allaha iman edir.”

Şeyx İbn Baz:

Zəhəbi (təriqətlər haqqında dərin) fiqh və bəsirət alimlərindən deyildir. Zəhəbi orta alimlərdəndir, yalnız hədislər və hədis elmi ilə məşğul olmuşdur.

Məclisdəkilərdən biri:


Məmunun insanları Quranın məxluq olması fikrinə məcbur etməsi küfr deyilmi?!

Şeyx İbn Baz:

Küfrdür. İstər Məmun, istərsə başqası olsun fərq etmir.


Qeyd!
Bu material Əbdülhəmid əl-Osmaninin (Allah ona mükafat olaraq xeyir nəsib etsin!) köməkliyi və şeyx Məhəmməd Mahmudun (Allah onun elmini artırsın!) göstərişi ilə "Əd-Dəmətul Baziyyə" "İbn Bəzin göz yaşları" adlı kasetin ikinci "B" üzündən köçürülmüşdür.










Bölmə: Şübhələrə Rədiyyə | Baxılıb: 1781 | Yüklədi: selefimedia