Təravih namazının qılınma qaydası Rəhmli və Mərhəmətli Allahin adi ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı
olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə. Bundan sonra:
Əziz müsəlmanlar, bildiyimiz kimi Ramazan ayında təravih namazı
qılınır. Bu namazın qılınma qaydasını nəzərinizə çatdırmaq istərdik.
Təravih namazı qılarkən niyyəti ucadan söyləmək (tələffüz etmək), digər
namazlarda olduğu kimi bidətdir. İbn əl-Qayyim buyurur: «Peyğəmbər
(Allahın ona salavat və salamı olsun) namaza başlayarkən belə deyərdi:
"Allahu Əkbar” və bundan öncə heç bir şey söyləmədi və yaxud niyyəti
əsla tələffüz etmədi. O (Allahın ona salavat və salamı olsun) "Mən
filan, filan namazı Allah üçün qılmağa hazırlaşıram, qibləyə yönəlirəm,
dörd rəkət, imam kimi və yaxud imama tabe olaraq” deyə söyləmədi.» (
"Zəad əl-Məad” 1/201) O "ədaən” (vaxtında) və yaxud "qadaən”
(buraxdığım namazın qəzasını qılmaq üçün) və yaxud "fərd əl-vaqt” (bu
vaxtda fərz namazı) kimi sözlər söyləməmişdir. Bütün bunlar bidətdir və
səhih, zəif, müsnəd və yaxud mürsəl isnadla olsun… heç bir isnadsız və
heç bir alimdən rəvayət olunmamışdır. Nə də ki, Peyğəmbərin (Allahın ona
salavat və salamı olsun) səhabələrindən, tabiinlərdən kimsə və ya dörd
imamdan bunu rəvayət edən olmamışdır. Odur ki, müsəlman bir kəs təravih namazını qılmaq üçün niyyəti qəlbində edir və heç bir şeyi tələffüz etmir. Təravih namazını qılmaq bidət deyildir.
Allah Rəsulunun (Allahın ona salavat və salamı olsun) nümunəsinə tabe
olaraq bəzi insanlar işa namazından dərhal sonra on bir rəkət namaz
qılırlar. Bəziləri isə iyirmi bir rəkət namaz qılır. Bunun on rəkətini
işadan sonra, on rəkətini isə sübhdən öncə qılırlar. Sonra isə vitr
namazını yerinə yetirirlər. Müsəlmanlar təravih namazının
qılınmasının müstəhəb olduğu barədə yekdil rəyə varmışlar. Peyğəmbər
(Allahın ona salavat və salamı olsun) öz səhabələri ilə birlikdə bir
neçə gecə camaatla təravih namazı qılmış, sonra təravih namazının
müsəlman ümmətinə fərz olacağından qorxaraq bunu dayandırmışdı.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) vəfat etdikdə vəhy sona
çatdı, bu narahatçılıq artıq aradan qalxdı. Çünki, Peyğəmbərin (Allahın
ona salavat və salamı olsun) vəfatından sonra təravih namazı fərz edilə
bilməzdi. Odur ki, Ömər (Allah ondan razı olsun) camaatla təravih
namazını qılmaq üçün onları bir araya yığdı. «Təravih namazı
qıldığına görə heç kəs təkzib, rədd olunmamalıdır. Çünki, məsələnin
əhatə dairəsi düşünüldüyündən daha genişdir ki, bunun üçün Allaha həmd
olsun!» (Şeyx ibn Useymin, "Fətvalar”, 1/407) Təravih namazı
müsəlmanların yekdil rəyinə əsasən sünnədir. Necə ki, bu barədə İmam
Nəvəvi, (Allah ona rəhmət etsin) "əl-Məcmu”-da bildirmilşdir. Təravih
namazına Peyğəmbər (Allahın ona salavat və salamı olsun) təşviq
etmişdir. Məsələn, Peyğəmbər (Allahın ona salavat və salamı olsun)
demişdir: «Kim Ramazanın gecələrini imanla və ihtisabla (savabını
Allahdan ummaq ilə) keçirərsə günahları bağışlanar.» (Buxari, 37;
Muslim, 760) Peyğəmbər (Allahın ona salavat və salamı olsun)
özü gecə namazlarını səkkiz rükətdən çox qılmamışdır. Lakin səhabələrdən
biri gecə namazı barədə soruşduqda rükətlərin sayının məhz səkkiz rükət
olmasını söyləməmişdir. Alimlərdən olan İbn Həcər (Allah ona rəhmət
etsin) bu hədisləri cəm edərək buyurur: «Səhabələrdən bir kəs Peyğəmbərə
(Allahın ona salavat və salamı olsun) sual verdikdə demək olar ki bütün
ümmətin adından vermiş, Peyğəmbər (Allahın ona salavat və salamı olsun)
sualı cavablandırarkən bütün ümmətə xitab etmişdir.» Demək
olar ki, təravih namazını 8 rükətdən çox qılmaq caizdir. Lakin qeyd
etmək lazımdır ki, səkkiz rükəti keçdikdən sonra rükətlərin sayını təyin
edib daima o sayda qılmaq bidət hesab edilir. Onu da qeyd etmək
lazimdır ki, sünnəyə görə önəmli olan namaz rükətlərinin sayı yox,
namazın uzun olmasıdır. Həmçinin qeyd etməliyik ki, təravih
namazında rəkətlərin sayı məsciddə camaatın münasib gördüyü şəkildə
edilməlidir. Çünki bir kəs Şeyx Albaninin səhihləşdiridiyi: «Kişi İmam
gedənə qədər onunla birgə namaz qılarsa o gecəni ibadət etmiş kimidir»
hədisinə əməl edib qılarsa ona bu savab yazılar.» (Əbu Davud 1377 və
Tirmizi 806) Hazırladı: Feqihcom heyəti Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha http://www.feqih.com/?p=3012
|