11:42 Xalid bin Validin mürtəd Malik ibn Nuveyranı öldürməsi və arvadını kəniz götürməsi məsələsi. | |
Rafizi şübhələrinə rəddiyələr-1 Xalid bin Validin mürtəd Malik ibn Nuveyranı öldürməsi və arvadını kəniz götürməsi məsələsi.
Bundan sonra Xalid ibn əl-Valid, Allahın dinindən çıxan ərəb qəbilələrinə hücum çəkdi. Onların qarşısına İslama qayıtmağı, əks halda döyüş şərtini qoydu. Xalid ibn əl-Validin hücum çəkdiyi qəbilələrdən biri Malik ibn Nuveyranın qəbiləsi idi. Bu qəbilə mallarının zəkatını nəinki Əbu Bəkr əs-Siddiqə verməkdən, ümumiyyətlə zəkatdan imtina edirdilər. Xalid ibn əl-Valid oraya gəlib dedi: Malların zəkatı hanı? Sizə nə olub, namazla zəkat arasında fərq qoyursunuz?
Malik ibn Nuveyra dedi: Biz bu malı, sağlığında sizin dostunuza verirdik, indi isə o ölüb. İndi Əbu Bəkrin bu işə nə qarışacağı var.
Bunu eşidən Xalid ibn əl-Valid qəzəbləndi və dedi:
O təkcə bizim dostumuzdur, sənin dostun deyil?
Sonra Dirar ibn əl-Əzvərə onun başını vurmağı əmr etdi. Deyilənlərə görə Malik ibn Nuveyra, peyğəmbərlik iddia edən Səcaha təqlid etmişdi[1].
Bu haqda üçüncü rəvayətdə isə deyilir: Xalid ibn əl-Valid (Allah ondan razı olsun) onlarla danışdıqdan və onlara xəbərdarlıq etdikdən sonra (onlarla döyüşür), bir çoxlarını əsir götürür. Soyuq gecələrin birində, Xalid öz silahdaşlarına deyir: "Ədfiu əsrakum" yəni, əsirləri isti yerdə saxlayın.
Səqif qəbiləsinin ləhcəsinə görə "Ədfiu ər-rəculə" sözü, öldürün mənasına gəlir. Onlar, Xalidin əsirlərin öldürülməsi istəyində olmasını düşünüb, onun (Allah ondan razı olsun) əmri olmadan əsirləri öldürdülər.
Deyilən bu üç hadisədən hansı baş vermişdir. Xalid ibn əl-Valid (Allah ondan razı olsun) onları yozumlu düşündüyü üçün qətlə yetirmişdi. Buna görə onu qınamaq olmaz.
Xalid ibn əl-Validin, Malik ibn Nuveyranı öldürdükdən sonra həmin gecə onun arvadının yanına daxil olması haqqında deyilənlər yalandır.
Xalid ibn əl-Valid, döyüşdə öldürdükdən və əsirlər aldıqdan sonra onun arvadını özünə kəniz götürmüşdür.
Çünki o da əsirlərdən sayılırdı. Amma onu öldürdükdən sonra həmin gecə arvadının yanına daxil olması, yaxud, arvadını ələ keçirmək üçün Malik ibn Nuveyranı öldürməsi haqqında deyilənlər yalandır[2].
Allah yolunda mücahidlik edən Xalid ibn əl-Valid (Allah ondan razı olsun) deyir: "Soyuq bir gecədə səhər tezədən düşmənin qarşısına çıxmaq, həmin gecə mənə hədiyyə ediləcək gəlindən, yaxud övlad müjdəsindən daha əzizdir"[3].
Xalid ibn əl-Valid (Allah ondan razı olsun) görkəmli sərkərdələrdən idi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onun haqqında demişdir: "Xalid, Allahın, müşriklərin üzərinə çəkdiyi qılınclarından biridir"[4].
Xalid ibn əl-Valid (Allah ondan razı olsun) Malik ibn Nuveyranı öldürəndə, Ömər ibn əl-Xəttab, Əbu Bəkrə dedi: Xalidi vəzifəsindən al, çünki onun qılıncında nahaq qan izi var. Əbu Bəkr isə dedi: Xeyr, Allaha and olsun! O, Allahın, müşriklərin üzərinə çəkdiyi qılınclarından biridir[5].
[1] Şiə alimlərindən sayılan İbn Tavus deyir: Bənu Təmim və əz-Zəyyat qəbilələri mürtəd olub Malik ibn Nuveyra əl-Yərbuinin ətrafına toplaşdılar. Bax, Faslul Xitab Fi İsbat Təhrifi Kitabu Rabbul Ərbab: səh, 105.
[2] əl-Bidayə vən Nihayə: 6, 326.
[3] əl-Bidayə vən Nihayə: 7, 117.
[4] Fəthul Bari, Kitab Fədailus Səhabə: Bab, Mənaqib Xalid ibn əl-Valid, 3757. Deyilən mətn hədisin birinci hissəsində qeyd edilir. Hədisin tam variantını İbn Əsakir (8, 15) rəvayət etmişdir. Həmçinin əs-Silsilətus Səhihə 1237-yə baxa bilərsiniz.
[5] əl-Kamil
Shubhe_Xalid.b.Validin_murtedleri_oldurmesi.jad 05-May-2011 04:04 459 | |
Bölmə: Şübhələrə Rədiyyə | Baxılıb: 739 | |