Allahın yer üzərindəki son elçisi Məhəmməd (sallallahu aleyhi və səlləm) vəhy olunmuş Tövhid
dininin gətirdiyi yeni sistem və nizam, ərəb millətinin həyatını hər
cəhətdən dəyişdirdiyi kimi hərbi və siyasi həyatına da geniş surətdə
nüfuz etmiş, mükəmməl şəkildə təşkilatlandırmışdı. Cahiliyyə dövrü adı
ilə tanınan İslamdan əvvəlki dövrdə ərəb qəbilələri arasında illər boyu
sürən müharibələr, hər bir ərəbi özünü bir əsgər, savaşçı kimi
yetişdirməyə məcbur edirdi.