Baş səhifə » 2012 » İyul » 31
Bakının Müşfiqabad qəsəbəsindəki məscidin imamı Mübariz Qaçayev isə «vahid xütbə» məsələsini yolverilməz sayır:
«Bizə də xəbər çatıb, əksər namaz qılanlar da buna narazılıqlarını bildirirlər. Bizim xütbələrimiz onsuz da başdan ayağa islahdır, insanları düz yola dəvət etməkdir. İnsanlara islamdan danışırıq. Hər şeyi elmi baxımdan izah edirik. Bizdə şiə və əhli sünnə əqidələri mövcuddur, indi onlara «vahid xütbə»lər necə və kim tərəfindən veriləcək? Bu, müəyyən deyil».
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
hesab edir ki bu məsələnin «vahid xütbə» anlayışı kimi təqdim olunması yanlışdır.Söhbət əlamətdar günlər və tarixi hadisələrlə əlaqədar verilən tövsiyə xarakterli xütbə və moizələrdən gedir. Yəni, həmin xütbələrdə vətənpərvərlik, milli-mənəvi dəyərlərin təbliği, tarixi-mədəni irsə sədaqət, dinlər və məzhəblərarası münasibətlərdə tolerant yanaşma kimi mühüm məqamlara xüsusi diqqət çəkilə bilər.

Bölmə: Xəbərlər | Baxılıb: 654 | Yüklədi: selefimedia | Tarix: 31.07.2012

Bu günləri təxribatçıların planının tərkib hissəsindən biri də ‘’Vəhhabi‘’ adı altında sünniləri zəiflətməkdir. Bir aksioma var ki, oda yüksəlmənin iki yolunun olmasıdır: biri özünün qalxması, digəri isə qarşı tərəfin aşağı basılmasıdır. Bu gün ‘’Vəhhabi‘’ adı altında söylənilən bir çox şeylər əslində sünnilər haqqında söylənmiş olur.

Siğəni qəbul etməmək, saqqal saxlamaq, möhürsüz namaz qılmaq, kəlmeyi-şəhadətdə Əlinin adını çəkməmək və s. bütün bunların hamısı Vəhhabilik deyil Sünnilikdir. On dörd əsirdir ki, Quran, Sünnət, Səhabənin icması, Tabiin və sair mənbələr üzərində qurulub günümüzə qədər gəlmiş olan bu məzhəb Əhli-Sünnə (Sünni) məzhəbidir, Vəhhabi deyil.

Bölmə: Şübhələrə Rədiyyə | Baxılıb: 1197 | Yüklədi: selefimedia | Tarix: 31.07.2012

- Bu kəlmə üç əsr qabaq yaranıb, onu hərə bir cür ifadə edir. Bəzən sünnilərə təzyiqi artırmaq üçün onlara "vəhhabi” deyirlər. Bu, cəmiyyətdə damğa kimi istifadə olunur. Qabaqlar əfqanlar öz torpaqlarını qoruyurdu, onları "duşmanı” adlandırmışdılar. Az sonra "islamçı ekstremistlər” dedilər. Hətta 20 yanvarda da bizim adımızı "islamçı ekstremist” qoymuşdular. Sonra da "vəhhabi” kəlməsi gəldi. Bunun bizimlə heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə, əslində belə təriqət yoxdur. Bu kəlməni işlədənlər cürbəcür siyasi məqsədlər daşıyır. Bəzi təriqətlər də bundan istifadə edir. Biz, yəni əhli-sünnə dində artıq məsələləri qəbul etmir. Peyğəmbərimizin vəfatından sonra dinə gələn artıq təriqət və fikirləri dindən saymırıq. Bu da başqa məzhəblərdə olanları qıcıqlandırır. Bizim dəvət sırf təmiz dinə çağırışdır. Yəni Allah, Peyğəmbər nə deyibsə, odur.
Bölmə: Şübhələrə Rədiyyə | Baxılıb: 984 | Yüklədi: selefimedia | Tarix: 31.07.2012